1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivləri könüllü qanvermə aksiyası keçiriblər.
Növbəti qanvermə aksiyasının keçirilməsində əsas məqsəd qana ehtiyacı olan uşaqlara tibbi yardımın keyfiyyətinin artırılması, faktor preparatları ilə müalicənin təşkil edilməsi və digər tədbirlərin görülməsindən ibarət idi.
Əvvəlcə donorlardan arterial təzyiq, hepatit və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib, qan qrupları təyin edilib. Donorlardan götürülən 7 litrə yaxın qanın qrupları müəyyənləşdirilərək birli, ikili və üçlü torbalarda Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin qan bankına təhvil verilib.
Sona MİRZƏYEVA