06 Dekabr 2024, Cümə

 

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Ədəbiyyatların KBT-ə uyğun işlənilməsi, əlifba və sistemli kataloqların tərtibi” mövzusunda açıq dərs keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən açıq dərsdə Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişdir.

 

Tədbiri giriş sözü ilə Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının direktor müavini Kəmalə Ağayeva açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamı ilə bağlı məlumat vermişdir.

Sonra kitabxananın böyük kitabxanaçısı Məsmə Cəfərova “Ədəbiyyatların KBT-ə uyğun işlənilməsi, əlifba və sistemli kataloqların tərtibi” mövzusunda çıxış etmişdir.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR