21 Dekabr 2024, Şənbə

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında bu gün
müasir tibbin imkanlarından geniş istifadə olunur

Mənalı ömür yaşamış Əziz Əliyev bir evə, ailəyə, bir ölkəyə sığmayan bəşəri bir şəxsiyyət, dünyanın bütün tərəqqipərvər xalqlarına eyni hörmət və məhəbbətlə yanaşan humanist insan kimi yaddaşlarda qalıb. Onun həyatının bütün mərhələləri xalqımıza, dövlətçiliyimizə xidmət nümunəsi olub.

“Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il noyabrın 18-də imzaladığı Sərəncam alimin respublikada səhiyyə sisteminin inkişafı istiqamətindəki fəaliyyətinə verilən yüksək qiymətdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ötən il noyabrın 21-də “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Tədbirlər planına əsasən yubiley tədbirləri keçirilir. Bundan əlavə, Naxçıvan şəhərində alimin adını daşıyan prospekt və Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası yenidən qurulur. Bütün bu tədbirlər həyatını elmin inkişafına həsr etmiş alimin əziz xatirəsinə dərin hörmət və ehtiramın ifadəsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini mart ayında da davam etdirib, səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası həmişəki kimi diqqət mərkəzində saxlanılıb.
Muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində ötən ay Şərur Rayon Mərkəzi Xəstəxanası əsaslı təmir, yenidənqurmadan sonra əhalinin istifadəsinə verilib, burada kompüter-tomoqrafiya aparatı quraşdırılıb.
Səhiyyədə gedən islahatlara uyğun olaraq Şərur rayon Ələkli və Culfa rayon Dizə kənd həkim ambu­latoriyaları feldşer-mama məntəqəsi ilə əvəz edilib, Ordubad rayon Məzrə kənd feldşer-mama məntəqəsinin fəaliyyəti dayandırılıb, Şərur rayon Ərəbyengicə kənd həkim ambulatoriyasının ştat strukturunda dəyişik­liklər edilib.
Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzi və Qlobal Fond tərəfindən Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsinə HİV, hepatit B, C və sifilis testləri, reaktiv və tibbi materiallar və 18 nəfər xəstədə ARV terapiya aparmaq üçün dərman preparatları, Azərbaycan Respublikası Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə genexpert cihazı (vərəm çöplərinin ilkin təyini) üçün reaktivlər, tibbi materiallar və şprislər gətirilib.

Ardını oxu...

Türkiyə Respublikasının Ankara şəhərində fəaliyyət göstərən Koru Xəstəxanasının yüksəkixtisaslı həkimlərinin bir qrupu Naxçıvan Muxtar Respublikasına gəlib. Səfərdə məqsəd səhiyyə və tibbi təhsil sahələrində qarşılıqlı əlaqələr yaratmaq və müasir tibbi biliklərin tətbiqi üçün təcrübə mübadiləsi aparmaqdan ibarətdir.
Türkiyəli qonaqların iştirakı ilə martın 28-də Naxçıvan Muxtar Respublika Xəstəxanasında elmi-praktik konfrans keçirilib. Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov son illər səhiyyə sahəsində qardaş ölkə ilə əlaqələrin inkişafından danışıb, bu əlaqələrin səhiyyə işçilərinin tibbi bilik və bacarıqlarının yüksəldilməsində mühüm əhəmiyyətindən bəhs edib. Nazir Koru Xəstəxanası və universiteti ilə də belə əlaqələrin yaradılması, naxçıvanlı həkimlərin, tibb təhsili alan tələbələrin bu səhiyyə müəssisəsində təkmilləşdirmə və ixtisas­artırma kurslarına göndərilməsi üçün danışıqlar aparıldığını bildirib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq qadınlar arasında süd vəzi xərçəngi xəstəliklərinin aşkar edilməsi üçün kütləvi profilaktik tibbi müayinələr davam etdirilir.
Hazırda bu tədbir Şahbuz rayonunun mədəniyyət müəssisələrində çalışan qadınlar arasında həyata keçirilir. Bununla əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin baş həkimi Viladi Cabbarov bildirib ki, süd vəzi xərçəngi xəstəliyinin yaranması və inkişafı təhlükəli hesab edilsə də, insanlarda təşviş yaratmamalıdır. Mühüm olan xəstəliyin vaxtında aşkarlanmasıdır. 35 yaşdan sonra hər bir qadın ildə bir dəfə həkim müayinəsindən keçsə, problem erkən mərhələdə müəyyənləşdirilsə, xəstəliklə mübarizə asanlaşır və o, müalicə olunur.

Ardını oxu...

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir.
Sertifikasiya imtahanlarının növbəti mərhələsində muxtar respublikanın səhiyyə müəssisələrində mama ixtisası üzrə çalışan orta tibb işçiləri on gün ərzində öz bilik və bacarıqlarını sınayıblar.
Muxtar respublikanın səhiyyə sistemində sertifikasiya imtahanları proqrama uyğun aparılıb. Bu məqsədlə Naxçıvan Muxtar Respublika Xəstəxanasının elektron zalından istifadə edilib. Elektron zalda server xidməti ilə birgə 31 kompüter qurulub. Kompüter proqrama uyğun olaraq ümumi sual bankından 2 müxtəlif variantda 60 test sualını və 5 klinik tapşırıq sualını seçir. Bu, imtahanların aşkarlıq və şəffaflıq şəraitində keçirilməsini təmin edir. Mərkəzləşdirilmiş qaydada, obyektiv və şəffaf surətdə keçirilən sertifikasiya tibb işçilərinin öz üzərlərində çalışmasına, tibb peşəsinin məsuliyyətini daha dərindən dərk etməsinə imkan yaradır.

Ardını oxu...

Sədərək Rayon Mərkəzi Xəstəxanasında bu amil diqqət mərkəzindədir

Sədərək kəndinin mərkəzində bu böyük yaşayış məntəqəsinin, demək olar ki, çox yerindən görünən bir bina ucalır. Buranın daimi sakinləri Hippokrat andı içmiş ağxalatlı peşə sahibləridir. İnsan sağlamlığının keşiyində duran bu insanlara öz vəzifələrini layiqincə yerinə yetirmək üçün binada hərtərəfli şərait yaradılıb. Xəstəxana binası 2010-cu il oktyabr ayının 5-də ölkə Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayıb: “Mən arzu edirəm ki, burada bütün işlər yüksək səviyyədə görülsün. Ümid edirəm ki, bu xəstəxanaya müraciət edənlərin sayı çox olmayacaqdır. Çünki insanlar sağlamdır. Gözəl təbiət, gözəl iqlim bu sağlamlığa çox müsbət təsir göstərir. Amma, əgər ehtiyac yaranarsa, əmin olmaq istəyirəm ki, bu xəstəxanada ən yüksək tibbi xidmət və qayğı göstəriləcəkdir”.
Xəstəxananın baş həkimi Kəmalə İbrahimova deyir ki, son illər muxtar respublikamızda nail olunmuş sosial-iqtisadi inkişafın bəhrələrini Sədərək rayonunda bütün sahələrdə görmək olar. Dövlətimizin sərhəd bölgəsinə göstərdiyi belə qayğı rayonun ümumi inkişafına böyük təsirini göstərir. Bu xəstəxana binası da sərhədçi həyatı yaşayan sədərəklilərə göstərilən həmin qayğının təcəssümüdür. Kollektivimiz də çalışır ki, tapşırılan vəzifənin öhdəsindən yüksək səviyyədə gəlsin. Görkəmli səhiyyə təşkilatçısı N.Semaşko deyirdi ki, insan ən qiymətli sərvətdir. Onun sağlamlığı keşiyində durmaq şərəfli bir işdir və bu vəzifənin öhdəsindən gələn insanlar yüksək qiymətə layiqdirlər.
Zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olan səhiyyə ocağı 26 çarpayılıqdır. Müasir tibbi avadanlığın quraşdırıldığı xəstəxanada üç şöbə – Stasionar, Poliklinika və Təcili yardım şöbələri fəaliyyət göstərir.

Ardını oxu...

Hər il martın 24-də dünya ictimaiyyəti Beynəlxalq Vərəmlə Mübarizə Gününü qeyd edir. Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1993-cü ildən başlayaraq keçirilən Beynəlxalq Vərəmlə Mübarizə Gününün məqsədi qlobal vərəm epidemiyası haqqında məlumatlılığı artırmaq və bu xəstəliyin aradan qaldırılması istiqamətində səyləri gücləndirməkdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, Beynəlxalq Vərəmlə Mübarizə Gününə həsr edilmiş tədbirlərə start verilib. Həmin tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri Kəngərli Rayon Mərkəzi Xəstəxanasında elmi-praktik seminar keçirib.
Dispanserin baş həkimi İlqar Rzayev tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığı barədə danışıb.
Dispanserin həkimi Məmmədəli Ələkbərovun çıxışı olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini fevral ayında da davam etdirib, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb.

Muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində fevral ayında Şərur rayon Arpaçay və Çəmənli kəndlərində feldşer-mama məntəqələri əhalinin istifadəsinə verilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə ilkin vərəm intoksikasiyasını təyin etmək üçün testlər, tibbi materiallar, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzindən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinə kimyəvi terapiya aparmaq üçün dərman preparatları gətirilib.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən Kəngərli rayon təhsil müəssisələrində işləyən 20 nəfər qadının süd vəzində profilaktik müayinə aparılıb, 1 nəfərdə patologiya aşkar olunaraq Onkoloji Mərkəzə ətraflı müayinə və müalicəyə dəvət edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində hepatit viruslarına qarşı mübarizə və profilaktika tədbirlərinin gücləndirilməsi barədə kollegiya iclası keçirilib.
Tədbiri səhiyyə naziri Niyazi Novruzov açaraq bildirib ki, virus hepatitləri və onlarla əlaqədar xəstəliklər üzrə profilaktika, skrininq tədbirlərinin gücləndirilməsi, hepatit virusları əleyhinə vaksinasiya ilə əhatə olunmanın genişləndirilməsi və bu peyvəndin milli immunizasiya proqramlarına inteqrasiyası, eləcə də hepatitə qarşı qlobal cavab tədbirlərinin əlaqələndirilməsi müasir dünya səhiyyəsinin əsas fəaliyyət istiqamətlərindən biridir. Muxtar respublikada da bu istiqamətdə ardıcıl tədbirlər görülür. Ötən il dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə bu məsələ geniş müzakirə olunub və konkret tapşırıqlar verilib. Həmin tapşırıqlara əsasən, hazırda səhiyyə müəssisələrində məqsədyönlü tədbirlər həyata keçirilir.

Ardını oxu...

Son illər dünyada qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların sayı nəzərəçarpacaq dərəcədə artıb. Hazırda dünya əhalisinin 2 milyard nəfərdən çoxu qaraciyər xəstəliklərindən əziyyət çəkir. MDB ölkələrində isə hər il 500 mindən 1 milyona qədər insan bu və ya digər qaraciyər patologiyası ilə ilk dəfə qeydiyyatdan keçir. Bütün bunları və qaraciyər xəstəlikləri ilə bağlı problemlərin aktuallığını nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərovla söhbət etdik. Müsahibimiz, ilk növbədə, qaraciyərin orqanizmdə rolu barədə məlumat verdi: 

– Qaraciyər orqanizmdə yüzlərlə funksiyanı yerinə yetirir. Bunlardan ən mühümü isə filtr və baryer funksiyalarıdır. İnsan yaşadığı müddətdə onun orqanizmi ən müxtəlif toksiki təsirlərə məruz qalır. Zərərli maddələrlə “zənginləşən” qan sutka ərzində 400 dəfə qaraciyərdən keçir və məhz burada toksinlərdən təmizlənərək orqan və toxumalara qayıdır. Bir sözlə, qaraciyər bədənin sağlamlığını ömürboyu qoruyan əsas orqanlardan biridir. Görkəmli alim İbn Sina bildirirdi ki, “Qaraciyər sağlam olarsa, deməli, bütün orqanizm sağlam olar”.
– Muxtar respublikamızda qaraciyər xəstəliklərinin profilaktikası, müayinə və müalicəsi üçün hansı imkanlar var? Bu sahədə görülən tədbirlər nədən ibarətdir?
– Qeyd edim ki, müasir dövrdə Naxçıvan səhiyyəsi inkişaf edir, bu sahədə köklü dəyişikliklər baş verir. Muxtar respublikamızın bütün bölgələrində yeni tibb müəssisələri tikilib, mövcud səhiyyə ocaqları əsaslı təmir edilib və ən müasir avadanlıqlarla, cihazlarla təmin olunub. Bu iş indi də davam etdirilir. Səhiyyə işçiləri inkişaf etmiş tibb təhsili mərkəzlərində təcrübə keçirlər. Son illərin quruculuq ünvanlarından olan Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Yoluxucu Xəstəliklər Mərkəzində, Diaqnostika-Müalicə Mərkəzində müasir təbabətin ən son nailiyyətləri tətbiq edilir. Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, güclü maddi-texniki bazası və yüksək səviyyəli ixtisaslı kadrları olan səhiyyə müəssisələrimizdə digər xəstəliklərlə yanaşı, qaraciyər xəstəliklərinin də diaqnostika və müalicəsi üçün lazımi şərait mövcuddur.

Ardını oxu...

Kəngərli Rayon Mərkəzi Xəstəxanasında əvvəllər istifadə olunmayan anesteziya – narkoz aparatının cari ilin fevral ayında işə salınması bir sıra cərrahi əməliyyatların aparılmasına imkan verib. Ötən şənbə günü burada 7 cərrahi əməliyyat aparılıb.

Naxçıvan Muxtar Respublikası  Səhiyyə Nazirliyinin mətbuat xidmətindən serqqapisi.az-a verilən məlumata görə səhiyyə müəssisəsinin həkim və orta tibb işçiləri əvvəlcə ambulator müayinələr aparıblar. Cərrahi müdaxiləyə ehtiyacı olan xəstələr üzərində uroloji, proktoloji qiqant yırtıq, öd kisəsi əməliyyatları icra olunub. Əməliyyatlar uğurla başa çatdırılıb, xəstələr birgünlük müşahidədən sonra evlərinə buraxılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən serqqapisi.az saytına verilən məlumata görə,  Naxçıvan Muxtar Respublikasında  mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə ötən ay su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, məişət tullantıları qoyulan meydançalarda 32 min 330 kvadratmetr dezinfeksiya və 450 kvadratmetr dezinseksiya tədbirləri həyata keçirilib. Müvafiq tədbirlərin davam etdirilməsi ilə bağlı qidalanma sənayesi, kommunal, ictimai-iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin  rəhbərlərinə  göstərişlər verilib. Nəticədə,  muxtar respublikamızda yanvar ayında epidemioloji vəziyyət sabit olub, zəhərlənmələr baş verməyib, infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib. Yenidoğulmuş  uşaqların 98,6 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd alıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib. Tədbirdə hesabat məruzəsi ilə çıxış edən səhiyyə naziri Niyazi Novruzov bildirib ki, son illər səhiyyə sahəsində aparılan islahatlar nəticəsində tibb müəssisələrinin maddi-texniki bazası xeyli yaxşılaşdırılıb, yeni səhiyyə ocaqları tikilərək istifadəyə verilib. 

Qeyd edilib ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların səmərəliliyi, əhalinin yaşayış standartlarının davamlı yüksəlişi, güzəranının daha da yaxşılaşması, müalicə-profilaktika işinin təşkili sahəsində görülən tədbirlər, tibbi xidmətin keyfiyyətinin və əhatəliliyinin artırılması və ümumiyyətlə, əhali rifahının davamlı yüksəlişi demoqrafik vəziyyətə öz müsbət təsirini göstərib. Belə ki, muxtar respublikada 2016-cı ildə 6510 uşaq doğulub, 1850 ölüm hadisəsi qeydə alınıb, təbii artım 4660 nəfər, doğum göstəricisi 14,5, ölüm göstəricisi 4,1, 1 yaşa qədər uşaq ölümü 10 nəfər olmaqla, 1,5 promilli təşkil edib.

Ardını oxu...

Yanvarın 26-da Naxçıvan Muxtar Respublika Xəstəxanasında hepatit viruslarına qarşı mübarizə və profilaktika tədbirlərinin gücləndirilməsi barədə elmi-praktik seminar keçirilib.
Xəstəxananın baş həkimi Əli Ələsgərov bildirib ki, hepatit (A, B, C, D, E) virusları kəskin xroniki xəstəliklər törədərək insanların sağlamlığında ciddi pozuntulara səbəb ola bilər. Hepatitə yoluxmuş insanların çox böyük əksəriyyəti bundan xəbərsiz olur. Yalnız hepatitin müxtəlif formaları, onların qarşısının alınması və müalicəsi yolları barədə maarifləndirməni genişləndirməklə insan həyatını belə xəstəliklərdən xilas edə bilərik.
Muxtar respublikada hepatit viruslarına yoluxmuş xəstələrdə diaqnozun qoyulması, onların qeydiyyatının aparılması, dərman preparatları ilə təmin edilməsi və müalicələrinin təkmilləşdirilməsi məqsədilə ardıcıl tədbirlər görülür, nikaha daxil olmaq istəyən şəxslər hepatit B, hepatit C, o cümlədən QİÇS üzrə tibbi müayinədən keçirlər. Evlilik öncəsi məcburi tibbi müayinələrin tərkib hissəsi olan hepatitlərə görə müayinələr Naxçıvan Muxtar Respublika Xəstəxanasının Hematologiya şöbəsində aparılır. Nikaha daxil olmaq istəyən şəxslərə tibbi arayışların verilməsi müayinələrin nəticələri təqdim edildikdən sonra həyata keçirilir. Bunun üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Yoluxucu Xəstəliklər Mərkəzində, Doğum Mərkəzində lazımi maddi-texniki baza yaradılıb.

Ardını oxu...

Virus hepatitləri və onlarla əlaqədar xəstəliklərə görə profilaktika tədbirlərinin gücləndirilməsi, B virusu hepatiti əleyhinə vaksinasiya ilə əhatə olunmanın genişləndirilməsi və bu peyvəndin milli immunizasiya proqramlarına inteqrasiyası, eləcə də hepatitə qarşı qlobal cavab tədbirlərinin əlaqələndirilməsi müasir dünya səhiyyəsinin əsas fəaliyyət istiqamətlərindən biridir. Muxtar respublikamızda da bu istiqamətdə ardıcıl tədbirlər görülür.
İnfeksion xəstəliklər, onların yayılması yolları, profilaktikası və hepatitlərə qarşı aparılan vaksinlərlə əlaqədar Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzinə cari ilin yanvar ayından başlayaraq müraciət edən xəstələrdən şəxsiyyət vəsiqəsi tələb olunacaqdır. Vətəndaşlar həkim müayinəsindən əvvəl ekspres test müayinəsindən keçəcəklər. Müraciət edən şəxslərdə yoluxucu xəstəlik aşkarlanarsa, onlar məxfi saxlanılmaqla Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsində müayinəyə cəlb ediləcəkdir. Test müayinəsi almış xəstələr altı ay müddət keçdikdən sonra təkrar mərkəzə müraciət edərlərsə, yenidən ekspres test müayinəsindən keçiriləcəklər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızın səhiyyə sistemində həyata keçirilən islahatların mühüm bir istiqaməti də əhaliyə göstərilən tibbi xidmətin əhatəsini genişləndirmək, bölgələrdə cərrahiyyə əməliyyatlarını təşkil etmək, müayinə və müalicə işlərini daha da yaxşılaşdırmaqdan ibarətdir. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılmış imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam etdirirlər.

Culfa Rayon Mərkəzi Xəstəxanasında da bir sıra cərrahi əməliyyatların aparılması üçün lazımi şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri ötən şənbə günü bu səhiyyə müəssisəsində 31 cərrahiyyə əməliyyatı aparıb, əhaliyə tibbi xidmət göstəriblər.
Həkim cərrahlardan Abasət Hüseynəliyev, İsa Abdullayev, uroloq Nazim İbrahimov, anestezioloqlar Ənvər Şıxəliyev, Aidə Məmməd­ova və orta tibb işçiləri ambulator müayinələr zamanı 107 xəstəyə tövsiyələrini veriblər. Cərrahi müdaxiləyə ehtiyacı olan 31 nəfər üzərində uroloji, proktoloji qiqant yırtıq, öd kisəsi əməliyyat­ları aparılıb. Xəstəxanada ilk dəfə olaraq spinal anesteziya ilə yırtıq əməliyyatı icra edilib. Culfa rayon Yaycı kənd sakini Mirzalı Cəfərov üzərində aparılan bu əməliyyat uğurla başa çatdırılıb, xəstə birgünlük müşahidədən sonra evinə buraxılıb. Ləkətağ kəndindən birinci qrup əlil Səbuhi Qasımov övladlarının başqa yerlərə getmədən, ərazidə yerləşən səhiyyə müəssisəsində pulsuz əməliyyat olunmasına görə minnətdarlıq edib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layi­hələrinin uğurlu icrası kimi ­dəyərləndirib.
Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri yerli həkimlərə tibbi avadanlıqlardan istifadə qaydalarını da öyrədiblər. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi yerli həkim və tibb işçilərinə izah edilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası Ürək və damar xəstəlikləri şöbəsinin həkim heyəti 2016-cı il ərzində Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin kardiocərrahları ilə birgə 112 nəfərdə açıq ürək əməliyyatı aparıb. Bu da yerli həkimlərin peşə hazırlığının yüksəldilməsində mühüm rol oynayır.
Yaranmış ənənə cari ildə də davam etdirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası Ürək və damar xəstəlikləri şöbəsinin müdiri, tibb elmləri doktoru Rəşad Mahmudov ötən şənbə və bazar günləri Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə ikigünlük ezamiyyətə gəlib. Yerli həkimlər tərəfindən müayinə olunaraq qeydiyyata götürülmüş və əməliyyatı planlaşdırılmış xəstələr üzərində 5 açıq ürək-aortakoronar şuntlama əməliyyatı həyata keçirilib. Xəstələr koronar angioqrafiya, exokardio­qrafiya, elektrokardioqrafiya və digər kardioloji müayinələrdən keçirilib, onlarda müşahidə olunan gizli ürək xəstəlikləri və risk amilləri araşdırılıb, xəstələrə tibbi məsləhət və tövsiyələr verilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində müstəsna rol oynayan qanvermə aksiyalarını davam etdirir.
Belə tədbirlərdən biri Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası və Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının iştirakı ilə həyata keçirilib. Donorların müayinəsini və qan götürülməsini həyata keçirən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi qan bankının həkimi Məmmədəli Həsənov ölkəmizdə qan köçürülməsinə ehtiyacı olan xəstə­lərin müalicəsinə göstərilən dövlət qayğısından, bu sahə­­də həyata keçirilən layihələrdən ­danışıb.
Sonra şəxsi heyət “Sən də bir həyat ver” devizi altında qanvermə aksiyasına qoşulub. Əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib. Bir neçə saat davam edən aksiyada Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasından 12, Naxçıvan Şəhər Polis İdarəsindən isə 15 nəfər könüllü olaraq qan verib. Donorlardan götürülən 13,5 litr qanın qrupları müəyyənləşdirilərək ikili və üçlü torbalarda mərkəzin qan bankına təhvil verilib. Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb.
Qeyd edək ki, tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaq.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Bakı şəhərində fəaliyyət göstərən Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksək­ixtisaslı həkim heyətinin yanvar ayının 13-15 tarixlərində Şərur rayonunda keçirdiyi növbəti humanitar aksiya başa çatıb.
Şərur Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada xəstəxananın baş həkimi Telman İbad­ovun rəhbərliyi ilə 22 yüksək­ixtisaslı həkim və orta tibb işçisi iştirak edib. Bütövlükdə 2 min 568 nəfər müayinə olunub. Onlardan 73 nəfərin üzərində cərrahi əməliyyat aparılıb. Aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olan xəstə­lər üzərində ümumi cərrahi, proktoloji, uroloji, burun-qulaq-boğaz və digər əməliyyatlar həyata keçirilib. Aksiya zamanı pasiyentlər həmçinin hematoloji, uroloji, nefroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunublar.

Ardını oxu...

Bakı şəhərində fəaliyyət göstərən Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti yanvar ayının 13-də Şərur rayonunda növbəti humanitar aksiyaya start verib.
Şərur Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada xəstəxananın baş həkimi Telman İbad­ovun rəhbərliyi ilə 22 həkim və orta tibb işçisi iştirak edir. Həkim cərrahlardan Fariz Camalov, Zahid Zahidov, ginekoloq Zenfira İbadova, kardioloq Sevil Məmmədova, otolarinqoloq Məzahir Quliyev, nevropatoloq Elnarə Məsiyeva, uroloq Emin Məmmədov, nefroloq Fazilə Səlimova, endokrinoloq Gülnar Qasımova və başqalarının səyi ilə aksiyanın ilk günü 342 nəfər ambulator müayinə ilə əhatə olunub. Müayinə olunmaq üçün xəstəxanaya müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Şərur Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə əhaliyə səhiyyə xidməti göstərir.
Aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olan 20 nəfər üzərində ümumi cərrahi, proktoloji, uroloji, burun-qulaq-boğaz və digər əməliyyatlar aparılıb. Əməliyyatlar uğurla davam edir, xəstələr bir gün ərzində müşahidə altında saxlanılır. Aksiya zamanı pasiyentlər həmçinin hematoloji, uroloji, nefroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunurlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı, Azərbaycan Respublikasının Əməkdar həkimi İbrahim Ağayevin “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə çap olunmuş “Ana südü möcüzəsi” adlı kitabı oxuculara təqdim olunub. 

Səhiyyə maarifi xarakteri daşıyan metodik vəsaitdə qeyd olunur ki, hər bir xalqın, dövlətin, ailənin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşaqların sağlam, hərtərəfli, fiziki və əqli cəhətdən düzgün inkişaf etməsi üçün əsas amillərdən biri onların doğulduğu gündən düzgün qida­lanmasıdır. Südəmər dövr körpələrin həm fiziki, həm də zehni inkişafının formalaşdığı həlledici bir dövrdür. Bu dövrdə düzgün qidalanmayan körpələrdə fiziki-psixi cəhətdən geriqalma, daha sonrakı yaşlarda isə intellektin inkişafında, davranışda, vərdişlərdə ciddi qüsurlar meydana çıxır. Ona görə də qidalanma kəmiyyət və keyfiyyətcə səmərəli olmaqla, körpə orqanizminin tələblərini ödəməlidir. Bu tələblər isə yalnız ana südü vasitəsilə ödənilə bilər. Çünki ana südünün tərkibindəki qida maddələrinin – yağların, zülalların, karbohidratların, fermentlərin, amin turşuların,vitaminlərin, mineral maddələrin bir-birinə nisbəti elə səviyyədədir ki, yeni doğulan, südəmər və 2 yaşına qədər uşaqların mədə-bağırsaq traktı tərəfindən asan sorulur. Ana südünün uşağın ilk “peyvəndi” olduğu, uşaq orqanizminin immunitet səviyyəsini qaldırdığı da vurğulanır.
Kitabda ana südünün digər südlərlə fərqi, ana südünün unikal tərkibi, südverən ananın rejimi, müxtəlif səbəblərdən südün azlığı zamanı uşağın qidalanması, normal uşaqların qidalanma rejimi, süni qidalanmanın təhlükələri və sair bölmələr diqqəti cəlb edir.
Metodik vəsait müəllifin uzun illərin pediatrik təcrübəsi, müşahidəsi və 8 tibbi ədəbiyyatdan istifadə edilərək ərsəyə gəlmişdir. Hər bir ana üçün stolüstü kitab olacaq bu vəsaitdən Naxçıvan Tibb Kollecinin və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri də istifadə edə bilərlər.
Metodik vəsait Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 7 saylı kollegiya qərarı ilə çap olunmuşdur.

Hüseyn ƏSGƏROV

Naxçıvan Muxtar Respublika Xəstəxanasının elektron zalında keçirilən sertifikasiya imtahanlarının növbəti mərhələsində muxtar respublikanın səhiyyə müəssisələrində çalışan orta tibb işçiləri öz biliklərini sınayıblar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri, sertifikasiya şurasının sədr müavini Süleyman Cəfərov tədbirdə çıxış edərək bildirib ki, muxtar respublikanın səhiyyə sistemində sertifikasiya imtahanları bu il kompüterə verilmiş proqrama uyğun aparılır. Bu məqsədlə xəstəxananın yeni binasındakı elektron zaldan istifadə edilir. Elektron zalda server xidməti ilə birgə 31 kompüter qurulub. Kompüter proqrama uyğun olaraq ümumi sual bankından 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq sualını seçir. Bu, imtahanların aşkarlıq və şəffaflıq şəraitində keçirilməsini təmin edir.

Ardını oxu...

Muxtar respublikada müasir tibb ocaqlarının tikilib istifadəyə verilməsi, insanların sağlamlığının yaxşılaşdırılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, yüksəkixtisaslı həkim briqadalarının mütəmadi olaraq muxtar respublikaya gəlməsi də aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicəsinə hərtərəfli şərait yaradır.
Hər il olduğu kimi, bu il də Bakı şəhərində yerləşən Akademik Mir­əsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 27 nəfərdən ibarət həkim briqadası dekabrın 23-26-da Ordubad Rayon Mərkəzi Xəstəxanasında əhalini tibbi müayinədən keçirmişdir. Müasir tibbi avadanlıqlarla təmin olunmuş xəstəxanada həkimlər üçün lazımi şərait yaradılmışdır. Xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə yüksəkixtisaslı həkimlər aksiya müddətində 1310 rayon sakinini müayinə etmiş, 28 xəstədə müxtəlif cərrahi əməliyyatlar aparmışlar.

Xəbərlər şöbəsi

Rayon Mərkəzi Xəstəxanasından reportaj

Bakı şəhərində fəaliyyət göstərən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı, müxtəlif profilli həkim heyəti müntəzəm olaraq muxtar respublikaya gəlir, paytaxt şəhərimizin səhiyyə müəssisələrində, rayon mərkəzlərindəki xəstəxanalarda humanitar aksiyalar təşkil olunur. Bu xeyirxah tədbir sakinlər tərəfindən böyük minnətdarlıq hissləri ilə qarşılanır. Növbəti humanitar aksiya dekabr ayının 23-26-da Ordubad rayonunda keçirilib.
Aksiyanın ikinci günü həmin xəstəxanada olduq. Öyrənirik ki, aksiyada klinik xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə 25 yüksəkixtisaslı həkim və orta tibb işçisi iştirak edir.
Məlumat üçün bildirək ki,Telman İbadov uzun müddət bu xəstəxananın baş həkimi vəzifəsində çalışıb. Necə deyərlər, rayon səhiyyəsinin dünənini də görüb, bu gününü də görür. Onun dedikləri:
– Əvvəlcə onu bildirim ki, hər dəfə Naxçıvana gələndə burada səhiyyənin bir qədər də inkişafının şahidi oluram. Daha dəqiq desəm, bu gün Naxçıvan səhiyyəsi özünün tərəqqi dövrünü yaşayır. Daha naxçıvanlılar hər hansı müayinə və ya müalicə üçün başqa yerlərə üz tutmurlar. Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzlərində də səhiyyənin inkişafı diqqət mərkəzindədir. Bu gün muxtar respublikanın hər bir rayon Mərkəzi Xəstəxanası öz fəaliyyətini yeni və müasir binalarda davam etdirir. Bildiyimə görə, həmin xəstəxana binalarının əksəriyyətinin açılışında ölkə Prezidenti cənab ­İlham Əliyev iştirak edib, əhaliyə yüksək səviyyədə səhiyyə xidməti göstərmək üçün öz tövsiyələrini verib. Muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlər, təbii ki, bir həkim kimi məni sevindirir. Səhiyyə müəssisələrinin hər cür avadanlıqlarla təchiz olunaraq maddi-texniki bazalarının gücləndirilməsi, ixtisaslı kadr hazır­lığının diqqət mərkəzində saxlanılması bu günün reallıqlarıdır. Bir faktı nəzərinizə çatdırım. Bizim çalışdığımız xəstəxana ölkədə ən böyük səhiyyə müəssisələrindən biridir. Aksiya ərəfəsində mən Naxçıvan Muxtar Respublika Xəstəxanasında oldum. Burada gördüyüm avadanlıqlar tibbin son nailiyyətləridir və onların az qismi bizim xəstəxanada var. Naxçıvanlı ağxalatlıların bu texnologiyalardan mükəmməl istifadə etmələri diqqət mərkəzində saxlanılır, yerli həkimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə ciddi önəm verilir, biz də bu işdə öz köməyimizi əsirgəmirik. Ötən il ordubadlı bir həkim-laborant bizim xəstəxanada təcrübə keçib, gələn il 2 əməliyyat tibb bacısını da təcrübəyə cəlb edəcəyik. Məqsəd isə aydındır: insanlara yüksək səviyyədə səhiyyə xidməti göstərilsin. Bunun üçün həkimlərin yüksək peşəkarlığa malik olması vacib şərtlərdən biridir.

Ardını oxu...

Muxtar respublika ərazisində  uşaq və yeniyetmələr arasında başlanğıc və məhdud formalı vərəmin erkən aşkar olunub vaxtında müayinə və müalicəyə cəlbi üçün  I - XI sinif şagirdləri arasında  kütləvi tuberkulin diaqnostikası – Mantu sınağı aparılıb. Bunun üçün əvvəlcədən zəruri təşkilati tədbirlər görülüb. 

Muxtar respublikanın tibb müəssisələrində çalışan həkim-pediatr və vaksinatorlar üçün seminar-məşğələ keçirilib. Orta məktəblərdə çalışan tibb işçilərinə lazımi təlimatlar verilib, onlarla söhbətlər aparılıb. Rayon mərkəzi xəstəxanaları, eləcə də gigiyena və epidemiologiya mərkəzləri tərəfindən xidmət ərazilərində Mantu sınağına cəlb ediləcək uşaqların siyahıları tərtib olunub. Ərazi prinsipi üzrə bir həkim və iki tibb işçisindən ibarət yaradılmış xüsusi briqadalar sınaq materialı ilə təchiz edilib.

Ardını oxu...

Şaxtalı havalarda insanlar bəzi sağalması çətin olan xəstəliklərə tutulurlar. Qrip xəstəliyi bu sırada öndə gedir. Bəs asanlıqla yoluxub gec sağaldığımız bu tip xəstəliklərdən necə qorunmalı, onlara qarşı hansı tədbirləri görməliyik? Mövzu ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkimi Məmmədəli Ələkbərov ilə həmsöhbət olub, bu xəstəliklərin yoluxma yolları, profilaktikası və sair barədə məlumat aldıq:

– Havanın temperaturunun birdən-birə dəyişməsi nəticəsində bəzi xəstəliklər yaranır ki, bunlara da mövsümlə əlaqədar törəyən xəstəliklər deyilir. İlin bu aylarında bronxit, pnevmoniya, qrip və sair kimi soyuqdəymə xəstəliklərinə rast gəlmək olar. Hava tədricən dəyişdiyi zaman insanlar buna uyğunlaşır ki, bu da sadaladığımız mövsümi xəstəliklərə yoluxanların sayını aşağı salır. Əks halda, yəni havaların kəskin şəkildə dəyişməsi, xüsusilə də immuniteti zəif olan insanlarda xəstəliyə yaxalanmaq riskini daha da artırır.
İnsanlar sadaladığımız bu xəstəliklərdən daha çox qripə yoluxurlar. Buna soyuqdəymə də deyirlər. Laboratoriya şəraitində bu xəstəliyin törədiciləri, yəni viruslar tapılmayıbsa, o, sadəcə, kəskin respirator virus infeksiyasıdır. Qrip yuxarı tənəffüs yollarının selikli qişasını zədələyən intoksikasiya əlamətləri ilə keçən iltihablı xəstəlik kimi çox geniş yayılıb. Xəstəliyin özünün gizli vaxtı olur ki, buna da tibdə inkubasiya dövrü deyilir. Bu dövr qrip virusları orqanizmə düşdükdən sonra onun ilk əlamətlərinin meydana çıxmasına qədər olan zaman kəsiyidir. İnkubasiya dövrü orqanizmdən asılı olaraq 3 saatdan 3-4 günə qədər davam edə bilər. Deməli, xəstəliyin gizli keçdiyi bir neçə gün ərzində insan qripə yoluxduğundan xəbərsiz olur. Xəstəlik əksər hallarda hava damcı yolu ilə keçir. Yəni xəstəliyin yayıcıları xəstəliyə tutulmuş insanlardır. Həmin insanlar asqırdıqda, ya da öskürdükdə bu viruslar 3 metr məsafəyə qədər yayılır. Beləliklə, onlarla eyni otaqda, ya da yaxınlıqda olan insanların həmin xəstəliyə tutulma ehtimalı daha çoxdur. Viruslar sağlam insanların yuxarı tənəffüs yollarına, yəni burun boşluğuna düşərək orada selikli qişada çoxalaraq xəstəlik yaradırlar. Xəstəlik 95 faiz hallarda bu yolla keçir.

Ardını oxu...

Muxtar respublika ərazisində uşaq və yeniyetmələr arasında başlanğıc və məhdud formalı vərəmin erkən aşkar olunub vaxtında müayinə və müalicəyə cəlbi üçün I-XI sinif şagirdləri arasında kütləvi tuberkulin diaqnostikası – mantu sınağı davam etdirilir. Bunun üçün əvvəlcədən zəruri təşkilati tədbirlər görülüb.

Muxtar respublikanın tibb müəssisələrində çalışan həkim-pediatr və vaksinatorlar üçün seminar-məşğələ keçirilib. Tədbirin normal təşkili və başa çatdırılması üçün rayon mərkəzi xəstəxanaları tərəfindən əvvəlcədən cədvəllər tərtib olunaraq məktəblərə göndərilib. Orta məktəblərdə çalışan tibb işçilərinə lazımi təlimatlar verilib, söhbətlər aparılıb. Eyni zamanda şəhər və rayon gigiyena və epidemiologiya mərkəzləri tərəfindən məsul şəxslərin iştirakı ilə seminar keçirilib, rayon mərkəzi xəstəxanaları, eləcə də gigiyena və epidemiologiya mərkəzləri tərəfindən xidmət ərazilərində həmin sınağa cəlb ediləcək uşaqların siyahıları tərtib olunub. Ərazi prinsipi üzrə bir həkim və iki tibb işçisindən ibarət yaradılmış xüsusi briqadalar sınaq materialı ilə təchiz edilib.

Ardını oxu...

Muxtar respublikamızın səhiyyə sistemində həyata keçirilən islahatların mühüm bir istiqaməti də əhaliyə göstərilən tibbi xidmətin əhatəsini genişləndirmək, bölgələrdə cərrahiyyə əməliyyatlarını təşkil etmək, müayinə və müalicə işlərini daha da yaxşılaşdırmaqdan ibarətdir.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kənd­lərin, eləcə də ucqar sərhəd və dağ məntəqələrinin səhiyyə müəssisələrində yaradılmış imkanlardan səmərəli istifadə edərək əhalinin tibbi müayinəsini və cərrahi əməliy­yatları uğurla davam etdirirlər.
Yeni səhiyyə müəssisələrindən olan Babək Rayon Mərkəzi Xəstəxanasında da bir sıra cərrahi əməliyyatların aparılması üçün lazımi şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim və tibb işçiləri ötən şənbə günü bu səhiyyə müəssisəsində 20 cərrahiyyə əməliyyatı aparıb, əhaliyə təmənnasız tibbi xidmət göstəriblər.

Ardını oxu...

Muxtar respublikamızda noyabr ayında epidemioloji vəziyyət sabit olub, zəhərlənmələr baş verməyib. İnfeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib. 

Yeni doğulmuş uşaqlar idarə­olunan yoluxucu xəstəliklərə görə peyvənd alıblar. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilib, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, məişət tullantıları qoyulan meydançalarda 26 min 327 kvadratmetr sahədə dezinfeksiya və 19 min 950 kvadratmetr ərazidə dezinseksiya tədbirləri həyata keçirilib.
Uşaq-yeniyetmə müəssisələri və məktəblərdə monitorinqlər və maarifləndirici tədbirlər aparılıb.
Kəskin respirator və digər infeksion xəstəliklərin qarşısının alınması məqsədilə bütün ictimai iaşə, ticarət, su təchizatı, sərhəd-gömrük məntəqələrində profilaktik sağlamlaşdırıcı əks-epidemik tədbirlər həyata keçirilib.

Ardını oxu...

Muxtar respublikada elmin inkişafına göstərilən diqqət və qayğı sanballı tədqiqatların aparılmasına, müxtəlif sahələri əhatə edən yeni kitabların ərsəyə gəlməsinə geniş imkanlar yaradıb. Bu prosesdə muxtar respublikanın səhiyyə işçiləri də fəallıq göstərir, elmi araşdırmalar aparır və təcrübi biliklərini ümumiləşdirərək kitab halında nəşr etdirirlər. 

Həkim-pediatr, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi, Azərbaycan Respublikasının Əməkdar həkimi Rəhim Rəhimovun bu yaxınlarda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə çap olunmuş “50 sual 50 cavab” adlı kitabı da bu ­qəbildəndir.
Kitab xəstəxananın tibbi heyətinin praktik fəaliyyətinə uyğun, gündəlik müşahidələri, valideynlər tərəfindən onlara ünvanlanan suallara cavab əsasında tərtib edilib. Səhiyyə maarifi xarakteri daşıyan kitabda həkiməqədərki mərhələdə valideynlərin bilməli olduqları müalicə üsulları öz əksini tapıb. Qeyd olunub ki, hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətli, mənəvi qüvvə tələb edən bir işdir. Planetimizin əhalisinin üçdə birini təşkil edən uşaqlarımızın necə tərbiyə olunmasından, hansı ideyalara qulluq etməsindən hər bir ölkənin gələcəyi asılıdır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 19 sentyabr 2016-cı il tarixli qərarı ilə çap olunmuş kitab hər bir valideyn üçün faydalı məlumat qaynağıdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunmaq üçün qanvermə aksiyalarının təşkilini davam etdirir.
Belə humanitar aksiyalardan biri Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin təşkilatçılığı ilə dekabrın 7-də Culfa Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilib. Mərkəzin qan bankının həkimi Məmmədəli Həsənov ölkəmizdə qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən danışıb. Qeyd olunub ki, müasir təbabətdə həkimlərin əlində çoxlu müalicə vasitələri olmasına baxmayaraq, ən ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün əvəzsiz rol oynayan canlı dərman donor qanıdır. Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir və bu, donor qanına tələbatı artırır. Müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qan itirmələrdə, xroniki qanazlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların müxtəlif xəstəliklərində qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Qandan belə geniş istifadə edilməsi ona olan tələbatı da artırır. Bununla əlaqədar olan məsələlərin həllində qan donorluğunun, xüsusən təmənnasız donorluğun böyük əhəmiyyəti vardır. Xalqımızın donorluğa göstərdiyi rəğbət, insanpərvərlik, xeyirxahlıq və humanizm, həmrəylik bu işin təşkilinə böyük kömək edir. Muxtar respublikamızda da bu istiqamətdə tədbirlər ardıcıl olaraq həyata keçirilir.

Ardını oxu...

Muxtar respublika ərazisində uşaq və yeniyetmələr arasında başlanğıc və məhdud formalı vərəmin erkən aşkar olunub vaxtında müayinə və müalicəyə cəlb edilməsi üçün I-XI sinif şagirdləri arasında kütləvi tuberkulin diaqnostikası – Mantu sınağına start verilib.
Bunun üçün əvvəlcədən zəruri təşkilati tədbirlər görülüb. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında muxtar respublikanın tibb müəssisələrində çalışan həkim-pediatr və vaksinatorlar üçün seminar-məşğələ keçirilib. Tədbirin təşkili üçün xəstəxana tərəfindən əvvəlcədən cədvəllər tərtib olunaraq məktəblərə göndərilib. Orta məktəblərdə çalışan tibb işçiləri xəstəxananın Poliklinika şöbəsinə dəvət olunub, tədbirlə əlaqədar onlara lazımi təlimatlar verilib, söhbətlər aparılıb. Eyni zamanda şəhər və rayon Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən məsul şəxslərin iştirakı ilə seminar keçirilib, rayon mərkəzi xəstəxanaları, eləcə də Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən xidmət ərazilərində Mantu sınağına cəlb ediləcək uşaqların siyahıları tərtib olunub. Ərazi prinsipi üzrə bir həkim və iki tibb işçisindən ibarət yaradılmış xüsusi briqadalar sınaq materialı ilə təchiz edilib.
Mantu sınağının ilk günü – dekabrın 5-də Naxçıvan şəhərinin 1, 2, 3, 4, 5 və 7 nömrəli tam orta məktəblərində 4 min nəfərdən çox şagird tuberkulin diaqnostikasına cəlb olunub. Sınağın nəticələri 72 saat keçdikdən sonra qiymətləndiriləcək və bu haqda Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə, Ağciyər Xəstəlikləri Dispanserinə məlumat veriləcəkdir. Nəticələr qiymətləndirilərkən şübhəli və müsbət reaksiyalı uşaqlar Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində dərin ftiziatr müayinəsinə, lazım gələrsə, müalicəyə cəlb olunacaqlar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini noyabr ayında da davam etdirib, səhiyyə sisteminin müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası həmişəki kimi diqqət mərkəzində saxlanılıb.
Muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində ötən ay Naxçıvan şəhər Bulqan və Şərur rayon Arbatan kənd feldşer-mama məntəqələri əhalinin istifadəsinə verilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları, dərman preparatları, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzindən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinə kimyəvi terapiya aparmaq üçün dərman preparatları, Azərbaycan Respublikası Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə reaktiv və dərman preparatları, Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzi və Qlobal Fond tərəfindən Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsinə HİV, hepatit B, C və sifilis testləri, reaktiv və tibbi materiallar gətirilib.

Ardını oxu...

Hər il dekabr ayının 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. QİÇS-lə Mübarizə Gününün məqsədi dünya ictimaiyyətinin diqqətini bu problemin həllinə cəlb etməkdən, insanları maarifləndirməkdən ibarətdir.
Qazanılmış İmmun Çatışmazlığı Sindromu dünya səhiyyəsinin ciddi mübarizə apardığı infeksion xəstəliklər sırasındadır. Epidemiya kimi ilk dəfə harada aşkarlanması məlum olmayan QİÇS heç bir sərhəd tanımır. Bəlkə, elə bu xüsusiyyətinə görə o, əsrin bəlalarından biri hesab olunur. Qloballaşan dünyada getdikcə güclənən miqrasiya prosesləri də epidemiyanın sürətlə yayılmasına rəvac verir.
QİÇS-in yaranmasına və yayılmasına daha çox narkomaniya, qeyri-sağlam həyat tərzi, antisanitariya, natəmizlik səbəb olur. Bundan başqa, yoxlanmamış donor qanın köçürülməsi zamanı birdəfəlik şprislərin təkrar istifadəsi, steril olmayan tibbi alətlər, döymə, qulaq və bədənin digər üzvlərinin deşilməsi, manikür, gigiyenik tələblərə cavab verməyən əşyalardan istifadə və başqa amillər də yoluxmaya gətirib çıxara bilər. Xəstə anadan uşaqlara keçən infeksiya da yoluxmada əsas səbəblərdən hesab olunur. Uzun müddət davam edən qızdırma, limfa düyünlərinin şişməsi, ümumi zəiflik, çəkinin şiddətlə azalması, aylarla davam edən öskürək, qaraciyər və dalağın böyüməsi və sair bu kimi hallar xəstəliyin ilk əlamətləridir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin göndərişi əsasında cari ilin son rübündə Tibb bacısı, Tibbi qeydiyyatçı, Laboratoriya işi, Feldşer, Mama ixtisasları üzrə 150 nəfər orta tibb işçisinin təkmilləşdirmə kursu keçməsi nəzərdə tutulub. Naxçıvan Tibb Kollecində bu il oktyabrın 24-dən başlanan peyvənd və sterilizasiya kursu artıq başa çatıb. Təkmilləşdirmə kursunda Naxçıvan şəhəri ilə yanaşı, rayonların tibb müəssisələrində çalışan 90 tibb bacısı iştirak edib.
Naxçıvan Tibb Kollecində təkmilləşdirmə kursu üzrə dərslər ixtisaslı həkim və müəllimlərin rəhbərliyi altında elektron lövhədə aparılıb. Təcrübələr Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında, Doğum Mərkəzində, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində keçirilib. Kursda iştirak edənlərə ixtisasları üzrə tibbin yenilikləri haqqında mühazirələr oxunub, tibbi prosedurlar, profilaktik peyvəndlərin aparılması, müasir aparat və avadanlıqlar nümayiş etdirilib. Tibb bacılarına buklet və kitabçalar paylanıb. Kursda iştirak edənlər üçün attestasiya imtahanı keçirilib və sertifikatlar təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin göndərişi əsasında 2010-cu ildən 2016-cı ilin birinci yarısınadək, ümumilikdə, 709 nəfər orta tibb işçisi təkmilləşdirmə kursunda iştirak edib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Dövlət qayğısının bariz nümunəsi olan Naxçıvan Muxtar Respublika Xəstəxanasında məhz bunların şahidi olduq

Qədim dövrlərdən bəri insanlar həmişə həkimlərə böyük ehtiram göstəriblər. Bəlkə də, bu, ona görədir ki, həmin peşə sahiblərində canıyanarlıq, əziyyət çəkənə yardım etmək, xəstəyə əlac tapmaq kimi ali xüsusiyyətlər vardır. Qədim hindistanlı müdriklər nahaq yerə demirdilər ki, “Atadan, anadan, müəllimdən və dostlardan qorxmaq olar, ancaq həkimin qarşısında qorxu hiss etməməlisən. Çünki o, xəstəyə həm ata, həm ana, həm dost, həm də ustaddır”. Əgər həkim xəstə üçün ən doğma, əziz insanları əvəz edə bilirsə, bu, onun peşəsinə vurğunluğundan irəli gəlir. Naxçıvan Muxtar Respublika Xəstəxanasında da həkimlərimiz bura müraciət edən xəstələrə məhz belə münasibət göstərir, onların dərdinə əlac tapır, necə deyərlər, sağlamlıqlarının keşiyində dayanırlar. Şahidi olduğum bir hadisə də belə qənaətə gəlməyimə səbəb oldu.

Ötən günlərdə yolum xəstəxanaya düşmüşdü. Məqsədim əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması naminə əsaslı şəkildə təmir edilən, yenidənqurma işləri aparılan xəstəxanada insanlara göstərilən tibbi xidmətin səviyyəsi barədə məqalə hazırlamaq idi. Həqiqətən də, dövlətimizin böyük diqqəti, qayğısı sayəsində xəstəxana yüksək standartlara cavab verən, qabaqcıl firmaların istehsalı olan ən müasir tibbi avadanlıqlarla, laboratoriya və müayinə cihazları ilə təmin olunub. Yəni dövlətimiz əhalinin sağlamlığının etibarlı qorunması üçün burada yüksək səviyyədə şərait yaradıb, bütün işləri tam həyata keçirib. Bəs həkimlərimiz necə, yaradılan bu şəraitdən səmərəli istifadə edərək müasirliyi ilə yanaşı həm də çox mürəkkəb funksiyaları ilə seçilən tibbi avadanlıqlardan təlimata uyğun istifadə edərək xəstələrə düzgün diaqnoz qoyulmasını həyata keçirə bilirlərmi? Axı həmin avadanlıqlarla işləmək üçün nəzəri biliklərlə yanaşı, əsaslı texniki biliklərə də yiyələnmək lazımdır.

Ardını oxu...

Muxtar respublikada əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsi ilbəil yüksəldilir. Səhiyyə infrastrukturunun yenilənməsi əhalinin sağlamlığının qorunması işində əsaslı dönüşə səbəb olub. Müasir tibb ocaqlarının tikilib istifadəyə verilməsi, insanların sağlamlığının yaxşılaşdırılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, yüksək­ixtisaslı həkim briqadalarının mütəmadi olaraq muxtar respublikaya gəlməsi də aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicəsinə hərtərəfli şərait yaradır.
Bu sahədə yaranmış ənənə cari ilin ötən dövründə də uğurla davam etdirilib. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 21 nəfərdən ibarət ayrı-ayrı ixtisaslar üzrə həkim briqadası yanvar ayında Şərur rayonunda 2 min 504 nəfəri tibbi müayinədən keçirib, 75 nəfərdə əməliyyat aparıb.
Klinik Xəstəxananın 23 nəfərdən ibarət həkim heyəti may ayında Ordubad Rayon Mərkəzi Xəstəxanasında əhalinin kütləvi müayinə və müalicəsinə nail olaraq 3 min 587 nəfəri müayinə edib, 86 nəfərdə cərrahi əməliyyat aparıb.

Ardını oxu...

Təbiət hadisələrinə uyğun olaraq payızın gəlməsi ilə optimal şərait yarandığına görə kəskin respirator virus xəstəliklərinin sayında artım müşahidə edilir. Xəstəlik yuxarı tənəffüs orqanlarının iltihabı və ya infeksiyası nəticəsində baş verir, bakterial və virus mənşəli olur. Bu isə xəstəliyin daşıyıcılarına qarşı genişmiqyaslı profilaktik tədbirlərin aparılmasını labüd edir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq kəskin respirator infeksion xəstəliklərinin profilaktikası məqsədilə payız mövsümündə gücləndirilmiş dezinfeksiya və maarifləndirmə tədbirləri aparılır. Cari mövsümün tədbirlərinə noyabr ayının əvvəlindən start verilib. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatları tərəfindən icra olunan bu tədbir, ilk növbədə, əhalinin sıx məskunlaşdığı yerləri əhatə edir.
Ötən həftə ərzində Naxçıvan şəhər avtovağzalında 1240 kvadratmetr, dəmiryol vağzalında 2 min 500 kvadratmetr, “Cahan” ticarət mərkəzində 3 min 200 kvadratmetr dezinfeksiya işləri həyata keçirilib. Bundan əlavə, Naxçıvan şəhəri ərazisində yerləşən məktəb və bağçalarda mərkəzin əməkdaşları tərəfindən maarifləndirici tədbirlər aparılıb, həmin müəssisələr dezinfeksiyaedicilərlə təmin olunub.
Dezinfeksiya tədbirləri mövsüm ərzində davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Naxçıvan Muxtar Respublika Xəstəxanasının elektron zalında keçirilən sertifikasiya imtahanlarının növbəti mərhələsində muxtar respublikanın səhiyyə müəssisələrində çalışan orta tibb işçiləri öz bilik və bacarıqlarını sınayıblar.
Muxtar respublikanın səhiyyə sistemində sertifikasiya imtahanları bu il kompüterə verilmiş proqrama uyğun aparılır. Bu məqsədlə xəstəxananın yeni binasında yerləşən elektron zaldan istifadə edilir. Elektron zalda server xidməti ilə birgə 31 kompüter qurulub. Kompüter proqrama uyğun olaraq ümumi sual bankından 2 müxtəlif variantda 60 test sualını və 5 klinik tapşırıq sualını seçir. Bu, imtahanların aşkarlıq və şəffaflıq şəraitində keçirilməsini təmin edir. Mərkəzləşdirilmiş qaydada, obyektiv və şəffaf surətdə keçirilən sertifikasiya tibb işçilərinin öz üzərlərində çalışmasına, tibb peşəsinin məsuliyyətini daha dərindən dərk etməsinə imkan yaradır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Cərrahiyyənin aktual problemləri” mövzusunda keçirilən konfransda çıxış edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov bildirib ki, muxtar respublikamızda səhiyyə sisteminin yenidən qurulması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, sağlamlığa mənfi təsir edən faktorların aradan qaldırılması insanların sağlamlığının qorunması işində əsaslı dönüş yaradıb. Cərrahiyyə sahəsində baş verən yeniliklər onu göstərir ki, muxtar respublikada bu sahənin inkişafına, ixtisaslı kadr potensialının artırılmasına lazımi diqqət yetirilir. Artıq muxtar respublikanın yerli kadrları müstəqil şəkildə xəstələr üzərində açıq ürək, angioqrafiya, laparoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatları uğurla həyata keçirirlər.
Vurğulanıb ki, muxtar respublika səhiyyəsində həyata keçirilən ardıcıl digər tədbirlər – elmi-praktik seminarlar, konfranslar, təlim və treninqlər, həkim və orta tibb işçilərinin Bakı şəhərinin, Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına kurslara göndərilməsi, yüksəkixtisaslı mütəxəssislərlə həyata keçirilən mürəkkəb cərrahi əməliyyatlarda iştirakı, praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb işçilərinin sertifikasiyası onların peşə bacarıqlarının artırılmasında xüsusi rol oynayır. Keçirilən konfrans da həmin tədbirlərin məntiqi davamıdır.

Ardını oxu...

Muxtar respublika əhalisinin sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkar olunması, profilaktikası və dispanserizasiya işinin yaxşılaşdırılması üçün ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin kütləvi tibbi müayinəsi davam etdirilir.
Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazir­liyinin xüsusi tədbirlər planı hazırlanıb, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası LOR üzrə həkiminin rəhbərliyi ilə müxtəlif səhiyyə müəssisələrinin ftiziatr, rentgenoloq, terapevt, nevropatoloq, stomatoloq, dermatoveneroloq, oftalmoloqlarından ibarət həkim komissiyası yaradılıb. Yeni dərs ilində profilaktik tibbi yoxlamalara oktyabr ayından start verilib. 570 tələbə müayinədən keçirilib, 37 miopiya, 7 dişdaşı, 15 burun-qulaq-boğaz, dəri-zöhrəvi xəstəliyi aşkar edilib, onların daşıyıcıları olan tələbələrin müalicəsi üçün tibbi göstəriş verilib.

Ardını oxu...

Muxtar respublikamızda oktyabr ayında epidemioloji vəziyyət sabit olub, zəhərlənmələr baş verməyib, infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib. Yeni doğulmuş uşaqların 94,5 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd alıb. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilib, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, məişət tullantıları qoyulan meydançalarda 30 min 322 kvadratmetr dezinfeksiya tədbirləri həyata keçirilib.

Uşaq-yeniyetmə müəssisələri və məktəblərdə monitorinqlər və maarifləndirici tədbirlər keçirilib.
Kəskin respirator və digər infeksion xəstəliklərin qarşısının alınması məqsədilə bütün ictimai iaşə, ticarət, su təchizatı, sərhəd-keçid məntəqələrində profilaktik sağlamlaşdırıcı əks-epidemik tədbirlər görülüb.
Oktyabr ayı ərzində bakterioloji laboratoriya fəaliyyətini davam etdirib, 98 su, 334 yuyuntu və 1060 digər nümunələrin müayinələri aparılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini oktyabr ayında da davam etdirib, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması həmişəki kimi diqqət mərkəzində saxlanılıb.
Muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində ötən ay Culfa rayonunun Gülüstan kəndində feldşer-mama məntəqəsi əhalinin istifadəsinə verilib.
Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzi və Qlobal Fond tərəfindən Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsinə HİV, hepatit B, C və sifilis testləri, reaktiv və tibbi materiallar, 9 nəfər xəstədə ARV terapiya aparmaq üçün dərman preparatları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən idarə olunan yoluxucu xəstəliklərin immunoprofilaktikası məqsədilə peyvənd materialları, öz-özünü məhv edən şpris və işlənmiş materialları yığmaq üçün konteyner gətirilib. İlkin vərəmin təyini məqsədilə noyabr ayında tuberkulin sınağı keçirmək üçün 60 min doza tuberkulin, öz-özünü məhv edən şpris və işlənmiş materialları yığmaq üçün konteyner alınıb.

Ardını oxu...

Ötən şənbə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin və Azərbaycan İmplantoloq İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Stomatoloji praktikada multi-dissiplinar yanaşma” mövzusunda elmi-praktik simpozium keçirilib.
Simpozium başlanmazdan əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Elmi-praktik simpoziumu giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib ki, insan amili, onun layiq olduğu səviyyədə yaşamasının təmin edilməsi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm tərkib hissələrindən biridir. Muxtar respublikamızda səhiyyə sisteminin yenidən qurulması, müasir dünya standartlarına uyğunlaşdırılması bu xidməti keyfiyyətcə daha da yaxşılaşdırıb, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması, sağlamlığa mənfi təsir edən amillərin aradan qaldırılması, ana və uşaqların, ahıl vətəndaşların sağlamlığının qorunması işində əsaslı dönüş yaradılıb. Stomatologiya sahəsində baş verən yeniliklər onu göstərir ki, muxtar respublikada bu sahənin inkişafına, ixtisaslı kadr potensialının artırılmasına lazımi diqqət yetirilir. Kənd­lərdə tikilib istifadəyə verilən həkim ambulatoriyalarının hər birində müasir stomatoloji kabinələrin yaradılması da bu mənada xüsusi əhəmiyyət daşıyır.

Ardını oxu...

Naxçıvan Tibb Kollecində ixtisaslı tibb işçilərinin hazırlanması muxtar respublikanın səhiyyə ocaqlarının kadr təminatının ödənilməsi məqsədi daşıyır. Burada Mamalıq işi, Müalicə işi, Tibb bacısının işi, Əczaçılıq işi, Ortopedik stomatologiya olmaqla, 27 qrupda orta ixtisaslı kadrlar hazırlanır.
Tələbələr müasir tibbi avadanlıqlarla təchiz olunmuş xəstəxanalarda praktik vərdişlərə yiyələnirlər. Kollecdə müxtəlif fənlər üzrə 8 kabinə, 6 elektron lövhəli otaq, 4550 kitab fonduna malik kitabxana, akt zalı, idman zalı, 3 laboratoriya, 2 kompüter otağı fəaliyyət göstərir. Yaradılmış şəraitdən səmərəli istifadə etməklə ixtisaslı kadr təminatına nail olmaq üçün hazır­da ardıcıl tədbirlər həyata keçirilir.

Ardını oxu...

Dispanserizasiya əhalinin sağlamlıq vəziyyətinin qorunmasında səmərəli bir üsul kimi hazırda bütün dünyada qəbul olunaraq tətbiq edilir. Profilaktik tədbirlər düzgün həyata keçirildikdə xəstəliklərin vaxtında aşkar olunması, sağalması asanlaşır, ağırlaşmaların qarşısı alınır, insanların əmək qabiliyyəti qorunub saxlanılır, əlillik azalır. Bu məqsədlə müxtəlif yaş qruplarına, xüsusən risk qrupuna daxil olan əhali kütləvi profilaktik müayinələrə cəlb olunur. 

Son illərdə insanlar arasında ürəyin işemik xəstəlikləri, hipertoniya, şəkərli diabet, onkoloji və digər xəstəliklərin yaranması artdığından profilaktik müayinə tədbirlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Qanda xolesterinin artıqlığı, siqaretçəkmə, yüksək arterial təzyiq, şəkərli diabet, oturaq həyat tərzi, adenomiya, qeyri-düzgün qidalanma, kəskin və xroniki streslərə məruzqalma halları damarların zədələnməsinə, ateroskleroz prosesinin inkişafına səbəb olur. Beləliklə, ürək, beyin, aorta, aşağı ətraf arteriyalarında aterosklerotik düyünlər formalaşır ki, bunlar da sonradan inkişaf edərək ürəyin işemik xəstəliklərinə, beyin qan dövranının pozulmasına, aşağı ətraf arteriyalarının tıxanmasına səbəb olur. Nəticədə, miokard infarktı, stenokardiya, insult, aşağı ətrafın qanqreni kimi ağır xəstə­liklər yaranır. Belə xəstəliklərin qarşısını vaxtında almaq məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq bu il aprelin əvvəllərindən 50-55 yaşlı əhalinin kütləvi müayinə tədbirləri, dispanserizasiyası həyata keçirilib.

Ardını oxu...

Ötən əsrin sonlarından yayılmış hepatit B xəstəliyi iltihabi xəstəlik olub qaraciyər hüceyrələrini zədələyən virus tərəfindən törədilir. Virusun insan orqanizminə müxtəlif yollarla daxil olduğunu nəzərə alaraq son illər bu xəstəliyin profilaktikası üçün bir çox tədbirlər həyata keçirilir. Bura xəstəlik haqqında məlumat verən materialların yayılması, əhali arasında səhiyyə maarifi işinin aparılması və digər tədbirlər aiddir. Xüsusən yeni doğulmuş uşaqlarda bu xəstəliyə qarşı immunitet yaratmaq üçün peyvəndlərin dəqiqliklə aparılması əvəzedilməzdir. 

Muxtar respublikanın səhiyyə müəssisələrində çalışan tibb işçiləri həm obliqat, həm də risk qrupuna (xüsusilə ginekologiya, stomatologiya, cərrahiyyə, hemodializ, laboratoriya şöbələrinin işçiləri) daxil olduqları üçün onların hepatit B virusuna yoluxma ehtimalı daha çoxdur. Odur ki, bu təhlükəli virus infeksiyası ilə qarşılaşma­maq üçün tibb işçilərinin hepatit B vaksini ilə immunlaşdırılması məqsədilə rayon mərkəzi xəstəxanalarında üç, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının dörd orta tibb işçisindən (vaksinator daxil olmaqla) ibarət briqada yaradılıb. Aksiya həm rayon mərkəzi xəstəxanalarının, həm də Naxçıvan şəhərindəki tibb müəssisələrinin işçilərini əhatə edir.

Ardını oxu...

Muxtar respublika əhalisinin sağlamlığının mühafizəsi, dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə həkim briqadaları şəhər, qəsəbə və kəndlərdə, ümumtəhsil məktəblərində kütləvi profilaktik müayinələri davam etdirirlər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası Şahbuz rayonunun Biçənək kəndindəki yeni quruculuq ünvanlarından olan ikimərtəbəli həkim ambulatoriyasında əhalini profilaktik müayinələrdən keçirib. Yüksəkixtisaslı həkimlərdən ibarət briqada ultrasəs və müayinə aparatları ilə təchiz edilib. Kənd ambulatoriyasının tibb işçilərinin də fəal iştirakı ilə həkim briqadası tərəfindən gün ərzində 27 pediatrik, 12 cərrahi, 22 terapevtik, 14 ginekoloji, 18 nevroloji xəstə müayinələrə cəlb olunub. Briqadanın fəaliyyəti zamanı pediatr tərəfindən 25 uşaq tibbi müayinədən keçirilərək peyvəndə cəlb edilib. Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülüb, onlara ambulator kartlar açılıb. Kənd üzrə dispanser qeydiyyatında duran xroniki xəstə­lərin sayı dəqiqləşdirilib.

Ardını oxu...

20 nəfərlik heyətlə Naxçıvana gələn müxtəlif media orqanlarının rəhbərləri bu gözəl diyarın hər yerindən keçmişə boylanan bir pəncərə olduğundan, Naxçıvanın inkişaf etməklə yanaşı, öz qədimliyini də qoruyub saxladığından, keçmişinə sahib çıxdığından ağızdolusu danışırdılar. Səfər çərçivəsində bir daha şahidi olduq ki, qədimliyi ilə fərqlənən, mədəni, tarixi abidələri ilə özündə tarix yaşadan bu diyar, sən demə, həm də böyük turizm potensialına malik imiş. Burada hətta elə yerlər var ki, həm turizm baxımından əvəzsizdir, həm də şəfa ocağı kimi hər il yüzlərlə insanı özünə cəlb edir. “Yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” məsəlinə əməl edib, yollanırıq Naxçıvanın adı dillərdə gəzən, tərifi ölkəmizin sərhədlərindən çox-çox uzaqlarda dolaşan, məşhur Duzdağ Fizioterapiya Mərkəzinə. O Duzdağ ki neçə-neçə xəstənin dərdinə çarə olaraq onları dünyanın ən böyük neməti olan cansağlığına qovuşdurub. Davasız, dərmansız... Eləcə unikal duz mağarasının möcüzəvi havası ilə... Yol abad, söhbət şirin olduğuna görə, mənzil başına necə çatdığımızı hiss etmədik. Bir də gördük ki, artıq Duzdağ Fizioterapiya Mərkəzinin qarşısındayıq.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Endo­krinologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov bildirib ki, səhiyyə sisteminin inkişafına dövlət qayğısının get-gedə artırılması, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, infrastrukturun yenidən qurulması digər sahələr kimi, endokrinologiyada da mühüm irəliləyişlərə şərait yaradıb. Əvvəllər fəaliyyət göstərən Endokrinoloji Dispanserin bazasında Naxçıvan Muxtar Respublika Xəstəxanasında Endokrinologiya şöbəsinin yaradılması səhiyyə islahatlarının tərkib hissələrindən biridir. Burada müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması üçün də şərait yaradıb. Endokrinologiya şöbəsi tərəfindən şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların tətbiqi, xəstə­liyin profilaktikasına dair maarifləndirici söhbətlərin aparılması, diabetin fəsadlarının profilaktikası məqsədilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Həkimlərin peşə bacarığının yüksəldilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Müasir müalicə metodlarının öyrənilməsi və tətbiqi üçün yüksək­ixtisaslı mütəxəssislərin iş təcrübəsindən istifadə olunur. Bu gün inkişaf edən dünya səhiyyə sisteminin müasir nailiyyətlərinin öyrənilməsində, ondan faydalanmaqda elmi-praktik konfransların mühüm əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq bu işə daim diqqət yetirilir. Hər il Bakıdan gələn yüksəkixtisaslı həkimlər yerli həkimlərlə birgə bölgələrdə konsultativ söhbətlər, səhiyyə maarifi işi aparır, rayonlarda bu qəbildən olan xəstə­lərə baxış keçirir, onlara tibbi məsləhətlər verirlər.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR