06 Dekabr 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı növbəti tədbir keçirilib.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Daxil olan çap məhsullarının fərdi və ümumi qaydada qeydə alınması” mövzusunda keçirilən açıq dərsdə Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişdir.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilətəşkil edilən açıq dərsi giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamı ilə bağlı məlumat vermiş, Sərəncamın muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri ilə müvafiq təşkilatlar arasında əməkdaşlığı genişləndirmək, peşəkar kadr potensialı hazırlamaq, tələbələrə elmi-nəzəri biliklərlə yanaşı, təcrübi biliklər də aşılamaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının abonement şöbəsinin müdiri Rahilə Məmmədova “Daxil olan çap məhsullarının fərdi və ümumi qaydada qeydə alınması” mövzusunda çıxış edərək bildirmişdir ki, çap məhsulları ilk növbədə kitabxananın komplektləşdirmə şöbəsinə daxil olur. Burada kitablar qoşma sənədlə yoxlanıldıqdan sonra uçota alınır. Uçot işi 2 mərhələdə aparılır. Fərdi uçot kitabında və ümumi uçot kitabında. Ümumi uçot kitabı 3 hissədən ibarətdir. Fərdi uçot kitabında kitabların yazılma tarixi, müəllifin və kitabın adı, nəşr ili,qiyməti və inventar nömrəsi qeyd olunur. Daha sonra kitabın titul vərəqinə və 17-ci səhifəyə ştamp vurulur. Əgər qiyməti yoxdursa qiymətləndirilir, kitabişləmə şöbəsinə təhvil verilir.

Mövzu barədə hazırlanmış slayd nümayişindən sonramövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

 Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR