06 Dekabr 2024, Cümə

Noyabr ayının 23-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respublikada ilk dəfə olaraq Qum sənəti üzrə məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Sehrli əllər” müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd istedadlı və yaradıcı şagirdlərin yeni sənət növləri üzə bacarıqlarını üzə çıxarmaq, onlarınbu sahədə inkişafına lazımı dəstəyi göstərməkdən ibarət olub.

 

Tədbirdə çıxış edən Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev bildirib ki, təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, ümumtəhsil müəssisələri ilə yanaşı məktəbdənkənar təhsil müəssisələrində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi üçün zəruri şərait yaradılıb. 2019-cu ildən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Şərur, Culfa və Ordubad rayon məktəbdənkənar təhsil müəssisələrində yeni innovativ dərnəklər yaradılıb və müasir tədris şəraiti qurulmuşdur. Bunlardan biri də Qum sənəti dərnəyidir. Bu dərnək şagirdlərin asudə vaxtlarının səmərəli təşkilinə, rəsm bacarıqlarının inkişafına öz töhfəsini verməkdədir.

Vurğulanıb ki, Qum sənəti dərnəyində şagirdlər böyük maraqla iştirak edir, onun işləmə texnikalarını həvəslə öyrənir və asudə vaxtlarını dərnəkdə məşğul olmaqla keçirirlər. Qum sənəti dərnəyində məşğul olan dərnək üzvlərində xüsusi bacarıqlar formalaşır, istedadları aşkar edilir.

Müsabiqənin proqramına uyğun olaraq əvvəlcə iştirakçılara Qum sənəti dərnəyinin rəhbəri Həbib Allahverdiyev tərəfindən ustad dərs keçirilmiş, müsabiqənin qaydaları izah olunmuşdur. Müsabiqədə bütün yaş qrupları olmaqla 20 dərnək üzvü iştirak edib. Keçirilmə qaydalarına uyğun olaraq dərnək üzvləri 2 saat müddətində işıqlandırılmış masa üzərində qumla müxtəlif mövzularda rəsmlər təsvir ediblər.

Sonra dərnək üzvlərininqumla çəkdikləri təsvirlər müsabiqənin şərtləri gözlənilməklə münsiflər heyəti tərəfindən qiymətləndirilib. Beləliklə, müsabiqənin nəticələrinə görə I yer,II yer, III yer və 3 həvəsləndirici yerə layiq görülən dərnək üzvləri Təhsil Nazirliyinin diplomları ilə təltif olunublar.

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR