28 Mart 2024, Cümə axşamı

Naxçıvan Dövlət Uşaq Teatrında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə şəhid və qazi ailələrinin övladları, həmçinin sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları üçün teatrın yeni il münasibətilə hazırladığı “Şaxta baba gələcəkmi?” tamaşası nümayiş etdirilmişdir.


Müəllifi teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov olan tamaşada Şaxta baba və Qar qızın koronavirus səbəbindən yeni il tədbirinə gələ bilməməsi və virusun müxtəlif növləri ilə maraqlı mübarizəsi göstərilir. Bütün çətinliklərə və maneələrə baxmayaraq, Şaxta baba və Qar qız şənliyə gəlib çıxa bilirlər. Sonda onların uşaqlarla rəqs etməsi balacalarda xoş ovqat yaratmışdır. Tamaşada gənc və istedadlı aktyorlar Kamil Məmmədli, Aygün Eyvazlı, Seymur Babayev, Cəbrayıl Səfərli, Sadiq Əliyev, Aysu Dünyamalıyeva, Nurgül Məmmədova, Ramal Mansırlı, Ülfət Rüstəmov, Nihad Mahmudov və Amal Hüseynovun təqdim etdiyi personajlar maraqla qarşılanmışdır.
Quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Nurbəniz Niftəliyeva, səhnə tərtibatçısı Həbib Allahverdiyev, rejissor assistenti Nurgül Məmmədova, qrim ustası Aygün Seyidova olan tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR