22 Dekabr 2024, Bazar

Muxtar respublikada əhalinin sağlamlığının qorunmasına xüsusi diqqət yetirilir, səhiyyə müəssisələrinin işi günün tələbləri səviyyəsində qurulur. Ötən ay Şərur rayonunun Oğlanqala kəndində həkim ambulatoriyası və Şahbuz rayonunun Daylaqlı kəndində feldşer-mama məntəqəsi istifadəyə verilmiş, bu yaşayış məntəqələrində səhiyyə xidmətinin səviyyəsi yüksəldilmişdir. 

Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadaları muxtar respublikaya dəvət olunur, aztəminatlı ailələrin müalicə və müayinəsinə şərait yaradılır. Ötən ay Mərkəzi Neftçilər Xəstəxanasının 12 nəfərlik həkim briqadası Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Kardiocərrahiyyə şöbəsinin əməkdaşları ilə birlikdə 250 nəfərdə müayinə, 21 nəfərdə açıq ürək əməliyyatı aparmış, Azərbaycan Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu 22 nəfəri müayinə etmiş, 6 tibbi əməliyyat aparmışdır. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində isə Azərbaycan Tibb Universitetinin uşaq cərrahının iştirakı ilə 5 plastik rekonstruktiv əməliyyat yerinə yetirilmişdir. Ümumiyyətlə, fevral ayında muxtar respublikanın tibb müəssisələrinə 2049 nəfər müraciət etmiş, 2038 xəstə müayinə və müalicədən sonra evə buraxılmış, stasionarda 468 cərrahi müdaxilə aparılmışdır.

Ötən ay Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən mədəniyyət sahəsində çalışan işçilər arasında süd vəzinin profilaktik müayinəsinə başlanılmışdır. Əhalinin dispanserizasiyası işinin yaxşılaşdırılması məqsədilə muxtar respublikada fəaliyyət göstərən mərkəzi və yerli xəstəxanalar tərəfindən yaradılan həkim briqadaları isə ucqar kəndlərdə olmuş, əhaliyə tibbi xidmət göstərmişdir. Əczaxanaların fəaliyyətinə də diqqət artırılmış, lisenziya şərtlərinə əməl olunması və dərman preparatlarının satış qiymətləri gündəlik nəzarətdə saxlanılmışdır.
Bu dövrdə ixtisaslı kadrların ­hazırlanması istiqamətində tədbirlər davam etdirilmiş, 2 həkim Türkiyə Respublikasının Kocaeli Universitetinə, 1 həkim Bakıda keçirilən kurslara göndərilmişdir. Həmçinin 1 həkim Naxçıvan şəhərində iş yerində təcrübəyə, 36 orta tibb işçisi Naxçıvan Tibb Kollecində təşkil olunan kursa cəlb olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR