Naxçıvan Dövlət Xalça MuzeyindəNaxçıvan Müəllimlər İnstitutunun “Təsviri-incəsənət müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrinə Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti açıq dərs keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən açıq dərsi giriş sözü ilə muzeyin direktoru Ülviyyə Məmmədova açaraq görkəmli sənətkarın həyat və yaradıcılığı haqqındaməlumat vermiş, Kamil Əliyevin xalça sənətinə bəxş etdiyi misilsiz töhfələri diqqətə çatdırmışdır.
Qeyd edilmişdir ki, rəssam toxuduğu hər birsujetli xalçadaportretin özünə xas kompozisiyasını yaradırdı.Rəssam 1980, 1998 və 2004-cü illərdə“Heydər Əliyev” xalçası toxumuşdur.Kamil Əliyevin özünün zövqlə kompozisiyasını tərtib edib, xalça üzərində böyük dəqiqliklə çalışdığı ən sevimli nümunə onun anasına ithaf etdiyi və 2003-cü ildə toxuduğu “Mənim anam” xalçasıdır.
Azərbaycan incəsənətinə göstərdiyi xidmətlərə görə Kamil Əliyev 1967-ci ildə Əməkdar, 1982-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 1999-cu ildə “İstiqlal” ordeni təltif edilib.
Rəssam 2005-ci ilin mart ayının 1-də əbədiyyata qovuşmuşdur. Kamil Əliyevin Bakı şəhərində yaşadığı ev hazırda “Ev muzeyi” kimi fəaliyyət göstərir.
Muzeyin baş elmi işçisi Sevinc Səbzəliyeva “Sənətin Kamil zirvəsi” mövzusunda çıxış etmişdir.
Sonda tələbələrə əyani şəkildə xalça toxunması nümayiş etdirilmiş və ekspozisiyaya baxış keçirilmişdir.
Qeyd edək ki, ali təhsil müəssisələrinin tələbələrinə Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş açıq dərslərin keçirilməsi dekabr ayında da davam etdiriləcək.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin Mətbuat xidməti