21 Dekabr 2024, Şənbə

Yay mövsümünü Şərur, Şahbuz, Culfa və Ordubad yaylaqlarında keçirən heyvandarlara, onların ailələrinə səhiyyə xidmətinin təşkili üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi 2014-cü ildən xüsusi həkim briqadaları yaradıb. Bu gün obalarda yaşayan sakinlərə lazım olan dərman vasitələri, sarğı materialları, onlarla səhiyyə maarifi işi aparılması, mövsümi xəstəliklər, günvurma, ilan və əqrəb sancmaları, yaralanma zamanı ilk yardım barədə tibbi məsləhətlər verilməsi həmin həkim briqadaları tərəfindən diqqətdə saxlanılır.
Nazirliyin iş planına uyğun olaraq, yay mövsümünü yaylaqlarda keçirən heyvandarlara, onların ailələrinə göstərilən səhiyyə xidməti davam etdirilir.
Ordubad Rayon Mərkəzi Xəstəxanasının həkimləri “Çadırdaş” ərazisindəki yaylaqda məskunlaşan heyvandarlara baş çəkib. Yaylaqda arana nisbətən havaların sərin keçməsi səbəbindən obalardakı azyaşlı uşaqların bir qismində qulaqağrısı və yuxarı tənəffüs yollarının patologiyası müşahidə olunub, onların müalicəsi ilə bağlı lazımi dərmanlar verilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR