30 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində yeni ilin ilk doğumu yanvarın 1-də saat 1840-da qeydə alınıb. Naxçıvan şəhərinin Çənlibel məhəlləsində yaşayan Bahar İmanova yeni ilin ilk körpəsini dünyaya gətirib.


Növbətçi həkimlər mama-ginekoloq Bəhriyyə Novruzova və neonatoloq Könül İbrahimovamın məlumatlarına görə, 1998-ci il təvəllüdlü ananın, eləcə də övladının vəziyyəti normaldır. Doğulan uşaq oğlandır, çəkisi 3 kiloqramdır.
Naxçıvanda ötən ilin sonuncu günü – dekabrın 31-də isə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində üç körpə dünyaya göz açıb. Yeni ili körpə sevinci ilə qarşılayan Günel Yusifova, Kəmalə Ələkbərova və Aytac Seyidovanın da ailələrində bayram sevinci yaşanıb.
Onlar bayram axşamını xəstəxanada keçiriblər. Bununla belə, sevincləri hər birimizinkindən daha artıq idi. Bu bayram ömür səhifələrindən heç vaxt silinməyəcək unudulmaz xatirəyə çevrilib. Çünki bu bayram onlara həm də övlad sahibi olmaq sevinci yaşatdı.
Qeyd edək ki, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər muxtar respublikamızda bu sahədə mühüm tədbirlər həyata keçirilib, ana və uşaqlara tibb xidməti göstərən müəssisələrin maddi-texniki bazası möhkəmləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb. Hazırda reproduktiv sağlamlıq və ailə planlaşdırılması problemlərinə nəzarət daha da gücləndirilib, səhiyyə maarifi işləri günün tələbləri səviyyəsində qurulub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR