22 Dekabr 2024, Bazar

Yanvarın 26-da Naxçıvan Muxtar Respublika Xəstəxanasında hepatit viruslarına qarşı mübarizə və profilaktika tədbirlərinin gücləndirilməsi barədə elmi-praktik seminar keçirilib.
Xəstəxananın baş həkimi Əli Ələsgərov bildirib ki, hepatit (A, B, C, D, E) virusları kəskin xroniki xəstəliklər törədərək insanların sağlamlığında ciddi pozuntulara səbəb ola bilər. Hepatitə yoluxmuş insanların çox böyük əksəriyyəti bundan xəbərsiz olur. Yalnız hepatitin müxtəlif formaları, onların qarşısının alınması və müalicəsi yolları barədə maarifləndirməni genişləndirməklə insan həyatını belə xəstəliklərdən xilas edə bilərik.
Muxtar respublikada hepatit viruslarına yoluxmuş xəstələrdə diaqnozun qoyulması, onların qeydiyyatının aparılması, dərman preparatları ilə təmin edilməsi və müalicələrinin təkmilləşdirilməsi məqsədilə ardıcıl tədbirlər görülür, nikaha daxil olmaq istəyən şəxslər hepatit B, hepatit C, o cümlədən QİÇS üzrə tibbi müayinədən keçirlər. Evlilik öncəsi məcburi tibbi müayinələrin tərkib hissəsi olan hepatitlərə görə müayinələr Naxçıvan Muxtar Respublika Xəstəxanasının Hematologiya şöbəsində aparılır. Nikaha daxil olmaq istəyən şəxslərə tibbi arayışların verilməsi müayinələrin nəticələri təqdim edildikdən sonra həyata keçirilir. Bunun üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Yoluxucu Xəstəliklər Mərkəzində, Doğum Mərkəzində lazımi maddi-texniki baza yaradılıb.

Sonra Naxçıvan Muxtar Respublika Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin həkimi Nuray Əliyevanın “Hepatit B xəstəliyi”, Cərrahiyyə şöbəsinin həkim-rezidenti Həbib Məmməd­ovun “Hepatit C xəstəliyi” mövzularında məruzələri dinlənilib. Məruzələr videosüjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, müzakirələr aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Xəstəxananın həkim-travmatoloqu, tibb üzrə fəlsəfə doktoru, dosent Adil Məmmədov tədbirə yekun vurub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR