22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin nəzdindəki Uşaq Ürək Cərrahiyyə Mərkəzinin həkim briqadası Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində uşaqlar üzərində açıq ürək cərrahiyyə əməliyyatları keçirir. Mərkəzin kardiocərrahı Elnur Həsənovun, uşaq cərrahı Faiq Mirzəzadənin, əməliyyat, reanimasiya, palata tibb bacılarının təmsil olunduğu heyət son 4 gündə 7 uşaq üzərində açıq ürək əməliyyatları aparıb.

Ardını oxu...

1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivləri könüllü qanvermə aksiyası keçiriblər.
Növbəti qanvermə aksiyasının keçirilməsində əsas məqsəd qana ehtiyacı olan uşaqlara tibbi yardımın keyfiyyətinin artırılması, faktor preparatları ilə müalicənin təşkil edilməsi və digər tədbirlərin görülməsindən ibarət idi.
Əvvəlcə donorlardan arterial təzyiq, hepatit və digər yoluxucu xəstə­liklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib, qan qrupları təyin edilib. Donorlardan götürülən 7 litrə yaxın qanın qrupları müəyyənləşdirilərək birli, ikili və üçlü torba­larda Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin qan bankına təhvil verilib.

Sona MİRZƏYEVA

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan “İmplantoloq” İctimai Birliyi və Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş “Stomatologiyada innovasiyalar” mövzusunda elmi-praktik seminar keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov tədbiri giriş sözü ilə açaraq vətəndaşların sağlamlığının qorunması istiqamətində muxtar respublikada görülən mühüm işlərdən danışmış, səhiyyənin modernləşdirilməsinin, infrastrukturunun yenilənməsinin, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılmasının və ən müasir avadanlıqlarla təchiz edilməsinin, səhiyyənin informasiyalaşdırılmasının, bu sistemin yeni dövrün tələblərinə uyğunlaşdırılmasının əhalinin sağlamlığının etibarlı təminatına geniş imkanlar açdığını bildirmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə razı­laşdırılmış Tədbirlər Planına uyğun olaraq, muxtar respublikamızın 90 illiyi münasibətilə tədbirlər davam etdirilir. Artıq yubiley çərçivəsində bir sıra işlər görülmüş, humanitar aksiyalar təşkil olunmuşdur. Bu tədbirlərdən biri də aprelin 25-də muxtar respublika Səhiyyə Nazirliyində keçirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səyyar kollegiya iclasıdır.
Qeyd edək ki, səhiyyə xidmətlərinin genişləndirilməsi və onun keyfiyyətinin artırılması, səhiyyə müəssisələrinin dərman və avadanlıq təminatının daha da yaxşılaşdırılması, tibbi profilaktika tədbirlərinin əhatəliliyinin və keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsi, yeni səhiyyə müəssisələrinin inşası işləri müntəzəm olaraq həyata keçirilir. Ölkəmizin paytaxtı Bakı şəhərində fəaliyyət göstərən kardiocərrahiyyə, uroloji, plastik, göz, angio­qrafiya və digər ixtisaslar üzrə həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi, aztəminatlı ailələr üçün nəzərdə tutulmuş xüsusi sağlamlıq layihələrinin intensiv qaydada icra olunması davam etdirilir.

Ardını oxu...

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Məlum olduğu kimi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılmasına 2011-ci ilin sentyabr ayından başlanmış, təkcə keçən il 187 nəfər həkim sertifikasiya imtahanında iştirak etmiş, onlardan 177 nəfəri test imtahanlarını və müsahibə mərhələsini uğurla başa vurmuşdur.
Növbəti imtahanda isə Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanası, Onkoloji, Yoluxucu Xəstəliklər mərkəzlərinin, Dəri-Zöhrəvi Dispanserinin orta tibb işçiləri öz bilik və bacarıqlarını sınamışlar.

Ardını oxu...

Bu gün muxtar respublikamızın səhiyyə müəssisələrində 751 həkim, 2196 orta tibb işçisi tərəfindən əhaliyə tibbi xidmət göstərilir. Onların ixtisas səviyyəsinin artırılması, bilik və bacarıqlarının dünya standartları səviyyəsinə qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu məqsədlə tibb işçilərinin Bakı şəhərinə, Türkiyə Respublikasına çoxsaylı təkmilləşdirmə kurslarına göndərilməsi, yüksəkixtisaslı mütəxəssislərin iştirakı ilə elmi-praktik konfrans və seminarların, treninq və təlimlərin keçirilməsi artıq ənənə halını almışdır.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında öddaşının cərrahi müalicəsi, bu müalicədə anestezioloji reanimasiya yardımına dair elmi-praktik seminar keçirilmişdir.
Xəstəxananın baş həkimi Əli Ələsgər­ov çıxış edərək hazırda dünyada öddaşı xəstəliyindən əziyyət çəkənlərin sayının sürətlə artdığını, onun müəyyən fəsadlar yaratdığını vurğulamış, bu xəstəliklə bağlı xəstəxanaya gələnlərin sayının ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz artdığını bildirmişdir.

Ardını oxu...

Son illər muxtar respublika səhiyyəsində yüksəkixtisaslı mütəxəssislərin sayının artması Azərbaycan səhiyyəsinin tərkib hissəsi kimi Naxçıvan səhiyyəsinin də dünya səhiyyə sisteminə inteqrasiya olunmasına şərait yaratmışdır. Səhiyyənin müasir problemlərinin həllində mühüm rol oynayan belə mütəxəssislərin müalicə üsulları müasir tibb elminin regional inkişafına müsbət təsirini göstərir.
Belə həkimlərdən biri – Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin cərrahı, Azərbaycan Respublikasının əməkdar həkimi, tibb üzrə fəlsəfə doktoru Cəbi İsmayıl­ovun artıq iki dəfə beynəlxalq konfrans və konqreslərdə iştirakı, həmin tədbirlərin yekun materiallarında “Naxçıvan Muxtar Respublikasında hepatitlərin dinamikası”, “Narkozun verilməsi metodikasında yeniliklər” adlı elmi məqalələrinin dərci Naxçıvan səhiyyəsi üçün əlamətdardır. Yüksəkixtisaslı mütəxəssis bu günlərdə daha bir mötəbər məclisdə – dünya cərrahlarının 19-cu beynəlxalq konqresində iştirak etmişdir.

Ardını oxu...

Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə görülən işlərin, aparılan islahatların məntiqi davamı kimi hazırda uşaqlar məcburi qaydada tibbi müayinədən keçirilərək icbari dispanserizasiyaya cəlb edilirlər. Bu tədbir uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinin təşkilati-hüquqi əsaslarını, uşaqlar arasında aparılan müalicə-profilaktika tədbirlərini müəyyən edən, bu sahədə yaranan münasibətləri tənzimləyən “Uşaqların icbari dispanserizasiyası haqqında” 5 mart 2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və ölkə Prezidentinin 10 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiqlənən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq aparılır.

Ardını oxu...

Muxtar respublika əhalisinə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə həkim briqadaları şəhər, qəsəbə və kəndlərdə, ümumtəhsil məktəblərində kütləvi profilaktik müayinələri davam etdirirlər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası ənənəni davam etdirərək ötən şənbə Kəngərli rayonunun Çalxanqala kəndində əhalini kütləvi profilaktik müayinələrdən keçirmişdir. Yüksəkixtisaslı həkimlərin təmsil olunduğu briqada ultrasəs və müayinə aparatları ilə təchiz edilmişdir. Kənd həkim ambulatoriyasının həkim və orta tibb işçilərinin də fəal iştirakı ilə həkim briqadası tərəfindən gün ərzində 20 terapevtik, 23 pediatrik, 22 kardioloji, 18 cərrahi müayinə aparılmışdır. Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülmüş, onlara ambulator kartlar açılmış, kənd üzrə dispanser qeydiyyatında duran xroniki xəstələrin sayı dəqiqləşdirilmişdir. Əhalinin kütləvi dispanseriziyasının nəticələri, uşaqların icbari, 20 yaşlı əhalinin dispanseriziyasının icra vəziyyəti yoxlanılmış, mövsümi xəstəliklər, uşaqların düzgün qidalanması, ana südünün əhəmiyyəti, qohumluq nikahının və zərərli vərdişlərin hamiləliyə ziyanı barədə səhiyyə maarifi işləri aparılmış, xəstəliklərin profilaktikası ilə bağlı tibbi məsləhətlər verilmişdir.
Eyni zamanda peyvəndlərin icra vəziyyəti, ambulator qəbul, evə çağırış, ailə, dispanser xəstələrin, hamilələrin və peyvəndlərin qeydiyyatı jurnalları yoxlanılmış, çatışmazlıqların aradan qaldırılması üçün lazımi tapşırıqlar verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Məlum olduğu kimi, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası”nın aparılmasına 2011-ci ilin sentyabr ayından başlanmış, təkcə keçən il 187 nəfər həkim sertifikasiya imtahanında iştirak etmiş, onlardan 177 nəfəri test imtahanlarını və müsahibə mərhələsini başa vurmuşdur.
Növbəti test imtahanında isə Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin, Sədərək və Ordubad Rayon Mərkəzi xəstəxanalarının, Naxçıvan şəhər, Ordubad və Kəngərli rayonlarındakı kənd həkim ambulatoriya və feldşer-mama məntəqələrinin 27 orta tibb işçisi öz bilik və bacarıqlarını sınamalı olmuşlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasının kardiocərrahları Kamal Ağa­rzayev, tibb üzrə fəlsəfə doktorları Seymur Musayev və Fərid Hüseyn­ov Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində yerli həkimlərlə birgə 12 açıq, 1 periferik ürək əməliyyatı aparmışlar. Bu əməliyyatların 3-ü Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin ürək-damar cərrahı İntiqam Fətullayev tərəfindən icra olunmuşdur. Ürəyin işemik xəstəliyi gərginlik stenokardiyası diaqnozu qoyulmuş xəstə Maral Rzayeva angio­qrafiya olunduqdan sonra ürək damarlarında ciddi daralmalar müşahidə edilmiş, üzərində aorta koronar şuntlama əməliyyatı aparılmışdır.

Ardını oxu...

Muxtar respublikamızda tikinti-quraşdırma və abadlıq işlərinin həcmi ildən-ilə öz əhatə dairəsini genişləndirir. Hazırda regionun tikinti təşkilatlarında minlərlə işçi çalışır. Bu göstərici tikinti sektorunun muxtar respublika iqtisadiyyatındakı rolunu və əhəmiyyətini göstərməklə yanaşı, bu sahədə əməyin təşkili və təhlükəsizlik məsələlərinə diqqətin artırılmasını da zəruri etmişdir.
İstehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlərlə əlaqədar 2011-ci il iyun ayının 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə verilən tapşırıqların icrası üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində hazırlanmış tədbirlər planı ardıcıl şəkildə həyata keçirilir.
Naxcıvan şəhərindəki Gənclər şəhərciyinin tikinti meydançasında 68 nəfər inşaatçı və quraşdırıcının iştirakı ilə tibbi təlim təşkil edilmişdir.

Ardını oxu...

Ötən şənbə günü Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının pediatr, stomatoloq, oftalmoloq, dermatoloqlardan, ultrasəs müayinə mütəxəssislərindən və laborantlardan ibarət həkim briqadası Sədərək Rayon Mərkəzi Uşaq Xəstəxanasında uşaqlara profilaktik tibbi xidmət göstərmişdir. Briqadanın fəaliyyəti zamanı 77 nəfər 0-18 yaşlı əhali profilaktik, o cümlədən 12 nəfər laborator müayinədən keçirilmiş, 80 nəfər valideynlə səhiyyə maarifi işi aparılmışdır. Dispanserizasiya işinin düzgün təşkili, peyvəndlərin təqvim üzrə aparılması, tibbi sənədləşmənin həyata keçirilməsi üçün xəstəxananın və Heydərabad qəsəbəsindəki feldşer-mama məntəqəsinin tibb bacılarına metodik məsləhətlər verilmişdir. Aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün müvafiq səhiyyə müəssisələrinə getmələri tövsiyə edilmiş, xəstələr pulsuz dərman və sarğı materialları ilə təmin olunmuşlar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Bakı şəhərində fəaliyyət göstərən klinika və xəstəxanaların muxtar respublikamızda ezamiyyətdə olan bir qrup heyəti Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş humanitar aksiyaları davam etdirir.
Hazırda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanası ilə yanaşı, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin cərrah və əməliyyat tibb bacılarından ibarət heyəti də muxtar respublika əhalisinə tibbi xidmətlər göstərir, səhiyyə maarifi işləri aparırlar. Mərkəzin yüksəkixtisaslı həkimlərindən Emil Hüseynov, Məhərrəm Termetov, Sevinc Salmanova və başqaları Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 60 nəfəri müayinədən keçirmiş, 10 nəfər üzərində göz əməliyyatı aparmışlar. Əməliyyatlar davam etdiriləcəkdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi çərçivəsində aprelin 25-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Naxçıvanda səyyar kollegiya keçirməsi nəzərdə tutulmuşdur. Kollegiyadan əvvəl Bakıda fəaliyyət göstərən klinika və xəstəxanaların bir qrup heyəti aprelin 23-də Naxçıvana gəlmişdir.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasım­ovun rəhbərlik etdiyi 13 nəfərlik heyət ilk gündən ixtisaslarına uyğun müvafiq xəstəxanalarda fəaliyyətə başlamışdır. Əsas məqsəd yerli həkimləri tibb elminin aktual problemləri barədə məlumatlandırmaq, onların yeni müayinə və müalicə üsulları barədə biliklərini təkmilləşdirməkdən ibarətdir. Heyətdə təmsil olunan yüksəkixtisaslı həkimlər Diaqnostika-Müalicə Mərkəzində cərrahiyyə, Mərkəzi Uşaq Xəstəxanasında pediatriya, Naxçıvan Şəhər Poliklinikasında terapiya, Doğum Mərkəzində ginekologiya, Psixi Xəstəliklər Dispanserində nevrologiya və psixiatriya, Kardioloji Mərkəzdə isə kardiologiyanın aktual problemlərinə dair mühazirələr oxumuş, dinləyiciləri maraqlandıran sualları cavablandırmışlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, aprelin 17-də Ümumdünya Hemofiliya Gününə həsr olunmuş tədbir keçirilmişdir. Bu əlamətdar gün Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində könüllü qanvermə aksiyası ilə qeyd edilmişdir. Mərkəzin baş həkiminin müavini Zaur Həsənov hemofiliya xəstəliyi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, hemofiliya insan qanında laxtalanma faktorlarının çatışmazlığı nəticəsində əmələ gələn, anadan, əsasən, oğlan uşaqlarına ötürülən xəstəlikdir. Onun yaranmasının əsas səbəbi qohum nikahları, radiasiyalı ətraf mühit, qida və tütün məmulatlarının təsiridir. Respublikamızda belə xəstələr dövlət qayğısı ilə əhatə olunmuşlar. Belə ki, ölkəmizdə hemofiliya və talassemiya irsi qan xəstəliyi üzrə dövlət proqramı qəbul edilmişdir.

Ardını oxu...

Tarixi bir adı özündə yaşadan Kəngərli rayonu Naxçıvan Muxtar Respublikasının ən gənc rayonudur. Dövlət başçısı cənab İlham Əliyevin 19 mart 2004-cü il tarixdə imzaladığı Azərbaycan Respublikasının Qanunu ilə yaradılmış bu rayon bu gün ölkəmizin inkişaf etmiş rayonları sırasındadır. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə hazırlanan və ümumi inkişafımızda fundamental baza rolunu oynayan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin Kəngərli rayonunda ardıcıllıqla həyata keçirilməsi bu bölgənin bir rayon kimi formalaşmasında mühüm rol oynamışdır.

Hər il rayonda quruculuq işləri gedir, abadlıq işləri aparılır, yeni müəssisələr qurulur, sosial obyektlər istifadəyə verilir. Keçən ay 10 yaşını tamam edən Kəngərli rayonunun quruculuq ərməğanları sırasına bu günlərdə biri də əlavə olundu. Bu, Azərbaycan Respublikasının Pre­zidenti cənab İlham Əliyevin bu il  Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində aprelin 7-də açılışında iştirak etdiyi Kəngərli Rayon Mərkəzi Xəstəxanasının binasıdır. Bu günlərdə xəstəxana binasının fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün rayona üz tutduq.

Ardını oxu...

Ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi, aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili artıq ənənə halını almışdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  Mərkəzi Neftçilər Xəstəxanasının, Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun və digər səhiyyə müəssisələrinin yüksəkixtisaslı həkim briqadaları tərəfindən təkcə ötən il sosial layihələr çərçivəsində 319 cərrahi əməliyyat aparılmış, 29 nəfər xəstənin ürək damarlarına stent qoyulmuşdur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi barədə tapşırığına uyğun olaraq, muxtar respublikanın 7 rayon  mərkəzi, 3 kənd sahə xəstəxanası, 90 həkim ambulatoriyası və 105 feldşer-mama məntəqəsi, Naxçıvan şəhərində isə 1 poliklinika, 4 ixtisaslaşdırılmış dispanser (Endo­krinoloji, Dəri-Zöhrəvi, Psixi Xəstə­liklər və Ağciyər Xəstəlikləri dispanserləri), 4 mərkəz (Onkoloji, Kardioloji, Stomatoloji və Doğum mərkəzləri), 2 xəstəxana (Naxçıvan Muxtar Respublikası Göz və Ə.Əliyev adına Mərkəzi Uşaq xəstəxanaları) kollektivləri tərəfindən əhalinin kütləvi müayinəsi tədbirləri davam etdirilir.

Ardını oxu...

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin uşaq kardioloqu Elnur İmanov Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində yerli həkimlərlə birgə anadangəlmə ürək qüsurlu 11 uşağın müayinə və müalicəsini həyata keçirmişdir.
Aparılan müayinələr nəticəsində anadangəlmə ürək qüsurlu körpə Rəna Səfər­ovanın vəziyyəti risk qrupuna daxil edilmişdir. Səkkiz aylıq və 5 kiloqram çəkisi olan körpənin ürəyində botal axacağın açıq qalması onun həyatını təhlükəli vəziyyətə çatdırmışdı.Valideynləri körpənin müalicəsi üçün əvvəllər qonşu ölkələrə pənah aparsalar da, mütəxəssislər bu riskli əməliyyatdan imtina etmişdilər.

Ardını oxu...

Ümumdünya Səhiyyə Təşkilatı 1948-ci il aprelin 7-də yaradılmış, 1950-ci ildən başlayaraq aprelin 7-si təşkilata üzv dövlətlər tərəfindən “Ümumdünya Sağlamlıq Günü” kimi qeyd olunmağa başlanmışdır. Azərbaycan 1992-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının üzvlüyünə qəbul edilmiş, 1994-cü ildə təşkilatın ölkəmizdə əlaqələndirmə ofisi yaradılmışdır.

Ardını oxu...

Muxtar respublikamızda uşaqların sağlamlığına xidmət edən bütün səhiyyə müəssisələrində uşaqların icbari tibbi müayinələrinə başlanılmasından bir ay keçir.
İcbari dispanserizasiyanın aparılmasında əsas məqsəd uşaqların sağlamlığının qorunması və möhkəm­ləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, uşaqlar arasında xəstələnmə, əlillik və ölüm hallarının səviyyəsinin daha da azaldılması, uşaqların xəstəliklərdən qorunmasıdır.
İcbari dispanserizasiyanın səmərəli təşkili üçün muxtar respublikanın bütün rayonlarında seminar-məşğələlər keçirilmiş, bu tədbirlərdə iştirak edən rayon mərkəzi xəstəxanalarının pediatrları, sahə tibb bacıları, kənd həkim ambulatoriyaları və feldşer-mama məntəqələri işçilərinin sualları cavablandırılmışdır.
Artıq mart ayı ərzində 18 min 225 uşaq tibbi müayinələrdən keçirilmiş və müvafiq təyinatlar almışdır. İndiyədək Babək rayonunda 7373, Şərur rayonunda 1769, Sədərək rayonunda 1750, Ordubad rayonunda isə 1737 uşaq profilaktik tibbi müayinələrlə əhatə olunmuşdur. Xəstəxanaya gəlmək imkanı olmayan uşaqların müayinə və dispanserizasiyası isə xüsusi həkim briqadası tərəfindən həyata keçirilir. Valideynlər bu tədbiri ölkəmizdə uşaqların sağlamlığına  göstərilən dövlət qayğısı kimi dəyərləndirərək ölkə başçısına öz minnətdarlıqlarını bildirirlər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi barədə tapşırığı ilə muxtar respublikanın bütün səhiyyə müəssisələri və onların tibbi heyəti xüsusi iş rejiminə keçib. Milli genefondumuzun sağlamlığında mühüm rol oynayacaq bu aksiyadan heç kimin kənarda qalmaması üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən tədbirlər planı hazırlanaraq tibb müəssisələrinə göndərilib və şifahi tapşırıqlar verilib. Dispanserizasiya tədbirlərinin effektivliyinə nail olmaq üçün kütləvi informasiya vasitələrində çıxışlar edilib, rayon  və şəhər tibb müəssisələrində maarifləndirici elmi-praktik seminarlar keçirilib. Fevralın 17-dən başlanan kütləvi profilaktik müayinələrdə 7 rayon mərkəzi xəstəxanası, 3 kənd sahə xəstəxanası, 90 həkim ambulatoriyası və 105 feldşer-mama məntəqəsi iştirak edir.

Ardını oxu...

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya  prosesi davam etdirilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılmasına 2011-ci ilin sentyabr ayından başlanmış, təkcə keçən il 187 nəfər həkim sertifikasiya imtahanında iştirak etmiş, onlardan 177 nəfəri test imtahanlarını və müsahibə mərhələsini  başa vurmuşdur.
Martın 28-də keçirilən növbəti test imtahanında isə orta tibb işçilərinin sertifikasiya  mərhələsinə start verilmişdir. İlk mərhələdə Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanası, Yoluxucu Xəstəliklər Mərkəzi və Dəri-Zöhrəvi Dispanserinin orta tibb işçiləri öz bilik və bacarıqlarını sınamışlar.

Ardını oxu...

Hər il martın 24-də dünya ictimaiyyəti Beynəlxalq Vərəmlə Mübarizə Gününü qeyd edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 1993-cü ildən başlayaraq keçirilən Beynəlxalq Vərəmlə Mübarizə Gününün məqsədi qlobal vərəm epidemiyası haqqında məlumatlılığı artırmaq və bu xəstəliyin aradan qaldırılması istiqamətində səyləri gücləndirməkdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, mart ayında Beynəlxalq Vərəmlə Mübarizə Gününə həsr edilmiş tədbirlərə start verilib. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri Culfa Rayon Mərkəzi Xəstəxanasında seminar keçirib.
Tədbirdə dispanserin həkimləri Taliyyə Xəlilova “Uşaq və yeniyetmələrdə erkən vərəm intoksikasiyası”, Səbuhi Məmmədov “Vərəmin rezistent (davamlı) formaları və onun aşkarlanması”, Elnurə Rzayeva “Vərəmin müalicə və profilaktikası” mövzularında çıxışlar ediblər.
Seminarda bildirilib ki, belə bir günün qeyd edilməsi üçün martın 24-ü təsadüfən seçilməyib. 1882-ci ildə məhz həmin gün alman mikrobioloqu Robert Kox vərəmi törədən mikrobları kəşf etdiyini elan edib. Hazırda həmin mikrob “Kox çöpü”adlandırılır.
Statistikaya görə, vərəm hər il 1,6 milyon insanın həyatına son qoyur. Təəssüf ki, vərəm gecikmiş mərhələdə qarşısı alına bilməyən xəstəlikdir. Lakin onunla mübarizəni bir an belə dayandırmadan müəyyən sabitliyə nail olmaq mümkündür. Bunun üçün əhalinin vərəm xəstəliyi ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq, insanlar arasında maarifləndirmə işi aparmaq vacibdir.
Sonra dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və onlara vərəmin profilaktikası  barədə bukletlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda əhalinin hər bir təbəqəsinin vaxtaşırı olaraq ixtisas həkimləri tərəfindən müayinədən keçirilməsi ənənə halını alıb. Profilaktik müayinələri daim diqqət mərkəzində saxlayan tibb müəssisələrindən biri də Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzidir. Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, mərkəzin həkim-onkoloqları yaz və payız mövsümlərində muxtar respublikamızın ümumtəhsil məktəblərində çalışan qadınların süd vəzinin profilaktik müayinəsini həyata keçirirlər. Payız mövsümündə Naxçıvan şəhəri, Şahbuz, Babək, Kəngərli və Culfa rayonları üzrə 1470-dən çox qadın təhsil işçisinin süd vəzinin profilaktik müayinəsi həyata keçirilmişdir.
Mart ayından isə Şərur rayonunda növbəti müayinələrə start verilmişdir. Artıq 210 qadın təhsil işçisi müayinədən keçirilmişdir. Müayinələri hər həftənin çərşənbə günləri həyata keçirməklə aprel ayının sonuna qədər başa çatdırmaq nəzərdə tutulmuşdur. Növbəti müayinələr Ordubad rayonunda aparılacaqdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Mart ayının 1-dən etibarən muxtar respublikamızda uşaqların sağlamlığına xidmət edən bütün səhiyyə müəssisələrində uşaqların icbari tibbi müayinələrinə start verilmişdir.
Bu məqsədlə Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında keçirilən tədbirdə xəstəxananın baş həkimi Rəhim Rəhim­ov uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmış, uşaqların icbari dispanserizasiyasını həmin işlərin məntiqi davamı kimi dəyərləndirmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi barədə tapşırığı muxtar respublikamızda da uğurla icra olunur. Milli genefondumuzun sağlamlığında mühüm rol oynayacaq bu aksiyadan heç kimin kənarda qalmaması üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən xüsusi tədbirlər planı hazır­lanaraq tibb müəssisələrinə göndərilib və şifahi tapşırıqlar verilib. Dispanserizasiya tədbirlərinin effektivliyinə nail olmaq üçün kütləvi informasiya vasitələrində çıxışlar edilib, rayon və şəhər tibb müəssisələrində maarifləndirici elmi-praktik seminarlar keçirilib. Fevralın 17-dən başlanan kütləvi profilaktik müayinələrdə 7 rayon  Mərkəzi Xəstəxanası, 3 kənd Sahə Xəstəxanası, 90 həkim ambulatoriyası və 105 feldşer-mama məntəqəsi iştirak edir.

Ardını oxu...

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünya əhalisinin 350 milyonu hepatit B virusu və 170-220 milyonu hepatit C virusu ilə yoluxmuşdur. Hər il bu xəstələrin sayı 3-4 milyon artmaqdadır. Müəyyən olunmuşdur ki, xroniki infeksiyalaşmış şəxslərdə ilk illər xəstəliyin əlamətləri özünü göstərmir. Virusun vaxtında tapılması bu virusla müalicəni düzgün aparmağa və yoluxmuş şəxsin həyatını xilas etməyə imkan verir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi bu mühüm problemi nəzərə alaraq, Bakı şəhərində fəaliyyət göstərən “Roche Azerbaijan” MMC ilə cari ildə “Virus hepatiti C və B ilə mübarizə” adlı birgə layihə həyata keçirəcəkdir. Layihə hepatit  C və B viruslarının hər hansı diaqnostik metodu ilə təsdiq edilmiş diaqnozu ilə, özlərini hepatit C və B virusları ilə yoluxmasına şübhəli sayan və qaraciyər nahiyəsində problemi olan insanları əhatə edəcəkdir. Məqsəd hepatit C və B virusları diaqnozu ilə təsdiq edilmiş xəstələrin müalicəni başlamaq ehtiyacını qiymətləndirmək və ehtiyac olduğu halda müvafiq müalicə taktikasının tətbiqi üçün göstərişlər verməkdən ibarətdir.
İlkin mərhələdə isə əsas diqqət əhalinin bu sahədə maariflənməsinə yönəldilmişdir. Bu məqsədlə Qaraciyər Tədqiqi üzrə Avropa Assosiasiyasının daimi üzvü, “EuroMed” klinikasının həkim-infeksionisti Yusif Alxazov Naxçıvana gəlmiş, layihə çərçivəsində maarifləndirici tədbirlərin icrasına başlamışdır.
Aprel ayının ikinci yarısında start götürəcək ikinci mərhələ çərçivəsində yüksək ixtisaslı mütəxəssislərlə pasiyentlərin görüşünün keçirilməsi, onların müayinə və müalicəsinin təşkili üçün müvafiq göstərişlərin verilməsi nəzərdə tutulmuşdur.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Bu il fevralın 17-dən ölkə ərazisində, eləcə də Naxçıvan Muxtar Respublikasında əhalinin kütləvi dispanserizasiyası tədbirlərinə başlanılıb. Kütləvi müayinələr ölkə əhalisinin sağlamlığının mühafizəsi və yaxşılaşdırılması istiqamətində görülən işlərin davamı olaraq, dövlət başçısının tapşırığı ilə həyata keçirilir. Əhalinin kütləvi profilaktik tibbi müayinəsi cari ilin may ayında başa çatdırılacaq.

Ardını oxu...

Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə görülən işlərin, aparılan islahatların məntiqi davamı kimi cari ildən etibarən ölkəmizdə uşaqlar məcburi qaydada tibbi müayinədən keçirilərək icbari dispanserizasiyaya cəlb ediləcəklər. Qeyd edək ki, bu tədbir uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinin təşkilati-hüquqi əsaslarını, uşaqlar arasında aparılan müalicə-profilaktika tədbirlərini müəyyən edən, bu sahədə yaranan münasibətləri tənzimləyən “Uşaqların icbari dispanserizasiyası haqqında” 5 mart 2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və ölkə Prezidentinin 10 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiqlənən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq aparılacaqdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Xəstəxanasının yenidən qurulan binasında  tibbi təlim keçirilmişdir. 50 nəfər inşaatçı və quraşdırıcının iştirakı ilə keçirilən tibbi təlimdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş məsləhətçi-cərrahı, tibb üzrə fəlsəfə doktoru Sabir Novruzov tikinti obyektlərində baş verən istehsalat qəzalarında insanların sağlamlığının qorunması üçün həyata keçirilən tədbirlərdən danışmışdır.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinin həkim-ordinatoru Aydın Qazıbəyov, Reanimasiya-anesteziologiya şöbəsinin ordinatoru Hüseyn Abdullayev və Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinin çağırışçı-həkimi Məmməd Qasımov xarici və daxili, arterial, venoz, kapillyar qanaxmalar, kəllə-beyin travmaları, zədələnmə və sınıqlar, mövsümi xəstəliklər, ürək, ağciyər çatışmazlığı zamanı göstəriləcək ilkin tibbi yardım barədə məlumat vermişlər. Təlimdə əyani vasitələrdən geniş istifadə olunmuş, suallar cavablandırılmışdır.
Tikintinin iş icraçısı Nizami Rzayev inşaatçıların səhiyyə maarifində belə tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış, kollektiv adından səhiyyə işçilərinə öz minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda səhiyyə sisteminin tarixi ötən əsrin iyirminci illərinə təsadüf edir. Naxçıvan İnqilab Komitəsinin  1920-ci il 10 oktyabr tarixli qərarı ilə Naxçıvanda ilk səhiyyə şöbəsi, 1921-ci il dekabrın 24-dən isə Azərbaycan Xalq Səhiyyə Komissarlığının Naxçıvan Diyar Əlahiddə Səhiyyə İdarəsi yaradılmışdır. Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 18 yanvar tarixli qərarına əsasən, Xalq Səhiyyə Komissarlığının yaradılması ilə səhiyyə sisteminin dövlət tərəfindən tənzimlənməsinin əsası qoyulmuşdur. Bu dövrdən etibarən Naxçıvan səhiyyəsi əhalinin sağlamlığının əsl mühafizəçisinə çevrilmişdir.

Ardını oxu...

İnfeksion xəstəliklərlə mübarizə praktik səhiyyənin əsas məsələlərindən biridir. Bu məqsədlə də respublikamızda yoluxucu xəstəliklərlə mübarizə işinə səhiyyənin prioritet sahələrindən biri kimi böyük əhəmiyyət verilir. Son illər respublika ərazisində keçirilən irimiqyaslı kompleks tədbirlər nəticəsində bəzi yoluxucu xəstəliklərin tam ləğvinə, digərlərinin isə dinamik şəkildə azalmasına nail olunmuşdur. İlk növbədə, spesifik profilaktika vasitələri ilə idarəolunan infeksiyalara qarşı aparılan məqsədyönlü tədbirlər öz müsbət nəticələrini göstərmişdir. Dövlətimiz digər Avropa dövlətləri ilə yanaşı, polimielitdən azad ölkə kimi sertifikat almışdır.
Artıq 2014-cü ilin yanvar ayından başlayaraq muxtar respublikada milli peyvənd təqviminə 11-ci peyvənd-pnevmokok əleyhinə 10 valentli vaksinin daxil olunmasına start verilmişdir. Vaksin təhlükəsizdir və orqanizm tərəfindən yaxşı qəbul edilir. Son illər milyonlarla uşaq pnevmokok vaksini ilə peyvənd olunmuşdur və vaksinin təhlükəsizliyi sübut edilmişdir.
Yeni vaksinin tətbiqi ilə əlaqədar hazırda muxtar respublikanın səhiyyə müəssisələrində maarifləndirici tədbirlər həyata keçirilir, tibb işçilərinin bu sahədə elmi bilikləri artırılır, praktik təcrübələri zənginləşdirilir. Bununla əlaqədar Ordubad Rayon Mərkəzi Xəstəxanasında elmi-praktik seminar keçirilmişdir. Xəstəxananın baş həkimi Hacağa Bağırov, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəsul Möhsünov yeni vaksin haqqında məlumat verərək onun əhəmiyyətindən danışmışlar.
Tədbirdə rayon Mərkəzi Xəstəxanasının pediatrları, sahə tibb bacıları, vaksinatorları ilə yanaşı, kənd həkim ambulatoriyaları və feldşer-mama məntəqələrinin 50 nəfərdən çox  həkim, müdir, orta tibb işçiləri iştirak etmişlər.

 Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Ev şəraitində hazırlanan müxtəlif turşular, mürəbbələr və kompotlar bəzən ağır zəhərlənmələrə səbəb ola bilir. Bu hal əsasən, qış aylarında, konservləşdirilmiş məhsulların maksimum istifadəsi zamanı baş verir. Belə zəhərlənmələrlə bağlı yaranan xəstəlik “botulizm” adlanır. Təəssüf ki, istehlakçıların bir çoxu bu xəstəlik və onun müalicəsi, profilaktikası haqqında çox az məlumata malikdirlər. Məlumatsızlıq nəticəsində isə sözügedən xəstəlik ağır fəsadlarla nəticələnir. Bu xəstəliklə bağlı məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Sevil İbrahimovaya müraciət etdik:

Ardını oxu...

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya  prosesi davam etdirilir. Məlum olduğu kimi, bu işə 2011-ci ilin sentyabr ayından başlanmış, təkcə bu ilin ötən dövründə 187 həkim şəffaf şəraitdə test imtahanlarını və müsahibə mərhələsini başa vurmuşdur.
Növbəti test imtahanında kardiologiya, mama-ginekologiya, məhkəmə-tibb ekspertizası, otorinolarinqologiya, allerqologiya, pediatriya, stomatologiya, dermatovenerologiya, terapiya, əczaçılıq ixtisasları üzrə həkimlər öz bilik və bacarıqlarını sınamışlar. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında keçirilən  test imtahanında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Sertifikasiya Şurasının  sədri Nihad Seyidov test imtahanının qaydaları, Sertifikasiya İmtahan Komissiyasının sədri Süleyman Cəfərov isə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının artırılmasında sertifikasiyanın rolu haqqında məlumat vermişlər.

Ardını oxu...

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası ənənəni davam etdirərək Babək rayonundakı Güznüt kəndində olmuşdur. Pediatr, stomatoloq, oftalmoloq, LOR, ftiziatr və laborantlardan ibarət briqada kəndin həkim ambulatoriyasında uşaqları kütləvi profilaktik tibbi müayinədən keçirmişdir. Kənddə 31 nəfər 1 yaşa qədər, 415 nəfər 18 yaşa qədər uşaqlardan 80 nəfərinə tibbi xidmət göstərilmiş, aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülmüşdür. Xəstələrə pulsuz dərman və sarğı materialları verilmiş, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar həkim ambulatoriyası işçilərinə metodik köməklik göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Ölkə paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının burada təşkili artıq ənənə halını almışdır.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində ürək-damar xəstəliklərində tətbiq edilən bütün müasir cərrahi əməliyyatların müvəffəqiyyətlə həyata keçirilməsi üçün lazımi şərait yaradıldığından müayinə və müalicə işinin səmərəliliyi get-gedə artır. Cərrahi müdaxilələr peşəkar mütəxəssislər tərəfindən ən yeni avadanlıqlarla təchiz edilmiş əməliyyatxanalarda aparılır. Əməliyyatların aparılmasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  Mərkəzi Neftçilər Xəstəxanası Kardioloji Mərkəzinin həkim briqadasının böyük rolu vardır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə bu xəstəxana arasında əldə olunan razılığa əsasən, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi fəaliyyətə başladığı 2007-ci ildən etibarən müntəzəm olaraq burada müxtəlif­ixtisaslı həkim və orta tibb işçilərindən ibarət tibbi heyətin iştirakı ilə xeyli sayda xəstələrin müayinə və cərrahi müalicəsi həyata keçirilmiş, 344 xəstədə açıq ürək, 766 xəstədə angio­qrafiya və angioplastika əməliyyatları aparılmışdır.

Ardını oxu...

İntiqam Fətullayev bununla qürur duyur

Bu gün muxtar respublikada qazanılan uğurlarda yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclərin də rolu vardır. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, yeni ideyalarla yaşayan bir qüvvədir. Gənclərimiz yaradılmış imkanlardan yararlanmaqda maraqlıdırlar və bu səbəbdən onlar cəmiyyətin inkişaf prosesinin avanqardına çevriliblər. Uzağa getməyək. Muxtar respublikanın müxtəlif yüksək idarəetmə orqanlarında, müxtəlif peşə və sənət sahələrində gənclərimizin nəzərəçarpacaq dərəcədə uğurlara nail olması bu günün reallığıdır. Bu sırada gənc həkimlərimiz xüsusi qeyd edilməlidir. Bu yazımızda onlardan biri haqqında danışmaq istəyirik.

İntiqam Fətulla­yevin  adı səhiyyə sahəsində yaxşı həkim kimi çəkilir. Gənc yaşlarında belə nüfuz qazanmaq  hər ağ xalat sahibinə qismət olmur. Onu da qeyd edim ki, İntiqam həkim peşəsi ilə əlaqədar 4 ildir, Bakı şəhərində ixtisasartırma təcrübəsi keçir. Bir ildən sonra doğma Naxçıvana qayıdacaq. İndiyə qədər apardığı əməliyyatların çoxunun ünvanı Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi olub. Onun növbəti əməliyyatlar üçün Naxçıvana gəldiyini eşidəndə bu istedadlı həkimlə görüşmək istədik.  
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində onun üçün ayrılmış otağın qapısında xeyli adam var. Gözləməli oldum. Növbə gözləyən insanların gözləri diqqətimi cəlb etdi. Bu gözlərdə həkimdən kömək diləyini hiss etmək çətin deyildi.

Ardını oxu...

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya  prosesi davam etdirilir. Məlum olduğu kimi, bu işə 2011-ci ilin sentyabr ayından başlanmış, təkcə bu ilin ötən 11 ayında 171 həkim şəffaf şəraitdə test imtahanlarını və müsahibə mərhələsini  başa vurmuşdur.
Dekabrın 14-də keçirilən növbəti test imtahanında endokrinologiya, travmatologiya, yoluxucu xəstəliklər, şüa-diaqnostikası, laboratoriya və anesteziologiya-reanimatologiya ixtisasları üzrə həkimlər öz bilik və bacarıqlarını sınamışlar. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında keçirilən  test imtahanında Səhiyyə Nazirliyi Sertifikasiya Şurasının sədri Nihad Seyidov test imtahanının qaydaları haqqında məlumat vermişdir.

Ardını oxu...

Heydər Əliyev Fondunun təşəbbüsü  ilə  Mərkəzi Neftçilər Xəstəxanası Ürək-Damar Xəstəlikləri Mərkəzi və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası ölkəmizdə ənənəvi hal alan növbəti xeyriyyə aksiyasını Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində keçirir. Dekabrın 7-dən başlanan aksiya çərçivəsində artıq 16 açıq ürək, 8 angioqrafiya əməliyyatları aparılmış, 300 nəfər müayinədən keçirilmişdir. Əməliyyat və müayinələrdə yerli həkimlər də yaxından iştirak edirlər. Onların iştirakı ilə ürək əməliyyatına ehtiyacı olan xəstələr əvvəlcədən müəyyən olunaraq növbəyə alınmışlar. Həkim briqadasının dekabrın 14-dək davam edəcək fəaliyyəti dövründə müayinə ediləcək pasiyentlərdə müşahidə olunan gizli ürək xəstəlikləri və onların risk amilləri araşdırılacaq, ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və müalicələri diqqət mərkəzində saxlanılacaqdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına əsasən, hər il olduğu kimi, bu il də yaz və payız mövsümlərini əhatə etməklə muxtar respublikada yaşayan bütün məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında oftalmoloq, stomatoloq, burun-boğaz-qulaq və onurğa patologiyalarına görə kompleks profilaktik müayinələr aparılır. Tədbir muxtar respublika Göz və Mərkəzi Uşaq xəstəxanaları, eləcə də rayon mərkəzi xəstəxanaları tərəfindən həyata keçirilir.
Oktyabr ayında başlanılmış payız mövsümünün dərin tibbi müayinələri hazırda uğurla davam etdirilir. Mərkəzi Uşaq Xəstəxanasında tərkibinə LOR, oftalmoloq, nevropatoloq, cərrah, pediatr, stomatoloq, dermatoloq, ortoped və digər ixtisaslı mütəxəssislərin cəlb edildiyi həkim briqadası Naxçıvan şəhərinin tam orta məktəblərində kompleks müayinələrlə yanaşı, tibbi sənədləşmənin, dispanser qeydiyyatının aparılmasında yaxından iştirak edir. Həmçinin xəstəliyə şübhəli bilinən məktəblilər uyğun səhiyyə müəssisələrinə dəvət olunaraq  ətraflı müayinə və müalicələrdən keçirilirlər.
Artıq noyabr ayı ərzində Naxçıvan şəhəri üzrə 21 ümumtəhsil məktəbində 10.775 nəfərin müayinəsi aparılmışdır ki, bu da şagirdlərin əksəriyyəti deməkdir. Müxtəlif səbəblərə görə müayinələrdə iştirak etməyən şagirdlərin dərin tibbi müayinələri ilin sonuna kimi başa çatdırılacaqdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə “Roche Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Hepatit “C” və “B” diaqnostikasında, müalicəsində yeni istiqamətlər” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransın keçirilməsində əsas məqsəd “C” və “B” virus hepatitinin müalicəsi ilə bağlı ən yeni elmi nailiyyətlərlə, inkişaf etmiş ölkə­lərdə qəbul olunmuş müalicə standartları ilə yerli həkimləri tanış etmək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov belə tədbirlərin həkim və orta tibb işçilərinin bilik və bacarıqlarının yüksəldilməsində əhəmiyyətli  rolundan bəhs etmişdir.
Sonra Qaraciyər tədqiqi üzrə Avropa Assosiasiyasının daimi üzvü ,“EuroMed” klinikasının həkim-infeksionisti Yusif Alxazovun “Virus hepatiti “C”, “B” və “D”: epidemiologiya, diaqnostika və müalicəsi”, “Hamilə qadınlarda virus hepatininin diaqnostika, müalicəsi və mamalıq taktikası” mövzularında məruzəsi dinlənilmişdir.
Qeyd edək ki, tədbirdə muxtar respublikanın səhiyyə müəssisələrində çalışan qastroenteroloqlar, infeksionistlər, ginekoloqlar, terapevtlər və Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisas üzrə tələbələri iştirak etmişlər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Muxtar respublika ərazisində ağciyər vərəminin profilaktikası və ilkin vərəmin vaxtında aşkar edilməsi məqsədilə moni­torinq­lərin aparılması, flüoroqrafik müayinələrin həyata keçirilməsi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə ötən ay Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər İnstitutundan “Gene Xpert” aparatının verilməsi müayinə və müalicələrin aparılmasında səmərəliliyi daha da yüksəltməyə şərait yaratmışdır. Dispanserin həkimləri Naxçıvan Dövlət Universitetinin 83 tələbəsini səyyar flüoroqrafik müayinədən keçirmiş, xəstə aşkar edilməmişdir. Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəbində aparılan növbəti monitorinqdə isə 22 nəfər hiper­ergik reaksiyalı, 23 nəfər yuxarı sinif şagirdi isə rentgen-flüoroqrafik müayinədən keçirilmiş, aktiv xəstə aşkar olunmamışdır. Müayinəyə gələnlərə vərəm haqqında buklet və kitabçalar paylanmışdır.
Bütövlükdə, noyabr ayı ərzində 817 nəfər Ağciyər Xəstəlikləri Dispanserinin rentgen-flüoroqrafiyasında yoxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollegiya qərarının icrasını təmin etmək məqsədilə Ağciyər, Psixi Xəstəliklər dispanserlərinin həkimləri Kəngərli rayonunun Şahtaxtı kəndində olmuş, dispanser qeydiyyatında duran xəstələrin sayını dəqiqləşdirmiş, tibbi sənədləşmə ilə əlaqədar metodik köməklik göstərmişlər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Hər il dekabrın 1-i “Ümumdünya QİÇS-lə Mübarizə Günü” kimi qeyd edilir. Bu günün qeyd olunmasında məqsəd dünya ictimaiyyətinin diqqətini bəşəriyyəti narahat edən bu qlobal problemə yönəltməkdən, insanları maarifləndirməkdən ibarətdir.
XX əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri QİÇS – qazanılmış immun çatışmazlığı sindromudur. Çünki qazanılmış immun çatışmazlığı sindromu eyniadlı virus – insanın immun çatışmazlığı virusu (İİV) tərəfindən törədilən ən təhlükəli infeksion xəstə­liklərdəndir. Adından da göründüyü kimi, QİÇS insanla doğulan, insana xas xəstəliklərdən deyil. O, sonradan tutulan xəstəlikdir. Narkomaniya, qeyri-sağlam həyat tərzi, antisanitariya, natəmizlik – bütün bunlar QİÇS-in yaranmasına və yayılmasına səbəb olur.

Ardını oxu...

Muxtar respublikamızda ürək xəstəliklərinin müasir müayinə və profilaktikası məqsədilə invaziv kardiologiyanın inkişaf etdirilməsi səhiyyə sistemi qarşısında prioritet məsələ kimi durur. Bu sahədə tibbi xidməti daha da yaxşılaşdırmaq, xüsusən aztəminatlı ailələrdən olan xəstələrin muxtar respublikadan kənara getmədən müayinəsinin təşkili məqsədilə bir sıra mühüm işlər görülmüş, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi və digər səhiyyə müəssisələrinin müasir tibbi avadanlıq və cihazlarla təchizatına ciddi diqqət yetirilmişdir.
Bu isə sosial layihələr çərçivəsində yüksəkixtisaslı həkim heyəti tərəfindən təkcə cari ilin ilk 9 ayında 159 cərrahi əməliyyat, o cümlədən 28 nəfər xəstədə açıq ürək, 5 nəfər xəstədə periferik damar, 71 xəstədə göz və 55 nəfər xəstədə digər müxtəlif əməliyyatlar aparılmasına, 16 nəfər xəstənin ürək damarlarına stent qoyulmasına imkan vermişdir. Muxtar respublikamıza dəvət olunaraq bir sıra çətin əməliyyatlar həyata keçirən Mərkəzi Neftçilər Xəstəxanasının yüksəkixtisaslı həkim briqadaları tərəfindən 2007-ci ildən indiyədək 600-dən çox  xəstə üzərində angioqrafiya əməliyyatı aparılmışdır.

Ardını oxu...

İlk dəfə 2005-ci ildə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi nəzdində yaradılan həkim briqadaları bir məqsədə xidmət edir: əhalinin hər bir təbəqəsi, xüsusən ucqar dağ və sərhəd kəndlərində yaşayan insanlar keyfiyyətli tibbi xidmətlə əhatə olunsun, onlar maddi və mənəvi çətinliklər hesabına şəhər, rayon mərkəzləri və digər uzaq məsafələr qət etmədən yerindəcə kütləvi şəkildə profilaktik tibbi müayinələrdən keçsin, vaxtında müalicəyə cəlb edilsin.
Bu vəzifələri yerinə yetirmək üçün həkim briqadalarının şəbəkəsi ildən-ilə genişlənmiş, mütəşəkkil hal almışdır. Təkcə ötən il 20 min nəfər həkim briqadaları tərəfindən müayinədən keçirilmişdir. Hazırda Səhiyyə Nazirliyi ilə yanaşı, Naxçıvan Muxtar Respublika Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi, Göz Xəstəxanası, Mərkəzi Uşaq Xəstəxanası, dispanserlər, rayon mərkəzi xəstəxanaları nəzdində həkim briqadaları fəaliyyət göstərir. Onların yerlərə gedişi qrafik əsasında tənzimləndiyindən, gedəcəkləri kəndlərə əvvəlcədən məlumat verildiyindən müayinələrin kütləviliyinə nail olunur. Müayinələr isə son illərin quruculuq ünvanlarından olan müasir həkim ambulatoriyalarında, feldşer-mama məntəqələrində həyata keçirilir. Naxçıvanın ən ucqar dağ kəndlərində belə, zəruri avadanlıqlarla təchiz edilmiş səhiyyə müəssisələri fəaliyyət göstərir.

Ardını oxu...

Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında “Mədə xərçənginin erkən diaqnostikası və müasir müalicə prinsipləri” mövzusunda seminar keçirilib.
Səhiyyə işçilərinin və tibb sahəsi üzrə təhsil alan tələbələrin iştirak etdiyi seminarı giriş sözü ilə  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin  Tibbi yardımın  təşkili şöbəsinin müdiri Süleyman Cabbarov açaraq bildirib ki, mədə xərçəngi onkoloji xəstəliklərin ən çox rast gəlinən növüdür və bütün lokalizasiyalı bədxassəli şişlərin 40 faizini təşkil edir. Bu xərçəng xəstəliyi növü dünyada yayılmasına görə IV yerdə, ölümə səbəb olan bədxassəli şişlər içərisində  isə II yerdə durur. Bugünkü seminarın keçirilməsində məqsəd bu xəstə­liyin erkən diaqnostikası və müasir müalicə metodları haqqında iştirakçıların məlumatlandırılmasıdır.

Ardını oxu...

Hər bir ölkədə epidemioloji vəziyyət tək səhiyyənin deyil, ümumi inkişafın göstəricisidir. Son dövrlərdə muxtar respublikamızda həm qoruyucu peyvəndlərin aparılması, həm də digər tədbirlər sayəsində epidemioloji sabitlik təmin olunmuşdur.
Oktyabr ayında muxtar respublikamızda yenidoğulmuş 427 uşaq idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd almışdır. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai-iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilmiş, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, tullantı və çirkab suları axıdılan yerlərdə, məişət tullantıları qoyulan meydançalarda müntəzəm olaraq dezinfeksiya, dezinseksiya tədbirləri həyata keçirilmişdir.

Ardını oxu...

Muxtar respublika əhalisinin dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Mərkəzi Uşaq Xəstəxanasının, Doğum Mərkəzinin, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Diaqnostika-Müalicə Mərkəzinin, dispanser və rayon mərkəzi xəstəxanalarının yaratdığı həkim briqadaları ayda bir dəfə müxtəlif ucqar dağ kənd­lərində, yaşayış məntəqələrində olur, əhaliyə tibbi xidmət göstərərək onları müayinədən keçirirlər.
Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası ənənəni davam etdirərək Babək rayonundakı Zeynəddin kəndində olmuşdur. Pediatr, stomatoloq, oftalmoloq, LOR, ftiziatr və laborantlardan ibarət briqada kəndin feldşer-mama məntəqəsində uşaqları kütləvi profilaktik tibbi müayinədən keçirmişdir. Kənddə 44 nəfər 1 yaşa qədər, 725 nəfər 18 yaşa qədər uşaqlardan 110 nəfərinə tibbi xidmət göstərilmiş, aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülmüşdür. 80 nəfər valideynlə səhiyyə maarifi işi aparılmış, uşaqların sağlamlığının qorunmasında səhiyyə müəssisələri ilə valideynlərin birgə fəaliyyətinin zəruriliyi qeyd edilmişdir.
Xəstələrə pulsuz dərman və sarğı materialları verilmiş, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar məntəqə işçilərinə metodik köməklik göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR