07 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 11 nəfərdən ibarət həkim briqadası dünən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumları profilaktik müayinələrdən keçirib.

Müəssisənin tibbi sanitar hissəsinin tibbi heyətinin də fəal iştirakı ilə həkim briqadası tərəfindən gün ərzində ümumi, həmçinin COVID-19, vərəm, hepatit B, C, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün 73 nəfərdən test və qan analizləri götürülüb. Sonra yüksəkixtisaslı həkimlər tərəfindən tibbi müayinələr aparılıb.

Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublika Xəstəxanası, Ağciyər Xəstəlikləri Dispanseri, Doğum Mərkəzi və Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsinin həkim, tibb bacısı və laborantları ilə yanaşı, briqadada “Şərur Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin yüksəkixtisaslı oftalmoloqunun da iştirakı təmin olunub.
Həkim briqadasının fəaliyyəti ərzində laborator təhlillər, elektrokardioqrafiya, ultrasəs müayinələri aparılıb, müvafiq təyinatlar verilib. Müayinələrin nəticələri sağlamlıq kartlarında qeyd olunub.
Profilaktik tibbi müayinələrdə 73 nəfər Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən məhkumlar ftiziatr müayinələrindən də keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR