22 Dekabr 2024, Bazar

14 noyabr – Ümumdünya Diabet Günü ilə əlaqədar Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbdə məktəb psixoloqlarının, uşaq birliyi rəhbərlərinin, valideyn komitəsi sədrlərinin və valideynlərin iştirakı ilə seminar keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdiri Rəşad Kərimov, Endokrinoloji Dispanserin bölmə müdiri, həkim-endokrinoloq Aysel Dünyamalıyeva, Daxili İşlər Nazirliyinin İctimai təhlükəsizlik idarəsinin baş inspektoru, polis baş leytenantı Fariz Nəsirov, Təhsil Nazirliyinin Ümumi şöbəsinin aparıcı məsləhətçisi Ayşən Əsgərova çıxış edərək muxtar respublikada uşaqların təhsili, asudə vaxtının səmərəli təşkili, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası ilə bağlı həyata keçirilən tədbirlərdən, uşaqların inkişafı, müasir bilik və vərdişlərə yiyələnməsi üçün yaradılan hərtərəfli şəraitdən bəhs ediblər.

Bildirilib ki, ölkəmizdə şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyənləşdirən, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyən “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Şəkərli diabet üzrə Dövlət Proqramı” təsdiq edilib. Qeyd olunub ki, muxtar respublikada diabet xəstələri üçün cihaz və testlər hər bir xəstənin özünə ödənişsiz olaraq təqdim edilir. Eyni zamanda qanda şəkərin miqdarının təyin edilməsi qaydaları izah olunur. Müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanmasına şərait yaradıb.
Diqqətə çatdırılıb ki, hazırda muxtar respublikada 41 nəfəri məktəbyaşlı, 5 nəfəri bağçayaşlı olmaqla, ümumilikdə, 46 nəfər diabet xəstəliyi olan uşaq qeydiyyatdadır. Bu uşaqların hər biri dövlət qayğısı ilə əhatə olunub.
Tədbir iştirakçılarına müvafiq mövzuda broşürlər paylanılıb.
Sonda Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin direktoru Hökümə Mahmudova keçirilən tədbirə görə təşkilatçılara minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR