22 Dekabr 2024, Bazar

İnfeksion xəstəliklərlə mübarizə praktik səhiyyənin əsas məsələlərindən biridir. Bu məqsədlə də respublikamızda yoluxucu xəstəliklərlə mübarizə işinə səhiyyənin prioritet sahələrindən biri kimi böyük əhəmiyyət verilir. Son illər respublika ərazisində keçirilən irimiqyaslı kompleks tədbirlər nəticəsində bəzi yoluxucu xəstəliklərin tam ləğvinə, digərlərinin isə dinamik şəkildə azalmasına nail olunmuşdur. İlk növbədə, spesifik profilaktika vasitələri ilə idarəolunan infeksiyalara qarşı aparılan məqsədyönlü tədbirlər öz müsbət nəticələrini göstərmişdir. Dövlətimiz digər Avropa dövlətləri ilə yanaşı, polimielitdən azad ölkə kimi sertifikat almışdır.
Artıq 2014-cü ilin yanvar ayından başlayaraq muxtar respublikada milli peyvənd təqviminə 11-ci peyvənd-pnevmokok əleyhinə 10 valentli vaksinin daxil olunmasına start verilmişdir. Vaksin təhlükəsizdir və orqanizm tərəfindən yaxşı qəbul edilir. Son illər milyonlarla uşaq pnevmokok vaksini ilə peyvənd olunmuşdur və vaksinin təhlükəsizliyi sübut edilmişdir.
Yeni vaksinin tətbiqi ilə əlaqədar hazırda muxtar respublikanın səhiyyə müəssisələrində maarifləndirici tədbirlər həyata keçirilir, tibb işçilərinin bu sahədə elmi bilikləri artırılır, praktik təcrübələri zənginləşdirilir. Bununla əlaqədar Ordubad Rayon Mərkəzi Xəstəxanasında elmi-praktik seminar keçirilmişdir. Xəstəxananın baş həkimi Hacağa Bağırov, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəsul Möhsünov yeni vaksin haqqında məlumat verərək onun əhəmiyyətindən danışmışlar.
Tədbirdə rayon Mərkəzi Xəstəxanasının pediatrları, sahə tibb bacıları, vaksinatorları ilə yanaşı, kənd həkim ambulatoriyaları və feldşer-mama məntəqələrinin 50 nəfərdən çox  həkim, müdir, orta tibb işçiləri iştirak etmişlər.

 Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR