22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublika Xəstəxanasının yenidən qurulan binasında  tibbi təlim keçirilmişdir. 50 nəfər inşaatçı və quraşdırıcının iştirakı ilə keçirilən tibbi təlimdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş məsləhətçi-cərrahı, tibb üzrə fəlsəfə doktoru Sabir Novruzov tikinti obyektlərində baş verən istehsalat qəzalarında insanların sağlamlığının qorunması üçün həyata keçirilən tədbirlərdən danışmışdır.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinin həkim-ordinatoru Aydın Qazıbəyov, Reanimasiya-anesteziologiya şöbəsinin ordinatoru Hüseyn Abdullayev və Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinin çağırışçı-həkimi Məmməd Qasımov xarici və daxili, arterial, venoz, kapillyar qanaxmalar, kəllə-beyin travmaları, zədələnmə və sınıqlar, mövsümi xəstəliklər, ürək, ağciyər çatışmazlığı zamanı göstəriləcək ilkin tibbi yardım barədə məlumat vermişlər. Təlimdə əyani vasitələrdən geniş istifadə olunmuş, suallar cavablandırılmışdır.
Tikintinin iş icraçısı Nizami Rzayev inşaatçıların səhiyyə maarifində belə tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış, kollektiv adından səhiyyə işçilərinə öz minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR