Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam etdirirlər.
Ayda bir dəfə keçirilən aksiyanın növbəti ünvanı Şərur Rayon Mərkəzi Xəstəxanası olub. Tibbi aksiyada 26 ixtisaslı həkim və orta tibb işçisi iştirak edib. Sakinlər müxtəlifixtisaslı həkimlər tərəfindən müayinə olunub, analizlər götürülüb.
Qaraciyər, öd kisəsi, böyrək, mədəaltı vəzi və digər daxili orqanların müayinəsi üçün ultrasəs müayinələri aparılıb. Hər hansı bir xəstəliyi aşkarlanan sakinə müalicələr təyin edilib. Şəkərli diabet xəstələri müayinələrdən sonra Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib. Müayinə zamanı səhhətində problemlər aşkarlanan 8 sakin üzərində varikosel, yırtıq və digər cərrahi əməliyyatlar aparılıb.
Gün ərzində davam edən tibbi aksiyada 259 sakin mindən çox müayinədən keçirilib.
Yengicə kənd sakini Eldar Cəfərov təmənnasız cərrahi əməliyyat olunduğu üçün minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib.
Belə aksiyaların digər rayonlarda da davam etdirilməsi nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti