22 Dekabr 2024, Bazar

Muxtar respublikada həyata keçirilən genişmiqyaslı səhiyyə quruculuğu tədbirləri 2016-cı ildə də davam etdirilmiş, ötən dövrdə Şərur rayonunun Oğlanqala, Culfa rayonunun Saltaq kəndlərində həkim ambulatoriyaları, Kəngərli rayonunun Yurdçu, Babək rayonunun Xəlilli, Şahbuz rayonunun Daylaqlı kəndlərində feldşer-mama məntəqələri tikilib istifadəyə verilmişdir. Yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi ilə yanaşı, onların maddi-texniki bazası da müasir standartlar əsasında qurulmuş, ixtisaslı kadrlarla təminatına diqqət artırılmışdır.
Əhalinin dispanserizasiyası işinin yaxşılaşdırılması muxtar respublikanın səhiyyə kollektivlərinin daim diqqət mərkəzindədir. Bu məqsədlə cari ilin birinci rübündə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Mərkəzi Uşaq Xəstəxanasının, Naxçıvan Muxtar Respublikası Doğum və Diaqnostika-Müalicə mərkəzlərinin, eləcə də rayonlardakı mərkəzi xəstəxanaların əməkdaşlarından ibarət həkim briqadalarının kəndlərə gedişi davam etdirilmiş, əhaliyə tibbi xidmət göstərilmişdir. Həmçinin təhsil müəssisələrində şagirdlərin tibbi müayinəsi aparılmış, Naxçıvan şəhərində 10 min 699 şagird yoxlamalardan keçirilmişdir. Ötən dövrdə Naxçıvan Dövlət Universitetində və kolleclərdə də profilaktik tədbirlər davam etdirilmiş, 2 min 833 tələbə müayinədən keçirilmişdir. Ümumiyyətlə, bu ilin birinci rübündə muxtar respublikanın səhiyyə müəssisələrində 17 min 929 nəfər müayinə edilmiş, 4 min 37 nəfər dispanser qeydiyyatına götürülmüşdür. Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən mədəniyyət sahəsində çalışan işçilər arasında süd vəzinin profilaktik müayinəsinə də başlanılmışdır.

Ardını oxu...

Bu, müalicəxanada tibbi xidmət göstərilməsi üçün yaradılan

yüksək şəraitin nəticəsidir

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə müalicəvi suların olduğu yerlərdə səhiyyə ocaqlarının, sanatoriyaların tikilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Lakin ötən əsrin 90-cı illərinin əvvəllərində belə səhiyyə müəssisələrinin də fəaliyyyəti dayandı. Ulu öndərimizin Azərbaycanda  ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf təbii üsullarla müalicə məqsədilə inşa olunmuş səhiyyə ocaqlarının da yenidən qurulmasına geniş imkanlar açıb. 

Ölkəmizin ayrı-ayrı regionlarında olduğu kimi, muxtar respublikamızda da bu istiqamətdə kompleks tədbirlər həyata keçirilib, təbii üsulla müalicə məqsədilə yaradılmış Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası yenidən qurularaq istifadəyə verilib. Bu da təbii ki, ölkə vətəndaşları ilə yanaşı, xarici ölkələrdən gələnlərin də sağlamlığının bərpa olunmasında mühüm rol oynayıb, müalicə turizmin inkişafına geniş imkanlar açıb.
“Mineral suların təbii muzeyi” adlandırılan Naxçıvanda 200-dən artıq mineral və müalicəvi su mənbəyi vardır ki, bunlardan bir çoxu tərkibinə görə nadir sulardan hesab olunur. Böyük debitə malik olan yeraltı sərvətlərdən biri də Darıdağ arsenli mineral suyudur. Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə, Darıdağın sıldırım yamacları arasında, dəniz səviyyəsindən 800-900 metr hündürlükdə yerləşən Şorsu dərəsində “Şəfa bulağı” adlanan əraziyə yaxınlaşdıqda quruculuq ərməğanlarının təbiət mənzərələri ilə həmahənglik təşkil etdiyi ecazkar bir mənzərə ilə qarşılaşırsan. Naxçıvan-Ordubad magistralından müalicəxanayadək olan avtomobil yolu asfalt-beton örtük salınmaqla yenidən qurulub, burada yeni bina tikilib, müalicə olunanların istirahəti üçün hərtərəfli şərait yaradılıb.

Ardını oxu...

1948-ci il aprelin 7-də Ümumdünya Səhiyyə Təşkilatı fəaliyyətə başlamışdır. Həmin tarixdən etibarən aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur.
Azərbaycanda səhiyyənin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərindən başlayaraq həyata keçirilən islahatlar səhiyyə sahəsinin əsaslı inkişafına səbəb olmuş, həmin dövrdə ölkəmizin bütün bölgələrində müasir xəstəxana binaları tikilərək istifadəyə verilmişdir. Müstəqillik illərində də ulu öndərin rəhbərliyi ilə səhiyyə sahəsində kompleks tədbirlər həyata keçirilmiş, bu sahənin qanunvericilik bazası təkmilləşdirilmiş, müasir səhiyyə infrastrukturu yaradılmışdır.
Tibbi xidmətin müasir standartlar səviyyəsində təşkili, vətəndaşların sağlamlığının etibarlı qorunması bu gün diqqət mərkəzində olan məsələlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu bütün istiqamətlərdə, eləcə də səhiyyə sahəsində uğurla davam etdirir. Son illər səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş dövlət pro­qramlarının həyata keçirilməsi vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə səbəb olmuşdur.

Ardını oxu...

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən şəhər məktəblərində mart ayının əvvəlindən başlanılmış tibbi müayinələr başa çatdırılıb. Mart ayı ərzində Naxçıvan şəhərinin 20 tam orta məktəbində 10 min 699 şagird tibbi yoxlamadan keçirilib ki, bu da şəhər məktəblilərinin 98 faizini təşkil edir. Müayinələr nəticəsində 1201 oftalmoloji, 288 LOR, 307 nevroloji, 38 cərrahi, 30 dəri-zöhrəvi, 268 endokrinoloji, 1183 stomatoloji, 166 pediatrik və digər xəstəliyə meyilli uşaq qeydə alınıb.
Aparılan müayinələr bəzi nəticələr çıxarmağa imkan verib. Belə ki, oftalmoloji müayinələr nəticəsində şagirdlər arasında ən çox miopiya (yaxındangörmə), stomatoloji müayinələrdə ortodentik, digər ixtisasyönümlü müayinələrdə bəzi şagirdlərdə nitq qüsurları, konstisional piylənmə, xroniki tonzillit, adenoidlər, burun çəpərində əyriliklər, revmatizm xəstə­likləri aşkar olunub.
Əlbəttə, bunlar hələ ilkin tibbi müayinələrin nəticələrini əks etdirir. Əvvəlki illərdə olduğu kimi, həmin şagirdlər dispanser qeydiyyatına götürülərək Mərkəzi Uşaq Xəstəxanasına dəvət olunur, daha ətraflı və dərin müayinədən keçirilir, xəstə­liyi dəqiqləşdirilən şagirdlər üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirləri təşkil olunur. Bütün bunlar xəstəliklərin vaxtında müayinə və müalicəsi üçün çox faydalıdır.
Muxtar respublikanın rayonlarında isə şagirdlərin tibbi müayinələri davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada əhalinin sağlamlığının qorunmasına xüsusi diqqət yetirilir, səhiyyə müəssisələrinin işi günün tələbləri səviyyəsində qurulur. Ötən ay Şərur rayonunun Oğlanqala kəndində həkim ambulatoriyası və Şahbuz rayonunun Daylaqlı kəndində feldşer-mama məntəqəsi istifadəyə verilmiş, bu yaşayış məntəqələrində səhiyyə xidmətinin səviyyəsi yüksəldilmişdir. 

Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadaları muxtar respublikaya dəvət olunur, aztəminatlı ailələrin müalicə və müayinəsinə şərait yaradılır. Ötən ay Mərkəzi Neftçilər Xəstəxanasının 12 nəfərlik həkim briqadası Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsinin əməkdaşları ilə birlikdə 250 nəfərdə müayinə, 21 nəfərdə açıq ürək əməliyyatı aparmış, Azərbaycan Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu 22 nəfəri müayinə etmiş, 6 tibbi əməliyyat aparmışdır. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində isə Azərbaycan Tibb Universitetinin uşaq cərrahının iştirakı ilə 5 plastik rekonstruktiv əməliyyat yerinə yetirilmişdir. Ümumiyyətlə, fevral ayında muxtar respublikanın tibb müəssisələrinə 2049 nəfər müraciət etmiş, 2038 xəstə müayinə və müalicədən sonra evə buraxılmış, stasionarda 468 cərrahi müdaxilə aparılmışdır.

Ardını oxu...

Fevral ayında muxtar respublikamızda epidemioloji vəziyyət sabit olub. Zəhərlənmələr baş verməyib, infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib.
Yenidoğulmuş uşaqların 96,9 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd alıb. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai-iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilib, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, məişət tullantıları qoyulan meydançalarda 95 min 340 kvadratmetr dezinfeksiya və 21 min 20 kvadratmetr dezinseksiya tədbirləri həyata keçirilib.
Kəskin respirator və digər infeksion xəstəliklərin qarşısının alınması məqsədilə bütün ictimai-iaşə, ticarət obyektlərində, su təchizatı, sərhəd-gömrük məntəqələrində, həmçinin Naxçıvan Beynəlxalq Hava Limanında profilaktik əks-epidemik tədbirlər həyata keçirilməklə muxtar respublikaya xarici ölkələrdən gələn sərnişinlər üzərində xəstəliyə şübhəli hərarətli şəxslərin aşkar olunması üçün uzaq məsafədən ölçən termometr sistemləri quraşdırılıb. Bütün gömrük məntəqələri və hava limanında vətəndaşlar üzərində vizual müayinə aparılması təmin olunub.

Ardını oxu...

Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzinə ötən il 4000-ə yaxın müraciət olub, müraciət edənlərin 228 nəfərini xarici ölkə vətəndaşları təşkil edib.
Bu barədə qəzetimizə mərkəzin baş həkimi Ruslan Süleymanov məlumat verib. Məlumatda o da qeyd edilib ki, ötən il mərkəzdə 139 nəfər Rusiya, 42 nəfər Qazaxıstan, 23 nəfər Türkiyə, 7 nəfər Gürcüstan, 5 nəfər İran İslam Respublikası, 5 nəfər Ukrayna, 2 nəfər Latviya, 4 nəfər Kanada vətəndaşı müalicə alıb. Naxçıvan Muxtar Respublikasından isə mərkəzdə 461 nəfər müalicə kursu keçib. Bundan başqa, Azərbaycanın müxtəlif bölgələrindən olan xəstələr buraya müalicəyə gəliblər.
Qeyd edək ki, yer altındakı müalicə mərkəzi girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə yerləşir. Burada iki qadın, iki kişi, bir uşaq palatası və iki istirahət foyesi fəaliyyət göstərir. Yer altındakı duz dağının qalınlığı isə 8,2 metrdir. Havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət isə 24-50 faiz arasında dəyişir. Mərkəzdə duz layları arasında oksigen havanın 20 faizini təşkil edir ki, bu da ağciyər xəstəliklərindən əziyyət çəkənlərə təbiətin bəxş etdiyi ən gözəl dərmandır. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri – bronxial-astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir. Burada istənilən adam müalicə ala bilər. Yalnız müalicə kursları fərqlidir. Uşaqlar 12-15, böyüklər isə 14-18 gün burada qalmaqla müalicə almış olurlar. Mərkəzdə ilin istənilən fəslində müalicə almaq olar. Səhiyyə ocağında spleoterapiya Ukraynanın Ujqorod xəstəxanasının metodik göstərişlərinə uyğun aparılır. Xəstələr əvvəlcə 2-3 gün xəstəxana ərazisinə adaptasiya olunurlar. Bundan sonra axşam saat 1800-dən səhər saat 800-dək böyüklər 20-24 seans, uşaqlar isə 14-18 seans yeraltı şöbədə olurlar. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70 faiz, uşaqlarda isə 80-85 faiz yaxşılaşma qeydə alınır.

 Səbuhi Hüseynov

Son illər uşaqların, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir.
Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan tibbi yoxlamalar aparılır.
Cari ildə şagirdlər arasında yaz mövsümünün tibbi yoxlamalarına əvvəlcədən hazır­lıq işləri görülüb. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən şəhər məktəblərində müayinənin təşkili üçün əvvəlcədən cədvəllər tərtib olunub, məktəblərdə işləyən həkim və tibb bacıları xəstəxananın Poliklinika şöbəsinə dəvət edilərək keçiriləcək tədbir, xüsusən dispanserizasiya haqqında təlimatlandırılıblar. Şagirdlər əvvəlcədən məktəb həkimi tərəfindən müayinələrdən keçərək qruplaşdırılır, ixtisas həkimi tərəfindən yoxlanılır, xəstəlik aşkar olunan uşaqlar dispanser qeydiyyatına götürü­lür, zərurət yarandıqda ətraflı müayinə üçün stasionarın uyğun şöbəsinə göndərilirlər.
Hazırlıq işlərindən sonra martın əvvəlindən şagirdlər arasında tibbi yoxlamalara start verilib. Mərkəzi Uşaq Xəstəxanasının LOR, oftalmoloq, endokrinoloq, nevropatoloq, cərrah, pediatr, stomatoloq və uyğun profilli digər ixtisaslı mütəxəssislərdən təşkil olunmuş həkim briqadası Naxçıvan şəhərindəki Qızlar Liseyində, 1, 2, 3 və 4 nömrəli tam orta məktəblərdə 1593 şagirdi kompleks tibbi yoxlamadan keçirib. Xəstəliyə meyilli uşaqlar dispanser qeydiyyatına götürülərək göstəriş əsasında stasionar müalicəyə göndərilir. Şagirdlər arasında yaz mövsümünün tibbi yoxlamaları aprelin 1-dək davam etdiriləcəkdir.
Hazırda muxtar respublikanın rayonlarında da şagirdlər arasında tibbi yoxlamalar aparılır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Everestin ən hündür zirvəsini fəth etmək üçün bir çox alpinistlər böyük ustalıq və cəsarət göstərmiş, lakin uzun illər buna nail ola bilmə­mişlər. Nəhayət, 1953-cü ildə Edlon Xıllari və Tenzinq Norgey Böyük Britaniyanın bayrağını dünyanın ən yüksək zirvəsinə sancmışlar. Sonradan məlum olmuşdur ki, bu idmançıların hər biri gündə 12 stəkan su içirmişlər. 

Su təbiətin bizə verdiyi əvəzsiz töhfədir. Sağlamlıq üçün bir çox faktorların heç biri su qədər əhəmiyyətli deyildir. İnsanın fiziki, psixoemosional sağlamlığı çox vaxt onun sudan necə istifadə etməsindən asılıdır. Su qeyri-adi maddə olub təbiətdə çox geniş yayılmışdır. Yer üzünün 75 faizini, insan bədəninin isə 60 faizini su təşkil edir. Su elə bir möcüzədir ki, həyatı onsuz təsəvvür etmək mümkün deyil. Orqanizmdə gedən bütün proseslər – həzm, sorulma, qida maddələrinin daşınması və sair yalnız suyun iştirakı ilə həyata keçirilir. Ürəyin, qan dövranının, görmə, və eşitmə orqanlarının, həzm sisteminin normal fəaliyyəti üçün su vacibdir. Əgər orqanizmdə bədən çəkisinin 1 faizi həcmində su itkisi baş verirsə, xəbərdarlıq siqnalı olan susuzluq hissiyyatı əmələ gəlir. Hesablanmışdır ki, 75 il yaşayan insan orta hesabla 75 min 700 litr su içir. Böyrəklər hər sutkada 178 litr suyu süzməyə qabildir, bu da 800 stəkana bərabərdir. Bir gündə insan orqanizmi 2-3 litr su itirir. Ona görə də insan hər gün 2-3 litr su içməlidir. İsti havada ağır iş və idman zamanı su itkisi daha çox olur. Susuzluğun əsas səbəbi su içməmək kimi pis vərdişdir. Tərləmə, yüksək hərarətlə müşayiət olunan ishal, qanaxma ciddi susuzlaşma əmələ gətirə bilər. Uşaqlar susuzlaşmaya qarşı daha həssas olurlar. Su itkisi 2 faiz olduqda insan iştahasız olur, dözümlülüyünü itirir, qüvvəsi zəifləyir, huşun aydınlığı itir. Su itkisi 5 faiz olduqda qıcıqlanma, halsızlıq, öyümə baş verir, bəzən də huş olmur. Bu zaman çoxlu maye içilməli, tərəvəz yeyilməlidir.

Ardını oxu...

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbə heyətinin kütləvi tibbi müayinəsi davam etdirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tədbirlər planı hazırlamış, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası LOR üzrə həkiminin rəhbərliyi ilə müxtəlif səhiyyə müəssisələrinin ftiziatr, rentgenoloq, terapevt, nevropatoloq, stomatoloq, dermatoveneroloq, oftalmoloqlarından ibarət həkim komissiyası yaradılmışdır.
Naxçıvan Dövlət Universitetində noyabr ayından başlanmış profilaktik tibbi yoxlamalar martın 2-də başa çatmışdır. Keçirilən son tədbirdə 580 tələbə tibbi müayinələrlə əhatə olunmuşdur. 70 miopiya, 7 diş daşı, 23 burun-qulaq-boğaz, 10 terapevt, 12 dəri-zöhrəvi xəstəliyi aşkar edilmiş, onların daşıyıcıları olan tələbələrin müalicəsi üçün tibbi göstəriş verilmişdir. 250 tələbə Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində flüoroqrafik müayinədən keçmiş, vərəm xəstəliyi aşkar edilməmişdir. Bütövlükdə aksiyanın əvvəlindən 2220 tələbə tibbi müayinələrə cəlb olunmuş, ciddi xəstəlik halları müşahidə edilməmişdir. Hazırda tələbə heyətinin kütləvi profilaktik tibbi müayinəsinin ilkin nəticələri barədə nazirlikdə təhlillər aparılır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Hər il martın 24-də dünya ictimaiyyəti Beynəlxalq Vərəmlə Mübarizə Gününü qeyd edir. Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 1993-cü ildən başlayaraq keçirilən Beynəlxalq Vərəmlə Mübarizə Gününün məqsədi qlobal vərəm epidemiyası haqqında məlumatlılığı artırmaq və bu xəstəliyin aradan qaldırılması istiqamətində səyləri gücləndirməkdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, mart ayında Beynəlxalq Vərəmlə Mübarizə Gününə həsr edilmiş tədbirlərə start verilib. Martın 4-də Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri Şahbuz Rayon Mərkəzi Xəstəxanasında elmi-praktik seminar keçirib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, qadınlar arasında süd vəzi xərçəngönü xəstəliklərinin aşkar edilməsi üçün kütləvi profilaktik tibbi müayinələr davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkim-onkoloqları tərəfindən son iki ildə Naxçıvan şəhəri və rayonlar üzrə 2000-dən çox qadın təhsil işçisinin süd vəzinin profilaktik müayinəsi həyata keçirilib. Müayinələr zamanı 85 qadının süd vəzində fibroadenoma, mastopatiya və digər patologiyalar aşkar edilərək onlar Onkoloji Mərkəzə dəvət olunub və mammoqrafiya müayinəsindən keçirilərək diaqnozu dəqiqləşdirilib, müvafiq müalicələr təyin edilib.

Ardını oxu...

  Hər birimizin şəxsi işində vacib sayılan  sənədlərdən biri də tibbi arayış olur. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilir ki, yoluxucu və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı əsasında bəzi peşə sahibləri işə qəbul edilərkən və işlədiyi müddətdə məcburi dövri tibbi müayinədən keçməlidirlər. Bəs sağlamlıq haqqında tibbi arayışlar necə əldə edilir? Əslində, bu mövzuya toxunmağım səbəbsiz deyil. Bu günlərdə qarşılaşdığım bir hadisə məni bu mövzunu qələmə almağa məcbur etdi.  

Yaxın adamlardan birinə işə girmək üçün tibbi arayış lazım idi. Məlum oldu ki, bu insan tibbi yoxlamadan keçməyərək “hazır” tibbi arayış əldə edib. Onun səhiyyə ocağına getmədən və müayinələrdən keçmədən bu arayışı əldə etməsi məsələnin bir tərəfidir. Maraqlıdır ki, bu arayışı təqdim edən, müxtəlif müayinələrin nəticəsi qrafasında “sağlam” sözünü yazan səhiyyə işçisi məsuliyyətini dərk edirmi? Müşahidələrimiz onu deməyə əsas verir ki, bu halla səhiyyə müəssisələrinin əksəriyyətində rastlaşmaq olar. Məlumdur ki, müəllimlər, tibb işçiləri, sürücülər, ərzaq istehsalı ilə məşğul olan işçilər və başqa peşə sahibləri işlədiyi müddətdə məcburi dövri tibbi müayinə olunmalıdırlar. Ancaq nədənsə, bu işə də biganə yanaşılır. Belə peşə sahibləri ərazi prinsipi ilə yaşadıqları məntəqələr üzrə rentgen, dəri-zöhrəvi, poliklinika və bağırsaq infeksiyalarına görə tibbi müayinələrdən keçməlidirlər. Müəssisə rəhbərləri işçilərini dövri tibbi müayinə haqda arayışı olmadıqda işə buraxmamalıdırlar. Bəzən hər hansı bir səbəbdən müayinədən yayınma halları olur. Bəzən də elə olur ki, müayinə edilmədən qeydiyyat aparılır. Bəs bu işdə ziyalılarımız, müəllimlərimiz niyə məsuliyyətsizlik edirlər? Onların da özü bu işdə maraqlı olmalıdırlar.

Ardını oxu...

Muxtar respublikada əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər yanvar ayında da davam etdirilmiş, səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası diqqət mərkəzində saxlanılmışdır. Səhiyyə infrastrukturunun müasirləşdirilməsi tədbirlərinin davamı olaraq ötən ay Kəngərli rayonunun Yurdçu və Babək rayonunun Xəlilli kəndlərində feldşer-mama məntəqələri istifadəyə verilmiş, tibbi xidmətin səviyyəsi yüksəldilmişdir.

Ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının muxtar respublikaya dəvət olunması, aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinə və cərrahi əməliyyatlarının təşkili yanvar ayında da davam etdirilmişdir. Belə ki, Respublika Klinik Xəstəxanasının 21 nəfərlik həkim briqadası Şərur rayonunda olmuş, 2504 nəfəri tibbi müayinədən keçirmiş, 75 əməliyyat aparmışdır. Bu dövrdə dağınıq skleroz xəstələrinə, eləcə də Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə dərman preparatları, reaktivlər və digər tibbi materiallar verilmiş, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində Daxili İşlər Nazirliyi əməkdaşlarının qanvermə aksiyası keçirilmiş, 23 nəfərdən 11,5 litr qan tədarük edilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikası, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd olan ölkə­lərdə “donuz qripi”nə (A/H1N1) görə epidemioloji vəziyyətin kəskin ağırlaşması ilə əlaqədar olaraq zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, tibb işçiləri və əhali arasında geniş səhiyyə maarifi işlərinin aparılması davam etdirilir.
Muxtar respublika ərazisində “donuz qripi” virusu ilə bağlı təhlükəli hala rast gəlinməsə də, bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planı hələ ötən il dekabrın 24-də muxtar respublikanın bütün şəhər və rayon tibb müəssisələrinə paylanmışdır. Tədbirlər planına əsasən, Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında və bütün rayon mərkəzi xəstəxanalarında çalışan pediatrların, terapevtlərin, həkim ambulatoriyalarında, feldşer-mama məntəqələrində işləyən sahə tibb işçilərinin, məktəb və məktəbəqədər uşaq müəssisələrinin tibb bacılarının və ərazi Gigiyena və Epidemiologiya mərkəzlərinin həkim-epidemioloq, epidemioloq köməkçiləri, dezinfektor təlimatçılarının iştirakı ilə geniş elmi-praktik seminarlar keçirilmişdir. Seminarlarda tibb işçilərinə qrip xəstəliyinin etio-patogenezi, epidemiologiyası, klinika, laborator diaqnostikası, müalicə və profilaktikası haqqında ətraflı məlumat verilmişdir. Tədbirin keçirilməsində məqsəd sahə tibb işçiləri tərəfindən ev gəzintilərinin intensivliyinin artırılması, qrip xəstəliyinə bənzər əlamətlər olan hallarda həmin xəstələrin və xəstələrlə təmasda olan, onlara qulluq göstərən şəxslərin tibbi nəzarətdə saxlanılması, məktəb və məktəbəqədər müəssisələrin tibb bacıları tərəfindən məktəb və bağçaların girişində tibbi müşahidənin aparılması, uşaqlar, müəllimlər, tərbiyəçilər və başqalarında qrip xəstəliyinə şübhəli hal aşkar olunduqda dərhal sağlam kollektivdən təcrid olunaraq evdə ambulator müalicəyə cəlb olunmasından ibarətdir. Həmçinin tibb bacılarına kəskin xəstəlik əlamətləri olan şəxslərin stasionar şəraitdə həkim nəzarəti altında müalicə almaları, ehtiyac olduğu halda Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə köçürülməsi tapşırığı verilmişdir. Xəstə­liyin profilaktikası məqsədilə Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış yaddaş vərəqələrinin əhali arasında paylanması təmin edilmişdir. Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən məktəb və məktəbəqədər uşaq müəssisələrində, ictimai iaşə obyektlərində, əhalinin daha sıx olduğu ictimai yerlərdə, məişət tullantısı meydançalarında dezinfeksiya tədbirlərinin aparılması intensiv xarakter almışdır. Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstə­liklər Mərkəzində və rayon mərkəzi xəstəxanalarının yoluxucu xəstəliklər şöbələrində bu məqsədlə lazımi palatalar hazırlanmış, dərman preparatları ilə təchiz edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Yanvarın 28-də Naxçıvan Şəhər Təcili Tibb Mərkəzində “Hipertonik krizlər zamanı ilkin tibbi yardımın təşkili” mövzusunda təlim-treninq keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinin baş həkimi Ədalət Salmanov bildirib ki, belə seminarların keçirilməsində əsas məqsəd həkimlərimizin bilik və peşə bacarıqlarının yüksəldilməsindən, müasir tibbi avadanlıqlardan daha səmərəli istifadə etməklə əhaliyə göstərilən ilkin tibbi xidmətin keyfiyyətini yüksəltməkdən ibarətdir. 2008-ci ildən Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi kimi fəaliyyət göstərən bu səhiyyə müəssisəsi üçün lazımi iş şəraiti yaradılmışdır. 5 həkim briqadası qrafikə uyğun olaraq 24 saat hadisə yerində fasiləsiz və operativ olaraq təcili tibbi yardım xidməti göstərir. Təcili və təxirəsalınmaz müdaxilələr üçün briqadalar tibbi cihaz və avadanlıqla təchiz edilmişlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyası ilə birgə iclas keçirilib.
İclasda tibb müəssisələrindəki həkim məsləhət komissiyaları tərəfindən tibbi-sosial ekspert komissiyalarına göndərişlərin vəziyyətinin daha da yaxşılaşdırılması ilə əlaqədar məsələ müzakirə edilib. Birgə iclasda çıxış edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov bildirib ki, vətəndaşların əmək qabiliyyətinin itirilməsi hallarının həkim məsləhət komissiyaları tərəfindən ekspertizasının, tibbi-sosial ekspert komissiyası tərəfindən isə əlillik dərəcəsinin təyini işinin təkmilləşdirilməsi istiqamətində son illər ardıcıl tədbirlər həyata keçirilir. Hər iki nazirliyin birgə kollegiya və cari iclaslarında tibbi-sosial ekspert komissiyalarına göndərişlərdə və vətəndaşlara əlillik dərəcəsinin təyinində yol verilən nöqsanlar geniş təhlil olunur, onların aradan qaldırılması barədə konkret tapşırıqlar verilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunmaq üçün qanvermə aksiyalarının təşkilini davam etdirir.
Belə humanitar aksiyalardan biri yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi işçilərinin iştirakı ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində həyata keçirilib. Donorların müayinəsini və qan götürülməsini həyata keçirən qan bankının həkimi Məmmədəli Həsənov ölkəmizdə qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən danışıb.

Ardını oxu...

Bakı şəhərində fəaliyyət göstərən Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti dəfələrlə muxtar respublikaya gələrək humanitar aksiya keçirib. Belə tədbir Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın rayonlarını da əhatə edib. Bu aksiyalarda yüzlərlə xəstə şəfa tapıb.
Xəbər verdiyimiz kimi, xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə yüksəkixtisaslı həkim heyəti yanvarın 13-də Şərur rayonunda humanitar aksiyaya start vermişdi.
Aldığımız məlumata görə, həkimlərdən ginekoloq Kənarə Abdullayeva, kardioloq Nailə Həsənova, endokrinoloq Gülxanım Qurbanova, cərrah Zahid Zahidov, allerqoloq Fəxrəddin Cəfərov, nevropatoloq Qabil Bayramov, qastroloq İradə Abbasova və başqaları Şərur rayonunda müxtəlif xəstəliklərdən əziyyət çəkən pasiyentləri müayinə və müalicə ediblər. Ümumilikdə, üç gün ərzində 2504 pasiyent üzərində müayinə aparılıb, ümumi cərrahi, proktoloji, uroloji, burun-qulaq-boğaz olmaqla, 75 əməliyyat həyata keçirilib. Əməliyyatların hamısı uğurlu olub.
Humanitar aksiya dünən başa çatıb.

Xəbərlər şöbəsi

 

 

 

Dünyanın bir çox yerlərində, o cümlədən qonşu ölkələrdə “donuz qripi” kimi də tanınan H1N1 virusunun yayılması və bu xəstəliyə yoluxanlar arasında ölüm faktlarının qeydə alınması ilə bağlı xəbərlər yayılmaqdadır. Xəstəliyin sürətlə sərhədləri aşmasına baxmayaraq, əvvəlcədən görülmüş və müntəzəm olaraq davam etdirilən profilaktik tədbirlər nəticəsində muxtar respublikamızda epidemioloji vəziyyət stabildir. İnsanlar arasında yoluxma faktı və təhlükəli hallar müşahidə edilmir.
Naxçıvanın yerləşdiyi təbii-coğrafi şəraiti nəzərə alsaq, əlbəttə ki, xaricdə, xüsusən də qonşu ölkələrdə qeydə alınan yoluxucu xəstə­liklər və təhlükəli viruslarla bağlı ciddi təhdid və risklər mövcuddur. Ona görə də muxtar respublikamızın bütün sərhəd-keçid məntəqələrində zəruri profilaktik işlər, lazımi sanitar və dezinfeksiya tədbirləri görülür, gömrük orqanları gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər.

Ardını oxu...

Bakı şəhərində fəaliyyət göstərən Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti dəfələrlə muxtar respublikaya gələrək humanitar aksiya keçirib. Heyət bu dəfə xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə yanvarın 13-də Şərur rayonunda humanitar aksiyaya start verib.
Aksiyadan reportaj hazırlamaq üçün yol aldıq Şərur Rayon Mərkəzi Xəstəxanasına. Xəstəxanaya gedərkən yolboyu insan sağlamlığının cəmiyyət üçün əhəmiyyəti və bu qiymətli sərvətin qorunması məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər haqqında düşünürdüm.
Budur, Şərur Rayon Mərkəzi Xəstəxanasının önünə çatırıq. İçəri daxil oluruq. Səhiyyə ocağının dəhlizlərində adamların çoxluğu diqqətimizdən yayınmır. Ancaq bu, o demək deyil ki, gördüyümüz insanların hamısı sağlamlığından şikayətçidir. Öyrənirik ki, artıq vətəndaşlar təkcə hər hansı ağır xəstəliyə düçar olanda xəstəxanaya üz tutmurlar. Onlar xəstəxanada yaradılan şərait və onlara göstərilən nümunəvi xidmətdən bəhrələnərək tez-tez ambulator müayinələrdən keçirlər.

Ardını oxu...

Yay aylarında 40 dərəcəni ötən istilərin olması, qış fəsli gəlmədən havaların kəskin soyuması ana təbiətin Naxçıvana bəxş etdiyi qeyri-adi iqlimlə birbaşa bağlıdır. Təbii ki, fəsil dəyişkənliyi, hələ bir də bunun mərhələlərlə deyil, birdən-birə baş verməsi insan orqanizminin müəyyən dəyişikliklərə məruz qalmasına səbəb olur. Belə məqamda hər kəs öz sağlamlığı barədə düşünməlidir. Soyuq havalarda özümüzü necə qoruyaq? Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstə­likləri Dispanserinin həkimi Məmmədəli Ələkbərova müraciət etdik. 

Ardını oxu...

Muxtar respublikada səhiyyə xidmətinin səviyyəsinin ilbəil yüksəldilməsinin nəticəsidir ki, əhalinin sağlamlığının qorunması işində əsaslı dönüşə nail olunub.
Son illərdə tibb ocaqları üçün yeni binalar tikilib istifadəyə verilir, həmin obyektlərin maddi-texniki bazaları gücləndirilir. Paytaxt Bakı şəhərindən yüksək­ixtisaslı həkim briqadaları mütəmadi olaraq muxtar respublikaya dəvət olunur, aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicəsi diqqət mərkəzində saxlanılır.
Bakı şəhərində fəaliyyət göstərən Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 24 nəfərdən ibarət həkim briqadasının dekabrın 22-25-də Ordubad Rayon Mərkəzi Xəstəxanasında əhalini tibbi müayinədən keçirməsi bu tədbirin davamlı xarakter almasının göstəricisidir. Oftalmoloq Rasim Orucov, travmatoloq Cavid Musazadə, cərrahlar Sahib Hüseyn­ov, Toğrul Məhərrəmov, anestezioloq-reanimatoloq Elşən Ağayev, kardioloq Samirə Məmmədli, ginekoloqlar Kənarə Abdullayeva, Aytəkin Hacızadə, otolarinqoloq Məzahir Quliyev, nevropatoloq Qabil Bayramov, allerqoloq Reyhan Paşayeva, endokrinoloq Aynur Hümmətova və başqalarının səyi ilə aksiyanın keçirildiyi 3 gün ərzində 2520 pasiyent profilaktik tibbi müayinə ilə əhatə edilib, cərrahi müdaxiləyə ehtiyacı olan 72 xəstə üzərində LOR, göz və ümumi cərrahi əməliyyatlar aparılıb.
Aksiya zamanı pasiyentlər həmçinin hematoloji, uroloji, nefroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunublar. Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də aksiyada fəal iştirak edib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Hemofiliya bütün dünyada geniş yayılmış irsi qan xəstə­liyidir. Azərbaycanda rəsmi statistikaya əsasən, hemofi­liyalı xəstələrin sayı 1500-ə yaxındır. Hər il 40-60 yeni xəstə qeydiyyata alınır. Bu xəstəlik insan qanında laxtalanma faktorlarının çatışmazlığı nəticəsində əmələ gələn, anadan, əsasən, oğlan uşaqlarına irsən ötürülən xəstəlikdir.
Hemofiliyalı xəstələr mütəmadi olaraq laxtalanma faktorları qəbul etmədikdə dəfələrlə baş verən şiddətli qanaxmalar, oynaqlara və yumşaq toxumalara qansızmalar onların uşaq və gənc yaşlarında şikəst olmasına, bəzi hallarda isə ölümünə səbəb olur.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası belə xəstələrin vəziyyətinin yaxşılaşdırılması məqsədilə regionlarda maarifləndirici tədbirlər keçirir. Dünən Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası belə bir tədbirə ev sahibliyi etmişdir. Məqsəd hemofiliya xəstəliyinin profilaktikasını təşkil etmək, fəsadlarının qarşısını almaq üçün maarifləndirmə işləri aparmaqdan ibarət idi.

Ardını oxu...

Ölkəmizin paytaxtı Bakı şəhərindən müxtəlif ixtisaslar üzrə həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi, aztəminatlı ailələr üçün nəzərdə tutulmuş xüsusi sağlamlıq layihələrinin intensiv qaydada icra olunması davam etdirilir.
Bakı şəhərində fəaliyyət göstərən Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti dekabr ayının 22-dən Ordubad rayonunda növbəti humanitar aksiyaya start verib. Ordubad Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan 3 günlük aksiyada Klinik Xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə 24 yüksəkixtisaslı həkim və orta tibb işçisi iştirak edir. Onlardan oftalmoloq Rasim Orucov, travmatoloq Cavid Musazadə, cərrahlar Sahib Hüseynov, Toğrul Məhərrəmov, anestezioloq-reanimatoloq Elşən Ağayev, kardioloq Samirə Məmmədli, ginekoloqlar Kənarə Abdullayeva, Aytəkin Hacızadə, otolarinqoloq Məzahir Quliyev, nevropatoloq Qabil Bayramov, allerqoloq Reyhan Paşayeva, endokrinoloq Aynur Hümmətova və başqalarının səyi ilə aksiyanın ilk günü 450 pasiyent profilaktik tibbi müayinə ilə əhatə edilib, cərrahi müdaxiləyə ehtiyacı olan 15 xəstə üzərində LOR, göz və ümumi cərrahi əməliyyatlar aparılıb.

Ardını oxu...

Muxtar respublika əhalisinin dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Mərkəzi Uşaq Xəstəxanasının, Doğum Mərkəzinin, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin, dispanserlərin və rayon mərkəzi xəstəxanalarının yaratdığı həkim briqadaları ayda bir dəfə müxtəlif ucqar dağ kəndlərində, yaşayış məntəqələrində olur, əhaliyə tibbi xidmət göstərərək onları müayinədən keçirirlər.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası ənənəni davam etdirərək Şahbuz rayonundakı Aşağı Qışlaq kəndində olmuşdur.
Pediatr, stomatoloq, oftalmoloq, nevropatoloq, endokrinoloq və laborantlardan ibarət briqada kəndin həkim ambulatoriyasında uşaqları kütləvi profilaktik tibbi müayinədən keçirmişdir. Kənddə 50 nəfər uşağa tibbi xidmət göstərilmiş, aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülmüşdür. 50 nəfər valideynlə səhiyyə maarifi işi aparılmış, uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilmişdir.

Ardını oxu...

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi Cərrahiyyə şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Cəbi İsmayılovun “Anesteziya, reanimasiya və onun praktiki tədrisinin bəzi aspektləri” kitabı işıq üzü görmüşdür.
Reanimasiya ölümə məruz qalan və kliniki ölüm vəziyyətinə düşmüş insanın həyatını xilas etmək üçün müasir təbabətdə yayılmış yenidən canlandırma metodudur. Tibbin elə bir sahəsi yoxdur ki, orada anestezioloji yardıma, intensiv müalicəyə ehtiyac olmasın. Kitabda verilmiş obrazlı bir ifadədə bu fikir öz əksini belə tapır: “Anestezioloq xəstə üçün məleykə-cangüdəndir”. Xəstəliyin növündən asılı olmayaraq, anestezioloq və reanimatoloqlar həmin xəstələrə yardım göstərirlər. Ona görə də reanimasiya bölmələri müvafiq səhiyyə müəssisələrinin mühüm tərkib hissəsinə çevrilmişdir. Son illər inşa olunan xəstəxana və dispanserlərdə müasir tələblər səviyyəsində reanimasiya şöbə və bölmələrinin istifadəyə verilməsi də bu zərurətdən meydana gəlir. Bu bölmələr dünya standartlarına cavab verən ən müasir tibbi avadanlıqlarla, cihaz və aparatlarla təmin olunur. Hazırda əsas diqqət təcili və təxirəsalınmaz yardım göstərilən bu bölmələr üçün ixtisaslı tibbi kadrlar yetişdirməkdən, ekstremal vəziyyətdə işləyən tibb işçilərinin bilik və bacarıqlarını yüksəltməkdən ibarətdir. Belə bir şəraitdə təcrübəli həkim-cərrah, tibb üzrə fəlsəfə doktoru, dosent Cəbi İsmayılovun “Anesteziya, reanimasiya və onun praktiki tədrisinin bəzi aspektləri” monoqrafiyası ixtisasından asılı olmayaraq, hər bir tibb işçisi üçün mühüm əhəmiyyət kəsb edir.

Ardını oxu...

Dünən Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzi ilə birgə kəskin damar çatışmazlığına həsr olunmuş təlim-treninq keçirmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Sona Məmməd­ova bildirmişdir ki, əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Səhiyyə sisteminin yenidən qurulması, müasir dünya standartlarına uyğunlaşdırılması bu xidməti keyfiyyətcə daha da yaxşılaşdırmış, ixtisaslı kadrların hazırlanması, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması, sağlamlığa mənfi təsir edən faktorların aradan qaldırılması əhalinin sağlamlığının qorunması işində əsaslı dönüş yaratmışdır.
Sona Məmmədova qeyd etmişdir ki, indi əsas diqqət həkimlərimizin peşə bacarıqlarının yüksəldilməsinə, müasir tibbi avadanlıqlardan daha səmərəli istifadə edilməsinə yönəldilmişdir. Bu sahədə Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinin üzərinə düşən əsas vəzifə ilkin tibbi xidmətin səmərəliliyini yüksəltməkdən, dərman təchizatını yaxşılaşdırmaqdan ibarətdir. Artıq bu sahədə görüləcək işlərə start verilmişdir.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublika Xəstəxanasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Azərbaycan səhiyyəsində yeniliklər” mövzusunda tədbir keçirilib.
Elmi-praktik konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib ki, insan amili, onun layiq olduğu səviyyədə yaşamasının təmin edilməsi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm tərkib hissələrindən biridir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə, uğurlu strategiyaya əsaslanan bu alternativsiz inkişaf yolu ölkəmizin hər bir bölgəsində diaqnostika-müalicə mərkəzlərinin, xəstəxanaların tikilərək istifadəyə verilməsində, tibb müəssisələrinin müasir səhiyyə avadanlıqları ilə təmin edilməsində əsas rol oynayır. Muxtar respublikamızda da əhalinin sağlamlığının qorunması, tibbi xidmət səviyyəsinin yüksəldilməsi, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir.

Ardını oxu...

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında pediatriyanın aktual problemlərinə dair elmi-praktik konfrans keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Sona Məmmədova konfransı giriş sözü ilə açaraq uşaqların sağlamlığının qorunmasına göstərilən dövlət qayğısından danışıb, gələcəyimiz olan uşaqların hər cür qayğı ilə əhatə olunduğunu bildirmişdir.
Nazirliyin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-pediatrı İbrahim Ağayev cari ildə uşaqlara göstərilən tibbi xidmətin vəziyyəti barədə məlumat vermişdir. Bildirmişdir ki, bu gün muxtar respublikada yaşayan əhalinin 126 min 187 nəfərini (29 faiz) 0-18 yaşa qədər uşaqlar təşkil edir. Onların icbari dispanserizasiyası, elektron sağlamlıq kartlarının verilməsi, məktəbyaşlı uşaqlarda ixtisas həkimləri tərəfindən dərin tibbi müayinələrin aparılması, həkim briqadalarının ucqar dağ kəndlərində uşaqları müayinə etmələri, idarəolunan yoluxucu xəstə­liklərə qarşı peyvəndlərin vurulması və digər sağlamlıq tədbirləri daim diqqət mərkəzindədir. İdarəolunan yoluxucu xəstəliklərə qarşı profilaktika işi bu il daha da gücləndirilmiş, peyvəndlərin qrafik əsasında aparılmasına ciddi nəzarət edilmişdir. Bu ilin noyabr ayında poliomielit turu uğurla aparılmışdır.

Ardını oxu...

Dispanserizasiya əhalinin sağlamlıq vəziyyətinin qorunmasında səmərəli bir üsul kimi hazırda bütün dünyada qəbul olunaraq tətbiq edilir.
Profilaktik tədbirlər düzgün həyata keçirildikdə xəstəliklərin vaxtında aşkar olunması, sağalması asanlaşır, ağırlaşmaların qarşısı alınır, insanların əmək qabiliyyətləri qorunub saxlanılır, əlillik azalır. Bu məqsədlə müxtəlif yaş qruplarına, xüsusən risk qrupuna daxil olan əhali kütləvi profilaktik müayinələrə cəlb olunur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq, bu il aprelin əvvəllərindən 40-45 yaşlı əhalinin kütləvi müayinə tədbirləri, dispanserizasiyası həyata keçirilmiş və bu yaş qrupuna aid insanlarda qanda xolesterinin miqdarı təyin edilmişdir. Müayinələr Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında və rayon mərkəzi xəstəxanalarında tərtib edilmiş iş qrafiki əsasında terapevt, cərrah, ginekoloq, stomatoloq, oftalmoloqlar tərəfindən həyata keçirilmiş, ehtiyac olan hallarda xəstələrə yüksəkixtisaslı həkimlərin, o cümlədən nevropatoloq, psixiatr, endokrinoloq, uroloq, ftiziatr, kardioloq və başqalarının konsultasiyası və laborator-diaqnostik müayinələr təşkil edilmişdir.

Ardını oxu...

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ölkəmizin doğuşayardım tibb müəssisələrində göstərilən tibbi xidmətlərin davamlı olaraq yüksəldilməsi üçün yeni metodikanın təqdimatı ilə əlaqədar görüşlər keçirir. Növbəti görüşə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi ev sahibliyi edib.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Sona Məmmədova tədbirdə çıxış edərək bildirib ki, bu gün ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosialyönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib. Ana və uşaqların sağlamlığının qorunması üzrə dövlət proqramının, həmçinin yenidoğulanların “Elektron sağlamlıq kartları” ilə təmin edilməsi, yoluxucu xəstəliklərin immunoprofilaktikası proqramlarının ana və uşaqların sağlamlığının qorunması işində əhəmiyyətli rolu olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi noyabr ayında öz işini təsdiq olunmuş tədbirlər planına uyğun quraraq əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir.
Səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması xidmətin səviyyəsini xeyli yaxşılaşdırmış, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması vətəndaşların sağlamlığının qorunması işində mühüm rol oynamışdır.
Ötən ay Culfa rayonunda Qızılca, Ordubad rayonunda isə Gilançay feldşer-mama məntəqələri əhalinin istifadəsinə verilmişdir. Ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahi əməliyyatlarının təşkili davam etdirilmişdir. Azərbaycan Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu tərəfindən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında 24 nəfərdə müayinə, 15 nəfərdə əməliyyat yerinə yetirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Stomatoloji Mərkəzin iş planına uyğun olaraq, muxtar respublikamızda bütün məktəbəqədər və məktəbyaşlı uşaqlar, 17-25 yaşlı gənclər, 25-40 və ondan yuxarı yaş qruplu əhali arasında ildə iki dəfə stomatoloji müayinələrin aparılması nəzərdə tutulub. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzində 6 həkim və 6 tibb bacısından ibarət briqada yaradılıb. Yaz mövsümünün stomatoloji müayinələri ümumtəhsil məktəblərini əhatə edib. Bu müddətdə müayinələrə 11 min 435 nəfər məktəbli cəlb olunub.
Payız mövsümünün stomatoloji müayinələrinə isə Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdən start verilib. Burada keçirilən tədbirdə Stomatoloji Mərkəzin baş həkimi Səkinə Məmmədova çıxış edərək dişlərə qulluğun insan sağlamlığında rolundan danışıb. Sonra ağız boşluğuna qulluq haqqında “Sağlam dişlər gözəlliyin rəhnidir” adlı slaydlar nümayiş etdirilib.

Ardını oxu...

Bu gün uşaqları idarə olunan yoluxucu xəstəliklərdən qorumaq üçün Azərbaycan Respublikasının milli peyvənd təqvimi ilə 11 yoluxucu xəstəliyə qarşı peyvənd aparılır. Bu peyvəndlərin vurulması sayəsində kiçikyaşlı uşaqların çox vaxt ölümünə səbəb olan yoluxucu xəstəliklərin bir çoxu tamam ləğv edilmişdir. Bu xəstəliklərdən biri də uşaqlar üçün həyati təhlükə olan poliomielit xəstəliyidir.
Azərbaycanda bu xəstəliyə 1996-cı ildən rast gəlinmir və respublikamız Avropanın bir çox inkişaf etmiş ölkələri ilə yanaşı, 2002-ci ildən poliomielit xəstəliyindən azad ölkə kimi tanınır. Lakin bütün dünyada həmin xəstəlik ləğv edilməyənə qədər ona yoluxma təhlükəsi qalır. Bu səbəbdən də digər peyvəndlərlə yanaşı, bu peyvənd bu gün respublikamızda qrafik əsasında aparılır.

Ardını oxu...

Naxçıvan Tibb Kollecinin direktoru, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva, kollecin müəllimləri Mehri Seyidbəyli, Xəyalə Çələbinin “Anatomiya, fiziologiya və patologiyanın əsasları” adlı kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə çap olunmuşdur.
Kitab tibb kolleclərinin tədris proqramına uyğun metodik göstərişlər əsasında tərtib edilmişdir. Kitabda insan orqanizminin quruluşu, ayrı-ayrı orqanların funksiyası və patologiyası zamanı orqanlarda və tam orqanizmdə baş verən dəyişikliklər, maddələr mübadiləsi, enerji çevrilmələri prosesləri, həyat üçün vacib olan vitaminlər və onların əhəmiyyəti, həmçinin bioloji aktiv maddələrin mübadilə pozğunluqlarında törənən patoloji təzahürlər haqqında məlumatlar verilmişdir.
Təbabətin əsasını normal və patoloji anatomiya ilə çox vəhdətdə olan normal və patoloji fiziologiya təşkil edir. Çünki hər hansı bir orqanın nisbi normaya aid quruluşunu, funksiyasını bilmədən onun xəstəliklərinin etiopatogenezi barədə mülahizə yürütmək mümkün deyildir.
Tibb kolleclərində bu fənlər bir pro­qram əsasında birləşdirilərək normal orqanizmin quruluş və funksiyalarını öyrənməklə yanaşı, patologiyaya keçidin ümumi məsələlərini də öyrədir. Burada xüsusi patologiyaya aid müəyyən anlayışlar verilərək klinik fənlərlə patologiyalar arasında əlaqə olduğu aydınlaşdırılır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin 2015-ci ilin may ayında istifadəyə verilən yeni xəstəxana binası peşəkar tibbi kadr hazırlığının müvəffəqiyyətlə həyata keçirilməsinə, müqəddəs həkimlik sənətini seçən gənclərin ilkin tibbi vərdişlərə yiyələnməsinə geniş imkanlar açmışdır.
Üçmərtəbəli xəstəxana binasında cərrahiyyə bloku, 2 reanimasiya palatası, rentgen otağı, klinik laboratoriya, aptek və müayinə otağı vardır. 9 çarpayılıq xəstəxanada eyni zamanda ultrasəs, elektrokardioqrafiya, tibb bacısı və həkim kabinələri, stomatoloji və əczaçılıq laboratoriyaları, fizioterapiya şöbəsi, sterilizasiya otağı, 3 auditoriya, oftalmoloji kabinə var. Xəstəxananın bütün şöbələri ən müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur ki, bu da yüksək səviyyəli tibbi xidmət, tələbələrin bu sənəti praktik olaraq peşəkarcasına mənimsəmələri, sevmələri üçün geniş imkanlar yaradır. Universitet öz kadrlarını işlə təmin etmək üçün xəstəxanada daha çox rezidentura təhsilini bitirən həkimlərin işləməsinə üstünlük verir.

Ardını oxu...

Bu gün istər Naxçıvan şəhərində, istərsə də ən ucqar dağ kəndlərində əhaliyə nümunəvi tibb xidməti göstərilir, yeni tibb müəssisələri tikilir, səhiyyə ocaqları müasir avadanlıqlarla təchiz edilir, insanlar arasında mütəmadi olaraq səhiyyə maarifi işi aparılır.
Hazırda səhiyyə ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir, onlar müasir cihazlar və aparatlarla təchiz olunur. Belə aparatlardan biri də bu günlərdə Şərur Rayon Mərkəzi Xəstəxanasında quraşdırılıb. Yeni quraşdırılan flüoroqrafiya aparatının üstünlükləri çoxdur. Bu avadanlıq müxtəlif qəzalar zamanı meydana gələn sınıq, çıxıq və digər patologiyaları bir neçə saniyəyə təyin edir. İndiyədək istifadə olunan rentgen cihazlarında bu müddət bir neçə saat çəkirdi. Flüoro­qrafiya cihazı vasitəsilə döş qəfəsi patologiyalarının təyini, dayaq-hərəkət sisteminə aid sümüklərin, birləşmələrin yerdəyişməsinin, sümük qaralmalarının, oynaqlarda iltihab proseslərinin, sümüyün bədxassəli şişlərinin müəyyən olunmasını da həyata keçirmək mümkündür. Bu müasir avadanlıqdan istifadə səhiyyə sistemində operativliyin artmasına imkan yaradıb.
Məlumat üçün qeyd edək ki, qısa müddət ərzində bu xidmətdən 400-dən artıq xəstə yararlanıb.

Xəbərlər şöbəsi

Muxtar respublikamızda fəaliyyət göstərən tam orta məktəblərdə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, səmərəliliyinin artırılması həyata keçirilən səhiyyə islahatlarında mühüm yer tutur. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şagirdlərin sağlamlıqlarının daha da yaxşılaşdırılması barədə təsdiq olunmuş tədbirlər planında bu sahədə görüləcək işlərin məzmunu, icra vaxtı, icraya məsul müəssisələrin adları öz əksini tapmışdır. Həmçinin nazirlikdə məktəb tibb məntəqəsində çalışan tibb işçisinin vəzifələri, təhsil müəssisələrində sanitar-gigiyenik tələblər hazırlanaraq müvafiq tibb müəssisələrinə verilmişdir.

Nazirlik tərəfindən bu tədbirlər Azərbaycan Respublikası Prezidenti­nin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”na, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 4 oktyabr tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsinə dair edilmiş dəyişikliyə uyğun olaraq aparılır.

Ardını oxu...

Noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində tibb üzrə fəlsəfə doktoru, dosent Cəbi İsmayıl­ovun “Anesteziya, reanimasiya və onun praktiki tədrisinin bəzi aspektləri” kitabının təqdimat mərasimi keçirilmişdir.
Səhiyyə naziri Niyazi Novruzov bildirmişdir ki, müasir təbabətdə elə bir sahə yoxdur ki, orada anestezioloji yardıma, intensiv müalicəyə ehtiyac olmasın. Xəstəliyin növündən asılı olmayaraq, anestezioloq və reanimatoloqlar həmin xəstələrə yardım göstərirlər. Son illər inşa olunan xəstəxana və dispanserlərdə müasir tələblər səviyyəsində reanimasiya şöbə və bölmələrinin istifadəyə verilməsi də bu zərurətdən meydana gəlir. Bu bölmələr dünya standartlarına cavab verən ən müasir tibbi avadanlıqlarla, cihaz və aparatlarla təmin olunurlar. Hazırda əsas diqqət təcili və təxirəsalınmaz yardım göstərilən bu bölmələr üçün ixtisaslı tibbi kadrlar yetişdirməkdən, ekstremal vəziyyətdə işləyən tibb işçilərinin bilik və bacarıqlarını yüksəltməkdən ibarətdir. Təcrübəli həkim-cərrah, tibb üzrə fəlsəfə doktoru, dosent Cəbi İsmayılovun “Anesteziya, reanimasiya və onun praktiki tədrisinin bəzi aspektləri” monoqrafiyası ixtisasından asılı olmayaraq, hər bir tibb işçisi üçün mühüm əhəmiyyət kəsb edir.

Ardını oxu...

Naxçıvan Tibb Kollecinin direktoru, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayevanın, AMEA Botanika İnstitutunun Etnobotanika laboratoriyasının rəhbəri, biologiya üzrə elmlər doktoru, professor Səyyarə İbadullayevanın, AMEA Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərovun, Gəncə Dövlət Universitetinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru, dosent Abbas İsmayılovun, Naxçıvan Dövlət Universitetinin Botanika kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Hilal Qasım­ovun və Naxçıvan Tibb Kollecinin müəllimi Şəfiqə Qasımovanın müəllifliyi ilə 648 səhifədən ibarət olan “Farmakoqnoziya botanikanın əsasları ilə” adlı fundamental kitab “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən nəşr olunmuşdur. Bu əsər Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13 fevral 2014-cü il tarixli qərarı ilə dərslik kimi nəşrə tövsiyə edilmişdir.

Kitabın elmi redaktoru və məsləhətçisi AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, Əməkdar elm xadimi, akademik Tariyel Talıbov, rəyçiləri biologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Nemət Qasımov, kimya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov və əczaçılıq üzrə elmlər doktoru, professor Məhbubə Vəliyevadır.

Ardını oxu...

Noyabrın 24-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində həkim-cərrah, tibb üzrə fəlsəfə doktoru, dosent İsa Abdullayevin “Peritonitlər” kitabının təqdimat mərasimi keçirilmişdir.

Səhiyyə naziri Niyazi Novruzov tədbiri giriş sözü ilə açaraq bildirmişdir ki, səhiyyə sisteminin yenidən qurulması, müasir dünya standartlarına uyğunlaşdırılması bu xidmətin keyfiyyətcə daha da yaxşılaşdırılması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması, sağlamlığa mənfi təsir edən faktorların aradan qaldırılması, ana və uşaqların, ahıl vətəndaşların sağlamlığının qorunması işində əsaslı dönüş yaratmışdır.

Ardını oxu...

Muxtar respublikada sosial-iqtisadi sahələrin bütün istiqamətləri üzrə müşahidə olunan uğurlu inkişaf səhiyyə sahəsini də əhatə edir. Əhalinin sağlamlığının qorunması, səhiyyə xidməti səviyyəsinin daha da yaxşılaşdırılması, yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birinə çevrilib.

Son illərin möhtəşəm quruculuq ünvanlarından olan Naxçıvan Diaq­nostika-Müalicə və Doğum mərkəzləri, Naxçıvan Muxtar Respublikası Duzdağ Fizioterapiya, Onkoloji, Gigiyena və Epidemiologiya, Naxçıvan Şəhər Təcili Tibb, Naxçıvan Uşaq Bərpa mərkəzləri, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi, Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Ağciyər, Psixi Xəstəliklər dispanserləri, Darıdağ Arsenli Su Müalicəxanası, rayon mərkəzi xəstəxanaları və digər obyektlər bu gün bölgədə müasir səhiyyə müəssisələrindəndir. Təkcə ötən il Naxçıvanda 13 səhiyyə müəssisəsinin istifadəyə verilməsi muxtar respublikada səhiyyə sahəsinə göstərilən xüsusi diqqət və qayğıdan xəbər verir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, dünən Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında “Stomatologiyanın aktual problemləri” mövzusunda konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Sona Məmmədova səhiyyə işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün görülən işlər sırasında elmi-praktik konfrans və seminarların, treninq və təlimlərin, təkmilləşdirmə kurslarının, təcrübə mübadilələrinin mühüm əhəmiyyətini qeyd edib.
Bildirilib ki, növbəti tədbirin müasir stomatologiyanın aktual problemlərinə həsr olunması mühüm əhəmiyyət kəsb edir, bu, praktik fəaliyyət göstərən həkim-stomatoloqlar üçün faydalı olacaqdır.
Sonra Stomatoloji Mərkəzin baş həkimi Səkinə Məmmədovanın, mərkəzin həkim-stomatoloqları Könül Zeynalovanın, Ləman Əliyevanın, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim-stomatoloqları Sahib Qurbanovun, Kamran Hümmətovun müxtəlif mövzularda məruzələri dinlənilib.
Muxtar respublikanın səhiyyə müəssisələrində praktik fəaliyyət göstərən həkim-stomatoloqlar, orta tibb işçiləri, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi və Naxçıvan Tibb Kolleci tələbələrinin iştirak etdikləri tədbirdə verilən suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Noyabrın 19-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində “Farmakoqnoziya botanikanın əsasları ilə” və “Anatomiya, fiziologiya və patologiyanın əsasları” kitablarının təqdimat mərasimi keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsini yoxlamaq məqsədilə keçirdiyi sertifikasiya imtahanlarını davam etdirir. Məlum olduğu kimi, bu işə 2011-ci ilin sentyabr ayından başlanmış və təkcə cari ilin ötən dövründə 381 nəfər test imtahanlarında, 284 nəfər isə müsahibələrdə iştirak etmiş, 38 həkim, 266 orta tibb işçisi növbəti beş il üçün sertifikat almışdır.
Noyabrın 16-da sertifikasiya imtahanının növbəti müsahibə mərhələsi keçirilmişdir. Bu mərhələdə Naxçıvan Muxtar Respublika Xəstəxanası və Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının tibb bacıları biliklərini sınamışlar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilən müsahibə turunda tibb bacılarına öz ixtisaslarına aid nəzəri, habelə onların bilik səviyyəsini və peşə vərdişini müəyyən edən praktik suallar verilmişdir.
Müsahibələr açıq, hər bir orta tibb işçisi ilə fərdi qaydada 30 dəqiqə müddətində aparılmışdır. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Naxçıvan Muxtar Respublikası Regional Bölməsi əməkdaşının iştirakı ilə keçirilən müsahibənin şəffaflığı təmin edilmişdir.
Müsahibədən sonra imtahan komissiyasının üzvləri verilmiş cavabları müzakirə edərək ümumi rəy əsasında müsahibənin nəticələrini elan etmişlər. İmtahanda iştirak etmiş 28 nəfərin hamısı sertifikasiya imtahanını uğurla başa vurmuşdur. İmtahanların şəffaf, tam obyektiv şəraitdə keçirilməsi tibb işçilərinin hazırlığına öz müsbət təsirini göstərdiyindən uğur qazananların sayı get-gedə artır. Zəruri həddi keçə bilməyənlər isə 6 ay ərzində təkmilləşdirmə kursu keçərək yenidən öz biliklərini sınayırlar.


Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında tanınmış cərrah, SSRİ Xalq həkimi Mehdi Bağır­ovun anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkil etdiyi tədbiri səhiyyə nazirinin müavini Sona Məmmədova açaraq Mehdi Bağır­ovun milli cərrahiyyənin inkişafındakı xidmətlərindən danışmışdır.
Qeyd olunmuşdur ki, o, hələ sovet hakimiyyəti dövründə Azərbaycanda “SSRİ xalq həkimi” adına layiq görülmüş nadir həkimlərdən biri idi. Mehdi Bağırov İkinci Dünya müharibəsində Berlinədək döyüş yolu keçmiş, minlərlə döyüşçünü həyata və cəbhəyə qaytarmışdır. Ordudan tərxis olunduqdan sonra Naxçıvanda milli cərrahiyyənin bünövrəsini qoymuş, yeni nəsil cərrahların yetişməsində xüsusi rolu olmuşdur.
Xalq arasında böyük nüfuzu olan Mehdi Bağırov hələ 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, müxtəlif orden və medallarla təltif edilmişdir.

Ardını oxu...

14 noyabr – Ümumdünya Diabet Günü ilə əlaqədar Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbdə məktəb psixoloqlarının, uşaq birliyi rəhbərlərinin, valideyn komitəsi sədrlərinin və valideynlərin iştirakı ilə seminar keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Rəşad Kərimov, Endokrinoloji Dispanserin bölmə müdiri, həkim-endokrinoloq Aysel Dünyamalıyeva, Daxili İşlər Nazirliyinin İctimai təhlükəsizlik idarəsinin baş inspektoru, polis baş leytenantı Fariz Nəsirov, Təhsil Nazirliyinin Ümumi şöbəsinin aparıcı məsləhətçisi Ayşən Əsgərova çıxış edərək muxtar respublikada uşaqların təhsili, asudə vaxtının səmərəli təşkili, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası ilə bağlı həyata keçirilən tədbirlərdən, uşaqların inkişafı, müasir bilik və vərdişlərə yiyələnməsi üçün yaradılan hərtərəfli şəraitdən bəhs ediblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Endokrinoloji Dispanserdə 14 noyabr – Ümumdünya Diabet Günü münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Endokrinoloji Dispanserin baş həkimi Mirkamal Seyidov bildirib ki, hər il dünyada, təxminən, bir milyon insanın ölümünə səbəb olan şəkərli diabet ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlikdir. Şəkərli diabet digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bilər. Bu xəstəliyin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qəbul etdiyi xüsusi bəyannamədə şəkərli diabet “ağır xroniki xəstəlik” kimi səciyyələndirilib.
Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif Beynəlxalq Diabet Federasiyası və ÜST tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə 1991-ci ildə irəli sürülüb. O vaxtdan etibarən hər il 14 noyabr Ümumdünya Diabet Günü kimi 160-dan çox ölkədə qeyd edilir. Kampaniya ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə məlumatlandırmaq məqsədi daşıyır. Ümumdünya Diabet Günü milyonlarla insanı – şəkər xəstəsi olan və olmayan uşaq və yetkin insanları, səhiyyə mütəxəssislərini bir yerə toplayır, diabetlə bağlı qlobal məlumatlılıq artırılır, bu xəstəliyin qarşısının alınması yolları araşdırılır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılır.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstə­xanasının həkim briqadası oktyabrın 12-dən start götürən payız mövsümünün dərin tibbi müayinələrini başa çatdırıb. Naxçıvan şəhərinin 20 tam orta məktəbində 10 min 485 şagird tibbi yoxlamadan keçirilib ki, bu da şəhər məktəblilərinin 96 faizini təşkil edir. 1283 oftalmoloji, 374 LOR, 273 nevroloji, 102 cərrahi, 33 dermato-veneroloji, 171 endokrinoloji, 179 pediatrik və digər xəstəliyə meyilli uşaq qeydə alınıb.
Aparılan müayinələr bəzi nəticələr çıxarmağa imkan verib. Belə ki, oftalmoloji müayinələr nəticəsində şagirdlər arasında ən çox miopiya (yaxındangörmə), stomatoloji müayinələrdə ortodentik, digər ixtisasyönümlü müayinələrdə bəzi şagirdlərdə nitq qüsurları, konstisional piylənmə, xroniki tonzillit, adenoidlər, burun çəpərində əyriliklər, revmatizm xəstəlikləri aşkar olunub.
Əlbəttə, bunlar hələ ilkin tibbi müayinələrin nəticələrini əks etdirir. Əvvəlki illərdə olduğu kimi, həmin şagirdlər dispanser qeydiyyatına götürülərək Mərkəzi Uşaq Xəstəxanasına dəvət olunur, daha ətraflı və dərin müayinədən keçirilir, xəstə­liyi dəqiqləşdirilən şagirdlər üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirləri təşkil olunur. Bütün bunlar xəstəliklərin vaxtında müayinə və müalicəsi üçün çox faydalıdır.
Muxtar respublikanın rayonlarında isə şagirdlərin dərin tibbi müayinələri davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR