21 Dekabr 2024, Şənbə

İslam tarixində dini mahiyyət kəsb edən, Məhərrəm ayının 10-cu günü – Aşura, bununla bağlı keçirilən mərasimlər yalnız təziyə xarakteri daşımayıb, həm də haqq, ədalət tərəfdarı İmam Hüseynin yolunun davam etdirilməsi, İslam dininə sadiqlik deməkdir.


Avqustun 19-da – Aşura günü muxtar respublikada keçirilən Aşura mərasimlərində də insanlar bu mənəvi dəyərlər ətrafında həmrəy olmuş, könüllü qanvermə aksiyaları keçirilmiş, ehtiyacı olanlara həyat verilmişdir.
Aşura günündə ənənəvi keçirilən qanvermə aksiyaları ötən il olduğu kimi, bu il də pandemiya səbəbindən məscidlərdə deyil, səhiyyə müəssisələrində – Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Diaqnostika Müalicə Mərkəzində, rayon mərkəzi xəstəxanalarında, eləcə də Kəngərli rayonunun Xok, Qarabağlar kənd həkim ambulatoriyalarında, Culfa rayonundakı Bənəniyar, Babək rayonundakı Qahab, Zeynəddin kənd həkim ambulatoriyalarında, Cəhri, Nehrəm qəsəbə sahə xəstəxanalarında təşkil olunub. Sosial məsafə gözlənilməklə sanitar-gigiyena qaydalarına ciddi əməl edilib, donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Həkim briqadaları əvvəlcə donorlarda koronavirus, arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün müayinələr aparıb, sonra müvafiq qan qruplarına uyğun qan götürülüb. Dindarlar sivil qaydada, könüllü olaraq qanvermə aksiyasında iştirak ediblər.
Babək rayonunun Nehrəm qəsəbə sakini, dindar Tofiq Abdullayev deyib:
– Muxtar respublikamız inkişaf edir, abadlaşır, quruculuq işləri aparılır. Bununla yanaşı, mənəvi dəyərlərimiz də qorunur, yeni məscidlər tikilir, dindarlar üçün ibadət şəraiti yaradılır. Aşura mərasimlərinin İslamın dəyərlərinə uyğun qeyd olunması da bu tədbirlərin davamıdır. Tofiq Abdullayev dini-mənəvi dəyərlərimizin yaşadılması sahəsində həyata keçirilən tədbirlərə görə muxtar respublika dindarları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında qan verən şəhər sakini Rəşid Allahyarov qan verməklə çox böyük məmnunluq və mənəvi rahatlıq hissi keçirdiyini vurğulayıb:
– Biləndə ki, sənin verdiyin qan kimisə həyata qovuşdurur, kiminsə qəlbində sevinc, üzündə təbəssüm yaradır, fərəh hissi keçirirsən. Dünyada bundan məhrəm, bundan fəxarətli nə ola bilər? Yaşayırsan və kiminsə yaşamağı üçün yardımçı olursan. Tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir. Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək səhiyyə ocaqlarında İmam Hüseyn xatirinə ehsan niyyəti ilə qan verəcəklər.
Günorta saatlarınadək davam edən aksiyada, bütövlükdə, 504 nəfərdən götürülən 255,1 litr qan qrupları müəyyənləşdirilərək ikili və üçlü torbalarda Qan Bankına təhvil verilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR