19 Aprel 2024, Cümə


Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Simfonik, Kamera, Estrada və Xalq Çalğı Alətləri Orkestrləri, Mahnı və Rəqs Ansamblı, Filarmoniyanın və Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin xor kollektivləri iştirak etmişdir. Kollektivlərin bədii rəhbərləri və dirijorları Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayev, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Tamerlan Bağırov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Əsgərov, Cahangir Qurbanov, Elvin Əliyarov və İlhamə Şirəliyevadır.

 

Konsert proqramı sözləri Azərbaycan şairi Nəbi Xəzriyə, musiqisi Azərbaycan SSRİ-nin Xalq artisti Müslüm Maqomayevə məxsus olan möhtəşəm “Azərbaycan” mahnısı ilə başlamışdır. Daha sonra Hacıbaba Hüseynovun “Durnam”, Ələkbər Tağıyevin “Mənim dünyam”, Vasif Allahverdiyevin “O yollar”, Emin Sabitoğlunun “Güllər”, Hökümə Nəcəfovanın “Kaş ki, gözəl olmayaydım”, Kamalın “Vətən savaşı”, Vahid Axundovun “Naxçıvan” və başqalarının bir-birindən maraqlı əsərləri, xalq mahnıları, xalq rəqsləri və xor əsərləri səsləndirilmişdir. Musiqi əsərlərini Azərbaycan Respublikasının Xalq artisti Əzizağa Məmmədov, Azərbaycan Respublikasının əməkdar artistləri Tural Nəcəfov və Gülyanaq Fərzəliyeva, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Zülfüqar Mahmudov, Ruhiyyə Hüseynova və Tural Bağırov, həmçinin digər ifaçılar Habil Qasımov, Nərmin Hüseynova və İlkin Abdullayev təqdim etmişdir.

Qeyd edək ki, mədəniyyətin bütün sahələri kimi, Naxçıvan Dövlət Filarmoniyasının da professional musiqi kollektivi kimi formalaşmasına və fəaliyyətini uğurla davam etdirməsinə dövlətimiz tərəfindən daim qayğı göstərilir. Bu mədəniyyət müəssisəsinin maddi-texniki bazası daim möhkəmləndirilir, kollektivlər üçün lazım olan geyim dəstləri, avadanlıqlar və musiqi alətləri alınır. Kollektivin üzvləri mütəmadi olaraq dövlət mükafatları və fəxri adlarla təltif olunurlar.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan konsert-tamaşa müəssisələri və rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri bayram günlərində muxtar respublika sakinlərinə və şəhərimizin qonaqlarına yüksək mədəni xidmət göstərərək onların asudə vaxtlarının səmərəli təşkilinə çalışacaqdır. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı Naxçıvan şəhərinin mərkəzi meydanında və stasionarda balaca tamaşaçıların zövqünü oxşayacaq bayram repertuarı ilə çıxış edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin Mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR