22 Dekabr 2024, Bazar

Muxtar respublika ərazisində ağciyər vərəminin profilaktikası və ilkin vərəmin vaxtında aşkar edilməsi məqsədilə moni­torinq­lərin aparılması, flüoroqrafik müayinələrin həyata keçirilməsi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə ötən ay Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər İnstitutundan “Gene Xpert” aparatının verilməsi müayinə və müalicələrin aparılmasında səmərəliliyi daha da yüksəltməyə şərait yaratmışdır. Dispanserin həkimləri Naxçıvan Dövlət Universitetinin 83 tələbəsini səyyar flüoroqrafik müayinədən keçirmiş, xəstə aşkar edilməmişdir. Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəbində aparılan növbəti monitorinqdə isə 22 nəfər hiper­ergik reaksiyalı, 23 nəfər yuxarı sinif şagirdi isə rentgen-flüoroqrafik müayinədən keçirilmiş, aktiv xəstə aşkar olunmamışdır. Müayinəyə gələnlərə vərəm haqqında buklet və kitabçalar paylanmışdır.
Bütövlükdə, noyabr ayı ərzində 817 nəfər Ağciyər Xəstəlikləri Dispanserinin rentgen-flüoroqrafiyasında yoxlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollegiya qərarının icrasını təmin etmək məqsədilə Ağciyər, Psixi Xəstəliklər dispanserlərinin həkimləri Kəngərli rayonunun Şahtaxtı kəndində olmuş, dispanser qeydiyyatında duran xəstələrin sayını dəqiqləşdirmiş, tibbi sənədləşmə ilə əlaqədar metodik köməklik göstərmişlər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR