30 Dekabr 2024, Bazar ertəsi

           Noyabrın 24-də Babək Rayon Uşaq Musiqi Məktəbində Babək və Culfa rayon mədəniyyət şöbələrinin tabeliyində olan uşaq musiqi məktəblərinin saz ixtisası üzrə müəllim və şagirdlərinə Aşıq Ələsgərin yaradıcılığından bəhs edən ustad dərs keçirilmişdir.     

           Ustad dərsi Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Tural Bağırov aparmışıdır.

           Ustad dərsdə Babək Rayon Uşaq Musiqi Məktəbinin direktoru Ələsgər Cəlilzadə çıxış edərək bildirmişdir ki, Aşıq Ələsgər ən qüdrətli söz ustadlarından biridir. O, öz sənəti ilə nəinki Azərbaycanda, bütün türk dünyasında tanınmışdır. Qeyri-adi istedad sahibi olan Aşıq Ələsgər aşıq sənətinin sirlərini dərindən bilərək ona həm də öz yaradıcılığı ilə yeniliklər qatmış, forma və məzmun etibarilə zənginləşdirmişdir. Aşıq Ələsgərin yaradıcılığında dinləyicilərə əxlaqi nəsihətlər, mənəvi dəyərlər aşılayan şeirlər – ustadnamələr mühüm yer tutur. Aşığın əxlaqi-tərbiyəvi mövzuda olan şeirləri xəlqi mahiyyət daşıyır, xalq müdrikliyini, sənətkarın böyük həyat təcrübəsini əks etdirir. Bu əsərlərdə atalar sözləri və məsəllərdən istifadə şeirlərin təsir gücünü daha da artırır. Aşıq Ələsgərin təhsili olmasa da, el şənlikləri onun üçün ilk məktəb rolunu oynamışdır.

        Xalqımızın söz ustadlarından biri kimi Aşıq Ələsgər irsinə həmişə qayğı göstərilmiş, yaradıcılığı yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 2021-ci il 18 fevral tarixli Sərəncamı bu diqqət və qayğının parlaq ifadəsidir.

             Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 22 fevral tarixli Sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq muxtar respublikamızda da Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı ardıcıl tədbirlər keçirilir. Ustadın yaradıcılığından bəhs edən bu tədbir də Tədbirlər Planının icrası ilə bağlıdır.

      Ustad dərs zamanı aşıq sənətinin xüsusiyyətləri haqqında iştirakçılara geniş məlumat və praktik tövsiyələr verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR