22 Dekabr 2024, Bazar

Mövsüm dəyişikliyi insan orqanizmində də müxtəlif dəyişikliklər yaradır. Təbiətin canlılığını itirdiyi payızda insanlarda sanki hisslər zəifləyir, pessimistlik artır. Mövsüm dəyişikliyi nəticəsində insanlar yaz-yay fəsillərində alışdıqları mühitdən başqa bir mühitə düşürlər. Tətilə gedən, əylənən insanlar artıq evdə oturmağa qərar verirlər. Payızda xüsusilə xroniki xəstəliklərin özünü büruzə verməsi faktdır. İmmuniteti zəif olan insanlarda bu dəyişiklik özünü daha qabarıq göstərir. Payızda depressiv xəstəliklər, hava-damcı yolu ilə keçən xəstəliklər daha çox yayılır. Bəs bu fəslin xəstəliklərindən uşaqları necə qorumaq olar? Müsahibimiz Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş pediatrı, Azərbaycan  Respublikasının əməkdar həkimi İbrahim Ağayevdir:

– İbrahim həkim, mövsümün dəyişilməsi ilə əlaqədar uşaqlarda hansı xəstəliklər müşahidə oluna bilər?

Ardını oxu...

Təəssüf ki, bu məsuliyyətli işə ciddi yanaşmayan tibb işçiləri də var

Son 18 ildə muxtar respublikada səhiyyə sahəsində görülən  işlər göz qabağında olduğundan bu barədə geniş danışmağa lüzum görmürəm. Bu işlər hər addımda özünü göstərir. Həyata keçirilən tədbirlər isə muxtar respublika əhalisinin kənarda müalicə və müayinə olunmasının qarşısını alıb. Ancaq bu işlərin fonunda, mütləq etiraf etməliyik ki, səhiyyə sahəsində hələ də nöqsanlar vardır. Bu isə bəzi tibb işçilərinin öz işlərinə məsuliyyətsiz yanaşmalarından irəli gəlir. Bəs yaradılan şəraitə əməli işlə cavab verməyənlər nə düşünürlər? Müşahidə etdiyimiz nöqsanları oxuculara çatdırmaq istəyirik. Bu, muxtar respublikanın səhiyyə ocaqlarında həkimlərin və orta tibb işçilərinin gecə növbəsi ilə bağlıdır. Unutmayaq ki, həkimin dəqiq müəyyənləşdirilmiş iş saatı yoxdur.  Belə  peşə sahiblərinə insanların daim ehtiyacı var. Heç kim bilə bilməz ki, bir saatdan sonra onun başına nə gələcək. Ona görə də  insan həyatı həmişə mühafizə olunmağa möhtacdır. Bizdən asılı olmayan səbəblər ucbatından sağlam­lığımıza dəyən zərər həkimlər tərəfindən aradan qaldırıla bilər. İnsanların  sağlamlığında günün istənilən vaxtında problem yarana bilər. Ona görə də tibb ocaqlarında gecə növbətçiliyi xüsusi əhəmiyyət kəsb edir. Jurnalist araşdırması zamanı muxtar respublikadakı xəstəxanaların gecə fəaliyyətləri ilə bağlı bir sıra nöqsanlara rast gəldik.  

Ardını oxu...

Bakı şəhərində fəaliyyət göstərən Bioloji təbabət klinikası dünən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində  muxtar respublika həkimlərinin iştirakı ilə seminara start vermişdir. İlk olaraq tədbirin məqsəd və mahiyyəti açıqlanmışdır. Tədbirdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov çıxış edərək muxtar respublikada səhiyyənin inkişafına göstərilən diqqət və qayğıdan danışmışdır.
Qeyd olunmuşdur ki, səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, müasir tibb infrastrukturunun yaradılması muxtar respublikamızda həyata keçirilən sosial islahatların mühüm tərkib hissəsini təşkil edir. Bunun nəticəsidir ki, istər Naxçıvan şəhərində, istərsə də ən ucqar dağ kəndlərində əhaliyə nümunəvi tibbi xidmət göstərilir, tibb müəssisələri üçün yeni binalar tikilir, səhiyyə ocaqları müasir tibbi avadanlıqlarla təchiz edilir, insanlar arasında mütəmadi olaraq səhiyyə maarifi işi aparılır, tibb işçiləri paytaxt Bakı şəhərinin və müxtəlif xarici ölkələrin klinika və xəstəxanalarına ixtisasartırma kurslarına göndərilir,  həkimlərin peşə vərdişlərinin artırılması məqsədilə  seminarlar, konfranslar keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu gün keçirilən  seminar həmin tədbirlərin davamıdır.

Ardını oxu...

Muxtar respublikamızda əhalinin hər bir təbəqəsinin vaxtaşırı olaraq ixtisas həkimləri tərəfindən müayinədən keçirilməsi, ümumtəhsil müəssisələrində məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında ildə iki dəfə olmaqla oftalmoloq, stomatoloq, burun-boğaz-qulaq və onurğa patologiyalarına görə profilaktik müayinələrin aparılması artıq ənənə halını alıb.
Profilaktik müayinələrin keçirilməsini daim diqqət mərkəzində saxlayan tibb müəssisələrindən biri də Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzidir. Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, mərkəzin həkim-onkoloqları mart ayından etibarən muxtar respublikamızın ümumtəhsil məktəblərində çalışan qadınların süd vəzinin profilaktik müayinəsini aparırlar. Artıq Naxçıvan şəhəri, Babək, Kəngərli və Culfa rayonları üzrə 1914 qadın təhsil işçisinin süd vəzinin profilaktik müayinəsi həyata keçirilib.
Yeni dərs ilindən isə Şahbuz rayonunda növbəti müayinələrə start verilib. Artıq Yuxarı və Aşağı Qışlaq, Biçənək, Kolanı, Ağbulaq kənd məktəblərində profilaktik müayinələr başa çatdırılıb.
Müayinələr hər həftənin çərşənbə günləri həyata keçirilir. Oktyabr ayının sonuna qədər müayinələrin başa çatdırılması nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində xroniki böyrək çatışmazlığının müalicəsində müasir üsulların tətbiqinə dair elmi-praktik seminar keçirilmişdir.
Mərkəzin baş həkiminin müalicə işləri üzrə müavini Zaur Həsənov tədbiri giriş sözü ilə açaraq dünyada xroniki böyrək çatışmazlığı ilə xəstələnmə hallarının durmadan artdığı bir dövrdə müasir müalicə üsullarının tətbiqinə daha geniş yer verilməsinin zərurətə çevrildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, hazırda bir sıra ölkələrdə hər 1 milyon nəfərdən 800-1400-ü xroniki böyrək çatışmazlığından əziyyət çəkir. Onlardan 250-750 nəfərinə hemodializ müalicəsi tətbiq edilir. Dializ böyrək çatışmazlığının əsas əvəzedici üsulu olub, xəstənin həyatının xilas edilməsinə, ömrünün uzadılmasına və səhhətinin yaxşılaşmasına xidmət edir.

Ardını oxu...

Son illərin quruculuq ünvanlarından biri olan Culfa Rayon Mərkəzi Xəstəxanasında əhalinin müayinə və müalicəsi üçün lazımi şərait yaradılmışdır. Müasir tibbi avadanlıqların quraşdırıldığı, zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət 50 çarpayılıq xəstəxanada hazırda 26 həkim, 56 tibb işçisi çalışır. Xəstəxanada Stasionar, Poliklinika, Təcili yardım şöbələri fəaliyyət göstərir. Burada həmçinin yoluxucu xəstə­liklər, pediatriya, doğuş və ginekologiya, cərrahiyyə, terapiya bölmələri vardır. Rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə bölməsi yeni sahələrdən biridir. Bölmənin müasir cərrahi avadanlıqlarla təchiz edilməsi xəstələrin rayondan kənara getmədən, elə bu səhiyyə müəssisəsində müalicələrinə imkan verir.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin cərrahları burada yaradılmış şəraitdən səmərəli istifadə edərək indiyədək 10-dan çox müxtəlif cərrahi əməliyyat həyata keçirmişlər. Növbəti əməliyyatlar isə ötən şənbə günü keçirilmiş, bir gündə 20 xəstə müayinə olunaraq onlardan 6 nəfəri üzərində cərrahi əməliyyat aparılmışdır. Bu əməliyyatlar Diaqnostika-Müalicə Mərkəzinin cərrahları Abasət Hüseyn­əliyev, İsa Abdullayev, Şahin Məmmədli, Nazim İbrahimov, anestezioloq Ənvər Şıxəliyev və əməliyyat blokunun tam heyəti tərəfindən icra olunmuşdur. Əməliyyat olunan xəstələr – İntiqam Əliyev, Zakir Həbibov, Günay Hüseynova birgünlük müşahidədən sonra evlərinə buraxılmışlar. Həmin gün Yaycı kəndindən aztəminatlı Rzayevlər ailəsinin 2 övladı üzərində də cərrahi əməliyyatlar aparılmışdır. Uşaqların nənəsi Solmaz Tağıyeva bu humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığının qorunmasına dövlət qayğısının parlaq ifadəsi kimi dəyərləndirmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Ordubad rayonunda bu devizlə qanvermə aksiyası keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi həm irsi qan xəstə­liyindən əziyyət çəkən insanların, həm də qan köçürülməsinə ehtiyacı olan bütün digər xəstələrin müalicəsində istifadə olunmaq üçün qan tədarükünün təşkilini davam etdirir. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Ordubad Rayon Mərkəzi Xəstəxanasında keçirdiyi növbəti qanvermə aksiya­sı humanitar aksiyaların məntiqi davamıdır.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hacağa Bağırov tədbirdə çıxış edərək bildirmişdir ki, hemofiliyalı xəstələr donorların verdiyi qan hesabına öz həyatlarını davam etdirirlər. Odur ki, belə xəstələrə qan verilməsində iştirak etmək xeyirxah işdir. Qeyd olunmuşdur ki, hemofiliyalı xəstələrin 50-55 faizini məktəbəqədər, məktəbyaşlı uşaqlar və gənclər təşkil edir. Hemofiliyalı xəstə­lərə dövlətimiz tərəfindən çox böyük diqqət və qayğı göstərilir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublikada da bu istiqamətdə ardıcıl tədbirlər görülür.
Sonra “Qan donorları, insan həyatını birgə xilas edək” devizi altında qanvermə aksiyası keçirilmişdir. Əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstə­liklərin müəyyən edilməsi üçün qan analizləri götürülmüş, testdən keçirilərək qan qrupları təyin edilmişdir. Bir neçə saat çəkən aksiyada Mərkəzi Xəstəxananın həkim və orta tibb işçiləri daha fəal iştirak edərək könüllü donor olmuşlar. Qanvermə aksiyasında Dövlət Sosial Müdafiə Fondu Ordubad Rayon Şöbəsinin işçiləri də iştirak etmişlər. Bütövlükdə, aksiyada 20 nəfər könüllü olaraq qan vermişdir. Donorlardan götürülən 6 litr qanın qrupları müəyyənləşdirilərək mərkəzin qan bankına təhvil verilmişdir. Hazır­da qan bankının soyuducusunda xəstə­lərə köçürülmək üçün kifayət qədər qan ehtiyatı mühafizə olunur.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Dünən Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində “Hamiləliyin süni surətdə pozulması və biz onunla necə mübarizə aparırıq” mövzusuna həsr olunmuş seminar keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin baş pediatrı İbrahim Ağayev açmış, Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova hamiləliyin vaxtından əvvəl pozulmasının ana orqanizmində ciddi ginekoloji və digər xəstəliklərə səbəb olduğunu, bir sıra hallarda isə demo­qrafik vəziyyətə kəskin təsir göstərdiyini, ona görə də hamiləliyin süni surətdə pozulmasının dünya səhiyyəsində ciddi problem kimi gündəmdə qaldığını bildirmiş, muxtar respublikamızda bu problemin həlli istiqamətində görülən işlərdən danışmışdır.
Sonra Doğum Mərkəzinin həkimlərindən Nəzakət Gülməmməd­ovanın, Gülnaz Abbasovanın, Leyla Məmmədlinin, Gülnarə Hümbət­ovanın müxtəlif mövzularda mühazirələri dinlənilmişdir.

Ardını oxu...

Şəkərli diabet endokrin sistemin ən geniş yayılmış xəstəliklərindən biridir. Sürətlə artan bu xəstəlik ciddi tibbi-sosial problemlər yaradaraq ölkələrin iqtisadiyyatına, ailələrin maddi vəziyyətinə mənfi təsir edir. Statistik rəqəmlər göstərir ki, Yer kürəsinin 7 milyard əhalisindən 240 milyonu şəkərli diabet xəstəsidir. Ölkəmizdə “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun qəbul edildikdən sonra şəkərli diabet xəstələrinin insulin, şəkərsalıcı dərman preparatları ilə təminatı xeyli yaxşılaşdırılıb. 2007-ci ildən başlayaraq xəstələrin əksəriyyəti özünənəzarət vasitələri – qlükometrlərlə təmin edilib.
Hazırda bu iş muxtar respublikamızda da ardıcıl surətdə davam etdirilir. 2011-2015-ci illəri əhatə edən “Şəkərli diabet üzrə Dövlət Proqramı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən şəkərli diabet xəstələrinin təchizatı diqqət mərkəzində saxlanılır. Beş-altı il əvvəl verilmiş qlükometr aparatları və test lövhələrindən ibarət özünənəzarət vasitələri yeniləri ilə əvəz olunub. Bu iş cari ildə də uğurla həyata keçirilir. Belə ki, cari ilin ötən 8 ayında 3033 ədəd qlükometr alınıb gətirilib, onlardan 2533 ədədi paylanıb. Bu aparatlar Naxçıvan Muxtar Respublikası Endokrinoloji Dispanserində qeydiyyatda duran hər bir xəstənin özünə ödənişsiz olaraq təqdim edilir. Eyni zamanda aparatla qanda şəkərin miqdarının təyin edilməsi qaydaları izah olunur.
Hazırda Endokrinoloji Dispanserdə 6063 şəkərli diabet xəstəsi qeydiyyatdadır. Naxçıvan şəhəri üzrə qeydiyyatda dayananların Səhiyyə Nazirliyində, rayon qeydiyyatında duran xəstələrin isə rayon mərkəzi xəstəxanalarında qlükometrlə təchizatı mütəşəkkil şəkildə davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tabeliyində olan bütün tibb müəssisələrində eyni resept və kargüzarlıqda istifadə edilən jurnal və blanklardan istifadə olunması üçün müvafiq tədbirlər həyata keçirir. Bu məqsədlə vahid resept blankı forması və digər jurnalların standart formaları tərtib və təsdiq edilib, onun tibb müəssisələri arasında paylanma qaydaları müəyyənləşdirilib. Artıq iki ildən çoxdur ki, həm Səhiyyə Nazir­liyinin tabeliyində olan, həm özəl, həm də digər dövlət qurumlarının nəzdindəki müalicə-profilaktika müəssisələrində vahid resept və kargüzarlıq blanklarının tətbiqi davam etdirilir.
Bu tədbirlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin sifarişi ilə bir neçə gün əvvəl “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində lazımi miqdarda vahid resept, kargüzarlıqda istifadə olunan jurnallar və blanklar çap olunaraq nazirliyə təhvil verilib. Hazırda həmin çap məmulatlarının dövlət müalicə-profilaktika müəssisələrinə ödənişsiz olaraq paylanması davam etdirilir. Təcili yardım çağırışları, ambulator və stasionar cərrahiyyə əməliyyatları, evə çağırış, işə davamiyyət, hamilələrin, profilaktik peyvəndlərin qeydiyyatı və patronajı, eləcə də digər qeydiyyat jurnalları, uşağın fərdi inkişaf vərəqələri və sair formalar vahid nümunələr sırasında yer alır.
İmtiyazlı xəstələr üçün nömrəli pulsuz reseptlərin və ambulator xəstələr üçün resept blanklarının vahid formada olması müsbət cəhətlərdən biridir. Bütövlükdə, vahid formalı reseptlər hansı tibb müəssisəsində və kim tərəfindən yazıldığını müəyyənləşdirməyə imkan verəcəkdir. Eyni zamanda hansı tibb müəssisəsi tərəfindən pulsuz reseptlərin daha çox yazılması ilə bağlı statistik məlumatları toplamağa da şərait yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidmiət

Son dövrlərdə muxtar respublikamızda həm qoruyucu peyvəndlərin aparılması, həm də digər tədbirlər sayəsində epidemioloji sabitlik təmin olunmuşdur.
Avqust ayında muxtar respublikamızda yenidoğulmuş 563 uşaq idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd almışdır. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə içməli su hövzələrində, çimərliklərdə və digər su mənbələrində ardıcıl olaraq profilaktik tədbirlər aparılmışdır. Bundan başqa, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, tullantı və çirkab suları axıdılan yerlərdə, məişət tullantıları qoyulan meydançalarda müntəzəm olaraq dezinfeksiya və dezinseksiya tədbirləri həyata keçirilmişdir.
İstehsal olunmuş məhsulların sertifikatlaşdırılması işi Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə aparılmış, ay ərzində 36 məhsul sertifikatlaşdırılmışdır. Ay ərzində Bakterioloji laboratoriya fəaliyyətini davam etdirmiş, 58 su, 382 yuyuntu nümunələrinin, 698 digər nümunələrin müayinələri aparılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi həm irsi qan xəstəliyindən əziyyət çəkən insanların, həm də qan köçürülməsinə ehtiyacı olan bütün digər xəstələrin müalicəsində istifadə olunmaq üçün qan tədarükünün təşkilini davam etdirir. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Culfa Rayon Mərkəzi Xəstəxanasında keçirdiyi növbəti qanvermə aksiyası humanitar aksiyaların məntiqi davamıdır.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məhəmməd Ağayev tədbirdə çıxış edərək bildirmişdir ki, hemofiliyalı xəstələr donorların verdiyi qan hesabına öz həyatlarını davam etdirirlər. Odur ki, belə xəstələrə qan verilməsində iştirak etmək xeyirxah işdir.
Qeyd olunmuşdur ki, hemofiliyalı xəstələrin 50-55 faizini məktəbəqədər, məktəbyaşlı uşaqlar və gənc­lər təşkil edir. Hemofiliyalı xəstələrə dövlətimiz tərəfindən çox böyük diqqət və qayğı göstərilir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublikada da bu istiqamətdə ardıcıl tədbirlər görülür.
Sonra “Qan donorları, insan həyatını birgə xilas edək” devizi altında qanvermə aksiyası keçirilmişdir. Əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülmüş, testdən keçirilərək qan qrupları təyin edilmişdir. Bir neçə saat çəkən aksiyada asayiş keşikçiləri – polislər daha fəal iştirak edərək könüllü donor olmuşlar. Qanvermə aksiyasında sürücülər və təhsil işçiləri də iştirak etmişlər. Bütövlükdə, aksiyada 19 nəfər könüllü olaraq qan vermişdir. Donorlardan götürülən 5,7 litr qanın qrupları müəyyənləşdirilərək birli, ikili və üçlü torbalarda mərkəzin qan bankına təhvil verilmişdir. Hazır­da qan bankının soyuducusunda xəstələrə köçürülmək üçün kifayət qədər qan ehtiyatı mühafizə olunur.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası Culfa rayonunun Boyəhməd kəndində olmuşdur. Briqada yüksəkixtisaslı həkimlərlə, həmçinin köməkçi müayinə aparatları ilə təchiz edilmişdir. Əhalinin kütləvi profilaktik müayinəsi son illərin quruculuq ünvanlarından biri olan feldşer-mama məntəqəsində həyata keçirilmişdir. Həkim briqadası tərəfindən gün ərzində 18 terapevtik, 8 pediatrik-cərrahi, 6 cərrahi, 18 ginekoloji xəstə müayinə edilmişdir. Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülmüş, onlara ambulator kartlar açılmışdır. Əhali arasında ürək-damar, şəkərli diabet, onkoloji, vərəm xəstə­likləri, uşaqların düzgün qidalanması, ana südünün əhəmiyyəti barədə səhiyyə maarifi işi aparılmış, xəstəliklərin profilaktikası ilə bağlı tibbi məsləhətlər verilmişdir.

*    *    *

Avqust ayı üçün təsdiq edilmiş qrafikə əsasən, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası Kəngərli rayonunun Çalxanqala kəndində 42, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim briqadası Şahbuz rayonunun Şada kəndində 6, Kardioloji Mərkəzin həkim briqadası isə Babək rayonunun Şıxmahmud kəndində 46 nəfəri müayinə etmiş, 2 nəfəri dispanser qeydiyyatına almışdır. Göz Xəstəlikləri Xəstəxanasının həkimləri Şıxmahmud kəndində 26, Naxçıvan şəhərindəki 1 nömrəli uşaq bağçasında işçi heyət də daxil olmaqla, bütövlükdə, 265 nəfəri profilaktik müayinələrdən keçirmişlər.
Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin tibb işçiləri Culfa rayonunun Dizə kəndində ilkin vərəmə şübhəli olan uşaqları səyyar flüoroqrafik maşınla müayinə etmişlər. Uşaqlar arasında bu xəstəlik qeydə alınma­mışdır. Briqada Naxçıvan şəhərinin Əliabad qəsəbəsindəki uşaq bağçasında da səyyar flüoroqrafik maşınla müayinələr aparmışdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Son illər muxtar respublikamızın səhiyyə müəssisələrində müasir tibbi texnologiyaların tətbiqi xəstəliklərin erkən və düzgün diaqnostikasında mühüm rol oynamaqla yanaşı, profilaktik tədbirlərin vaxtında həyata keçirilməsində, xəstəliklərin qarşısının alınmasında, ağırlaşmaların sayının azaldılmasında da mühüm rol oynayır.
Təkcə bu ilin ötən ilk 6 ayı ərzində muxtar respublikanın tibb müəssisələrində 18651 xəstədə ultrasəslə müayinə, 11817 xəstədə elektrokardioqrafiya, 2797 xəstədə EXO-kardioqrafiya, 139510 parametr üzrə laborator müayinə, 730 nəfərdə elektroensefaloqrafiya, rentgenoloji kabinələrdə profilaktik və diaqnostika məqsədilə 13166 rentgenoloji müayinə, 7861 şəxsdə profilaktik məqsədlə flüoroqrafik müayinə aparılmışdır. Kompüter tomoqraf aparatı vasitəsilə 1942, nüvə maqnit rezonans aparatı ilə 632, mammoqrafiya aparatı ilə 389 nəfərdə diaqnostika məqsədilə müayinə aparılmışdır.

Ardını oxu...

Hər bir ölkədə epidemioloji vəziyyət tək səhiyyənin deyil, ümumi inkişafın göstəricisidir. Son dövrlərdə muxtar respublikamızda həm qoruyucu peyvəndlərin aparılması, həm də digər tədbirlər sayəsində epidemioloji sabitlik təmin olunmuşdur.
Muxtar respublikamızda əvvəlki aylarda olduğu kimi, iyul ayında da infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirildiyindən zəhərlənmə hadisələri, zoonoz və digər təhlükəli yoluxmalar qeydə alınmamışdır. İyul ayı ərzində doğulmuş uşaqlardan 96,4 faizi idarəolunan yoluxucu xəstəliklərə görə BSJ, Hepatit “B”, Polimielit peyvəndi almışdır. Uşaqlar arasında idarəolunan yoluxucu xəstəliklər baş verməmiş, yoluxucu xəstəliklərin profilaktikası məqsədilə həyata keçirilən tədbirlərə nəzarət gücləndirilmişdir.
Mövsümi xəstəliklərin qarşısının alınması məqsədilə qidalanma sənayesi, kommunal, ictimai-iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilmiş, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, tullantı və çirkab suları axıdılan yerlərdə, məişət tullantıları qoyulan meydançalarda müntəzəm olaraq dezinfeksiya, dezinseksiya tədbirləri həyata keçirilmişdir.
Ay ərzində Bakterioloji laboratoriya fəaliyyətini davam etdirmiş, 59 su, 483 yuyuntu nümunələrinin, 428 digər nümunələrin müayinələri aparılmışdır. Obliqat qruplarında səhiyyə üzrə 89, təhsil üzrə 35, qidalanma sənayesi, ictimai-iaşə və ticarət üzrə 146, kommunal sahələr üzrə 46 nəfər, 113 sürücü daxil olmaqla, 428 nəfər bakterioloji müayinələrdən keçirilmişdir.
Radioloji qrup tərəfindən 8 yerdə gündəlik olaraq radioloji ölçmələr aparılmış, təbii fon şüalanması yol verilən hədd daxilində olmuşdur. Qidalanma gigiyenası laboratoriyasında 48 nümunədə 183 müayinə aparılmış, o cümlədən yerli istehsal olan xörək duzu nümunələrində yodun, həmçinin 5 un nümunəsində bəsit dəmir preparatı ilə zənginləşdirmənin tələbata uyğunluğu müəyyən edilmişdir. Kommunal gigiyena laboratoriyasında 51 nümunədə 408, Toksikoloji, xarici mühitdə və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 46 nümunədə 109 müayinə aparılmışdır.
Əhalinin sanitariya sahəsində maarifləndirilməsi ardıcıl şəkildə aparılmış, 19 mühazirə oxunmuş, 3 seminar, 2 konfrans keçirilmiş, tibbi şurada 7 məsələ müzakirə edilmişdir.
Əhalinin sanitariya-epidemioloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılmış, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Dünən Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında uşaqlar arasında pnevmokok infeksiyalarına qarşı 10 valentli vaksinlərin tətbiqinə dair elmi-praktik konfrans keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-epidemioloqu Zülfiyyə Həsənova açaraq xəstəliklərdən qorunmada peyvəndin ən vacib profilaktika üsulu olduğunu bildirib, vaksinləşdirmə pro­qramları sayəsində son illər muxtar respublika ərazisində qızılca, parotit, məxmərək kimi xəstəliklərin qeydə alınmadığını vurğulayıb.
“Yaxın illərdə Azərbaycanda uşaqlar üçün pnevmokok infeksiyalarına qarşı 13 valentli vaksin tətbiq ediləcək və bununla da, uşaqlar pnevmoniyanın bütün növlərindən qorunacaqlar”. Bu fikri Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva səsləndirib. Onun sözlərinə görə, bu ilin ikinci yarısından Azərbaycanda uşaqların pnevmokok infeksiyalarına qarşı peyvənd edilməsinə başlanılıb. Pnevmokok əleyhinə 10 valentli vaksinlər 1 yaşadək uşaqlara 3 dəfə vurulacaq. İndi bu vaksinin tətbiqi üçün hazırlıq işləri görülür. Hazırlıq işləri başa çatdıqdan sonra respublikaya tələb olunan sayda vaksin preparatları gətiriləcək və peyvənd işinə başlanılacaq.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrin icrasına və yarım ilin yekunlarına həsr edilmiş kollegiya iclası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov əvvəlki illərdə olduğu kimi, 2013-cü ilin ilk yarısında da muxtar respublikamızın iqtisadi və sosial həyatında dinamik inkişaf meyillərinin qorunub saxlanıldığını, bütün sahələrdə inkişafa nail olunduğunu vurğulayaraq bu inkişafın səhiyyə sistemini də əhatə etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin binası yenidən qurulmuş, Ordubad rayonunun Çənnəb və Babək rayonunun Şəkərabad kənd­lərində feldşer-mama məntəqələri tikilərək istifadəyə verilmişdir. Aztəminatlı ailələrdən olan vətəndaşların Naxçıvandan başqa yerlərə getmədən cərrahi əməliyyat olunmaları üçün Bakı şəhərindən və başqa ölkələrdən çoxsaylı həkim briqadaları gətirilmişdir. Ötən 6 ay ərzində 28 nəfərdə açıq ürək, 5 nəfərdə periferik damar, 26 nəfərdə angioqrafiya, 47 nəfərdə göz əməliyyatları aparılmış, 16 nəfərin ürək damarlarına stend qoyulmuş, Ordubad rayonunda 47 nəfərdə isə müxtəlif cərrahi əməliyyatlar aparılmışdır.

Ardını oxu...

Muxtar respublika əhalisinin dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə həkim briqadaları kənd­lərdə kütləvi profilaktik müayinələri davam etdirirlər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası ənənəni davam etdirərək Şahbuz rayonunun Badamlı kəndində olmuşdur. Briqada yüksək ixtisaslı həkimlərlə, həmçinin köməkçi müayinə aparatları ilə təchiz edilmişdir. Həkim briqadasının kəndə gəlişi barədə əvvəlcədən məlumat verildiyindən əhalinin kütləvi tibbi profilaktikasına nail olunmuşdur. Kütləvi profilaktik müayinələr son illərin quruculuq ünvanlarından biri olan həkim ambulatoriyasında həyata keçirilmişdir. Ambulatoriyada kabinələr zəruri tibbi avadanlıqlarla təchiz olunmuşdur. Gün ərzində 6 terapevtik, 8 pediatrik, 6 cərrahi, 8 ginekoloji xəstənin müayinəsi həyata keçirilmişdir. Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülmüş, onlara ambulator kartlar açılmışdır. 20-25 yaşlılar arasında dispanser işi ilə bağlı tədbirlər tamamlanmış, 98 nəfər müayinədən keçirilmişdir. Əhali arasında hipertoniya, ürək-damar, şəkərli diabet, onkoloji, vərəm, ginekoloji xəstəlikləri, uşaqların düzgün qidalanması, ana südünün əhəmiyyəti, qohumluq nikahının və zərərli vərdişlərin hamiləliyə ziyanı barədə səhiyyə maarifi işləri aparılmış, xəstəliklərin profilaktikası ilə bağlı məsləhətlər verilmişdir.
Eyni zamanda peyvəndlərin icra vəziyyəti, ambulator qəbul, evə çağırış, ailə, dispanser xəstələrin, hamilələrin və peyvəndlərin qeydiyyatı jurnalları yoxlanılmış, çatışmazlıqların aradan qaldırılması üçün lazımi tapşırıqlar verilmişdir.

*     *     *

İyul ayı üçün təsdiq edilmiş qrafikə əsasən, Naxçıvan Muxtar Respublika Xəstəxanasının kardioloq, cərrah, nevropatoloq, terapevt və laborantlardan ibarət həkim briqadası Şərur rayonunun Çəmənli kəndində 42 xəstəni müayinədən keçirmiş, aşkar edilmiş ilkin xəstələrin dispanserizasiyası aparılmışdır.
Əhalinin kütləvi profilaktik tibbi müayinələri davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında səhiyyə ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər Şərurda da uğurla icra olunur. Açılışında ölkə Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi 81 çarpayılıq rayon Mərkəzi Xəstəxanasının zirzəmi ilə birlikdə dördmərtəbəli binası müasir avadanlıqlarla təchiz olunub. Bütün bunlar isə əhaliyə göstərilən tibb xidmətinin səviyyəsinin yüksəldilməsinə əsaslı şəkildə təsir edir.

Hazırda bu səhiyyə ocağında Terapiya, Nevroloji, Cərrahiyyə, Reanimasiya, Travmatologiya, Doğuş, Uşaq xəstəlikləri, Təcili yardım şöbələri fəaliyyət göstərir. Poliklinika şöbəsi xəstəxananın girişi hesab olunur. Burada rentgen kabinələri və labora­toriyalar xəstələrin xidmətindədir. Rentgeno­skopiya aparatı vasitəsilə döş qəfəsi, mədə-bağırsaq, sümük-oynaq xəstəlikləri müayinə olunur, diaqnoz daha dəqiq müəyyənləşdirilir. Slovakiyanın istehsalı olan daha bir aparat isə xəstəxananın əməliyyat otağında yerləşdirilmişdir. Onun köməyi ilə mərkəzləşdirilmiş qaz, oksigen və hava membranlı kompressor vasitəsilə cərrahiyyə əməliyyatları uğurla həyata keçirilir.
Mərkəzi xəstəxanada fəaliyyət göstərən hemodializ bölməsi də tibbi xidmətin daha səmərəli olmasını şərtləndirir. Bölmənin əməkdaşları Naxçıvan şəhərində ixtisasartırma kurslarında olublar.

Ardını oxu...

Muxtar respublika əhalisinin dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Mərkəzi Uşaq Xəstəxanasının, Doğum Mərkəzinin, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Diaqnostika- Müalicə Mərkəzinin və rayon mərkəzi xəstəxanalarının yaratdığı həkim briqadaları ayda bir dəfə müxtəlif ucqar dağ kəndlərində, yaşayış məntəqələrində olur, əhaliyə tibbi xidmət göstərərək onları müayinədən keçirirlər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası ənənəni davam etdirərək Babək rayonunun Kərimbəyli kəndində olmuşdur. Yüksək ixtisaslı həkimlərlə, həmçinin köməkçi müayinə aparatları ilə təchiz edilmiş həkim briqadasının kəndə gəlişi barədə əvvəlcədən məlumat verildiyindən əhalinin kütləvi tibbi profilaktikasına nail olunmuşdur. Əhalinin kütləvi profilaktik müayinələri son illərin quruculuq ünvanlarından biri olan həkim ambulatoriyasında həyata keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Stadionunun yenidən qurulması və əsaslı təmiri ilə məşğul olan 45 nəfər inşaatçı və quraşdırıcının iştirakı ilə tibbi təlim təşkil edilmişdir.
Təlimdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş məsləhətçi-cərrahı, tibb üzrə fəlsəfə doktoru Sabir Novruzov tikinti obyektlərində baş verən istehsalat qəzalarında insanların sağlamlığının qorunması üçün həyata keçirilən tədbirlərdən danışmışdır.
Naxçıvan Muxtar Respublika Xəstəxanası Travmatologiya şöbəsinin həkim-ordinatoru, tibb üzrə fəlsəfə doktoru Adil Məmmədov, Reanimasiya-anesteziologiya şöbəsinin ordinatoru Elsevər Ağəliyev və Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinin çağırışçı-həkimi Məmməd Qasımov havaların isti keçməsi ilə əlaqədar baş verən günvurmalar, zəhərlənmələr, xarici və daxili, arterial, venoz, kapillyar qanaxmalar, kəllə-beyin travmaları, zədələnmə və sınıqlar, ürək, ağciyər çatışmazlığı zamanı göstərilən ilkin tibbi yardım barədə məlumat vermişlər. Bildirilmişdir ki, hər hansı zədəyə (əzilmə, sınıq və sair) məruz qalmış şəxsin həyatını xilas etmək və sağlamlığını qorumaq üçün ona göstərilmiş həkiməqədərki ilk yardımın böyük əhəmiyyəti vardır. İstehsalat qəzası keçirən insanlarda duyğu, düşüncə və davranış dəyişikliyi, yardım edənə qarşı inamsızlıq, yardım qəbul etməmək kimi hallar yaranır. Belə halların baş verməməsi üçün inşaatçıların maariflənməsi, fövqəladə vəziyyətlərə əvvəlcədən hazırlıqlı olması vacibdir. Belə vəziyyətlərdə hər kəs özünü ələ almalı, təmkinli və bacarıqlı olmalı, təlaş və çaxnaşmaya yol verməməlidir.
Təlimdə əyani vasitələrdən geniş istifadə olunmuş, suallar cavablandırılmışdır.
Obyektin iş icraçısı Ülvi Əliyev inşaatçılar üçün səhiyyə maarifinin aparılmasında belə tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış, kollektiv adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesini davam etdirir.
Dermatoveneroloq, ftiziatr və stomatoloq ixtisasları üzrə fəaliyyət göstərən səhiyyə mütəxəssisləri növbəti mərhələdə müsahibə yolu ilə nəzəri və praktik biliklərini sınamalı olublar.
Sertifikasiyanın müsahibə turuna cəlb edilən 42 səhiyyə mütəxəssisinə ixtisaslarına aid nəzəri, habelə onların praktik bilik səviyyəsini və peşə vərdişini müəyyən edən suallar verilib.
Müsahibə açıq, hər bir mütəxəssislə fərdi qaydada 30 dəqiqə müddətində aparılıb. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi əməkdaşının iştirakı ilə keçirilən müsahibənin şəffaflığı təmin edilib.
Müsahibədən sonra imtahan komissiyasının üzvləri verilmiş cavabları müzakirə edə­rək ümumi rəy əsasında müsahibənin nəticələrini məqbul qiymətləndiriblər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızın mühüm geostrateji mövqedə yerləşməsi, burada gömrük-buraxılış məntəqələrinin fəaliyyət göstərməsi əhalinin sağlamlığının qorunması üçün bir sıra tədbirlərin həyata keçirilməsini zəruri edir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Sanitariya-Karantin Müfəttişliyinin həmin məntəqələrdə gündəlik nəzarəti profilaktik və əks-epidemik tədbirlərin uğurla icra olunmasına, epidemioloji sabitliyin qorunmasına şərait yaradır.
Cari ilin ilk 6 ayı ərzində də gömrük-buraxılış məntəqələrində zoonoz və digər infeksiyaların qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilib. Bu müddətdə Sədərək gömrük-keçid məntəqəsində 12 min 774 nəfər sərnişin sanitariya-karantin nəzarətindən keçirilib. Yoxlama zamanı xəstəliyə şübhəli hal qeydə alınmayıb.
Şahtaxtı Sanitariya-Karantin Məntəqəsində isə 325 nəfər müayinə ilə əhatə edilərək xəstəliyə şübhəli hallar müşahidə olunmayıb. Naxçıvan Beynəlxalq Hava Limanında 1312 nəfər termometriyadan keçirilib, xəstəliyə şübhəli hal qeydə alınmayıb. Müfəttişliyin bütün məntəqələri ilk tibbi yardım üçün lazım olan dərman preparatları, sarğı materialları, qoruyucu maska və əlcəklərlə təmin edilib.
Ötən yarımildə müfəttişliyin laboratoriyasında 48 analiz aparılıb, 18 ədəd gigiyenik sertifikat verilib. Hazırda profilaktik və əks-epidemik tədbirlər uğurla davam etdirilir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nehrəm Kənd Sahə Xəstəxanası muxtar respublikada nümunəvi xidməti ilə seçilir

Növbəti planlaşdırmada xəstəxanaların birindən reportaj hazırlayacağımız barədə müzakirələrdən sonra Nehrəm Kənd Sahə Xəstəxanası üzərində dayandıq. Çünki bu səhiyyə ocağı regionumuzda fəaliyyət göstərən əksər xəstəxanalardan nümunəviliyi ilə seçilir. Çünki belə olmasaydı, muxtar respublikanın digər yaşayış məntəqələrindən də buraya üz tutmazdılar. Bu gün muxtar respublikanın bütün bölgələrində müasir xəstəxanalar fəaliyyət göstərir. Ancaq vətəndaşlar öz seçimində sərbəstdir və onların Nehrəm Kənd Sahə Xəstəxanasına üz tutmaları təbiidir.

Həmin xəstəxanaya gedərkən yol boyu insan sağlamlığının cəmiyyət üçün əhəmiyyəti və bu qiymətli sərvətin qorunması məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər haqqında düşünürdüm. Məlumdur ki, yalnız sağlam olan bir insan xalqın xeyrinə qurub-yaratmaq üçün özünün yaradıcı imkanlarından tam istifadə edə bilər. Məhz buna görə də müasir dövrdə hər bir dövlətin iqtisadi potensialı və qüdrəti bir sıra mühüm meyarlarla yanaşı, həm də səhiyyə sisteminin inkişaf səviyyəsi ilə ölçülür. Bu gün muxtar respublikamızda bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərdən istənilən qədər danışmaq olar. Onu da qeyd edək ki, regionumuzda vaxtilə diqqətdən kənarda qalan ucqar dağ kəndlərində belə, bu gün müasir səhiyyə müəssisələri fəaliyyət göstərir.

Ardını oxu...

Söhbət son illər sürətlə inkişaf edən Sədərək səhiyyəsindən gedir

Son illərin sosial-iqtisadi inkişafını, tikinti-quruculuq işlərini, insanların rifah halının daha da yaxşılaşdırılmasını qələmə almaq mənim üçün həmişə xoş olub. Ancaq nədənsə yeni tikilmiş və ya əsaslı təmir edilmiş səhiyyə müəssisəsi barədə yazı hazırlamaq istəyəndə qələm daha “ürəkdən işləyir”. Desəm ki, bunun səbəbini özüm də bilmirəm, səmimiyyətimə inanın. Hansı rayonda, şəhərdə və ya hansı yaşayış məntəqəsində olursa-olsun, müasir səhiyyə ocağının tikilməsi və ya mövcud binaların yenidən qurulması ölkə vətəndaşına, daha dəqiq desək, ən qiymətli kapital olan insanın sağlamlığına xidmət edir.

Bu gün mənim yeni səhiyyə ocağı görəndə sevinməyimin təməlində, bəlkə də, SSRİ dövründən yadda qalan müəyyən psixoloji məqamlar dayanır. Çünki o dövrdə istənilən rayonda hansısa xəstənin vəziyyəti bir az ağırlaşırdısa, dərhal deyirdilər ki, Bakıya aparın. Bakıdan isə xəstələrin Mos­kvaya və ya başqa şəhərlərə göndərilməsi tendensiyası hökm sürürdü. İndi isə...
Elə götürək sərhəd bölgəsi Sədərəyi. Son illər burada həyata keçirilən irimiqyaslı işlər qədim oğuz yurdunun simasını xeyli dəyişdirmişdir. İstər rayon sakinləri, istərsə də buraya digər yerlərdən üz tutanlar Sədərəyin 10-15 il bundan qabaqkı Sədərək olmadığını açıq-aydın görür və hiss edirlər. Dövlətin sosial siyasətinin uğurları ölkə­mizin, muxtar respublikamızın bütün regionlarında olduğu kimi, bu rayonda da diqqət çəkir. Burda elə sahə yoxdur ki, inkişaf etməsin, tərəqqidən geri qalsın. Belə sahələrdən biri də məhz səhiyyədir.

Ardını oxu...

Ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksək ixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili artıq ənənə halını almışdır. Təkcə ötən yarımil ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının İntervension kardiologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Abbasəli Abbasəliyev tərəfindən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 53 xəstə üzərində angio­qrafiya əməliyyatı aparılmış və 16 stend qoyulmuş, Kardiocərrahiyyə şöbəsinin həkim briqadası 28 açıq ürək əməliyyatı, 5 periferik damar əməliyyatı olmaqla, 33 nəfərdə əməliyyat, 10 nəfərdə angio­qrafiya manipulyasiyası aparmışdır.
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində ürək-damar xəstəliklərində tətbiq edilən bütün müasir cərrahi əməliyyatların müvəffəqiyyətlə həyata keçirilməsi üçün lazımi şərait yaradıldığından müayinə və müalicə işinin səmərəliliyi get-gedə artır. Cərrahi müdaxilələr peşəkar mütəxəssislər tərəfindən və ən yeni avadanlıqlarla təchiz edilmiş əməliyyatxanalarda aparılır. Əməliyyatların aparılmasında Mərkəzi Neftçilər Xəstəxanası Kardioloji Mərkəzinin həkim briqadasının böyük rolu vardır. Mərkəz ilə əməkdaşlığın başlandığı 2007-ci ildən bəri anadangəlmə və sonradan qazanılan ürək qüsurları ilə bağlı 390 xəstə üzərində cərrahi əməliyyatlar aparılmış, 200 xəstəyə stend qoyulmuş, minə yaxın xəstəyə isə angio­qrafiya və angioplastika kimi müayinə və müalicə üsulları tətbiq olunmuşdur.

Ardını oxu...

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Məlum olduğu kimi, bu işə 2011-ci ilin sentyabr ayından başlanmış, indiyə kimi 410 həkim şəffaf şəraitdə test imtahanlarını və müsahibə mərhələsini başa vuraraq növbəti beş il üçün sertifikat almışdır.
İyulun 6-da keçirilən növbəti test imtahanında stomatologiya, dermatovenerologiya və ftiziatriya ixtisasları üzrə həkimlər öz bilik və bacarıqlarını sınamalı olmuşlar. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasında keçirilən test imtahanında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Sertifikasiya Şurasının sədri Kəmalə Qurbanova test imtahanının qaydaları haqqında məlumat vermişdir.

Ardını oxu...

Muxtar respublikada səhiyyənin inkişaf etdirilməsi, insanlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində son illər həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Belə tədbirlərdən biri də Bakı şəhərindən yüksək ixtisaslı həkimlərin muxtar respublikaya dəvət olunaraq müxtəlif cərrahi əməliyyatlar aparmasının təşkil edilməsidir. Naxçıvanlılara böyük dövlət qayğısının ifadəsi olan bu xeyirxahlıq aksiyasında açıq ürək əməliyyatları başlıca yer tutur.
Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasının Kardioloji Mərkəzinin rəhbəri Rəşad Mahmudovun başçılığı ilə 25 nəfərlik həkim briqadası bu məqsədlə iyul ayının 1-də Naxçıvan şəhərinə gəlib. Briqada Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində iyul ayının 2-dən açıq ürək əməliyyatlarına başlayıb. 21 xəstədə belə əməliyyatlar aparılması nəzərdə tutulub. Bu günədək 12 xəstənin əməliyyatı uğurla başa çatdırılıb. Bununla bağlı olaraq Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində müalicəsi uğurla başa çatan xəstələrin yenidən həyata qaytarılmasında əməyi olan həkim briqadasının üzvləri ilə görüşdük. Yenicə açıq ürək əməliyyatını başa vuran həkim, tibb üzrə fəlsəfə doktoru Seymur Musayevlə həmsöhbət olduq. Həkim bildirdi ki, bu gün tam cəsarətlə demək olar ki, Naxçıvan səhiyyəsi böyük diqqət və qayğı ilə əhatə olunub. Bizim Bakıdan buraya gəlməyimizin təşkili də bunu sübut edir. Bu da Naxçıvanda insanlara, onların sağlamlığına böyük önəm verilməsinin ifadəsidir.

Ardını oxu...

Muxtar respublikamızda iyun ayında epidemioloji vəziyyət sabit olmuş, infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsi, təmas qruplarının nəzarətə götürülməsi, aktiv izolyasiya hesabına ötən ayla müqayisədə xəstələnmə səviyyəsi kəskin aşağı enmişdir.
Ay ərzində yenidoğulmuş uşaqlardan 96,3 faizi idarəolunan yoluxucu xəstəliklərə görə BSJ, Hepatit “B”, Polimielit peyvəndi almışdır.
Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısının alınması məqsədilə qidalanma sənayesi, kommunal, ictimai-iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələri tərəfindən su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, tullantı və çirkab suları axıdılan yerlərdə və zibil qutuları qoyulan meydançalarda müntəzəm olaraq dezinfeksiya, dezinseksiya tədbirləri həyata keçirilmişdir.
İstehsal olunan məhsulların sertifikatlaşdırılması işi Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə aparılmış, iyun ayı ərzində 33 məhsul sertifikatlaşdırılmışdır. Bundan başqa, bakterioloji laboratoriyanın fəaliyyəti davam etdirilmiş, 85 su, 282 yuyuntu və 307 digər nümunələrin müayinələri aparılmışdır. Obliqat qruplarında səhiyyə üzrə 118, təhsil üzrə 141, qidalanma sənayesi, ictimai iaşə və ticarət üzrə 108, kommunal sahələr üzrə 14 nəfər, 123 sürücü daxil olmaqla, 504 nəfər bakterioloji müayinələrdən keçirilmişdir.
Radioloji qrup tərəfindən 6 yerdə radioloji ölçmələr aparılmış, təbii fon şüalanması yol verilən hədd daxilində olmuşdur. Qidalanma gigiyenası laboratoriyasında 49 nümunədə 199 müayinə aparılmış, o cümlədən yerli istehsal olan 7 xörək duzu nümunəsində yodun norma daxilində olduğu, həmçinin dəmir preparatı ilə unun zənginləşdirilməsinə görə 10 un nümunəsində bəsit elektrolit dəmir preparatının tələbata uyğunluğu müəyyənləşdirilmişdir. Kommunal gigiyena laboratoriyasında 30 nümunədə 240, Toksikoloji, xarici mühitdə və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 46 nümunədə 109 müayinə aparılmışdır.

Ardını oxu...

Əhalinin sağlamlığı cəmiyyətin qiymətli sərvətidir. Odur ki, muxtar respublikamızda insanların sağlamlığının qorunması daim diqqət mərkəzində saxlanılır. Səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması regionumuzda həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsinə çevrilmiş, xəstəliklərin ən müasir üsullarla diaqnostikasına və müayinəsinə stimul vermişdir.
Belə bir şəraitdə kütləvi profilaktik müayinələrin aparılması hər hansı bir xəstəliyin erkən mərhələdə aşkar edilməsinə şərait yaradır. Bu isə həmin xəstəliyin müalicəsini asanlaşdırır, fəsadların, ağırlaşmaların qarşısını alır, əlillik riskini xeyli azaldır. Bu səbəbdən əhalinin hər bir təbəqəsinin vaxtaşırı olaraq müayinədən keçməsinə ciddi fikir verilir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, bu il Naxçıvan əhalisinin 20-25 yaşlı təbəqəsi arasında kütləvi profilaktik müayinələr aparılır. Bu məqsədlə şəhər və kəndlərdə, bütün yaşayış məntəqələrində 20-25 yaşlı əhalinin siyahısı tərtib olunmuş, həkim briqadalarının tərkibi müəyyənləşdirilmişdir. May ayından etibarən qrafik üzrə kütləvi müayinələrə başlanmışdır.
Artıq ötən iki ay ərzində 6132 nəfər müayinələrə cəlb edilmişdir. Onlardan 341 nəfər müxtəlif xəstəliklərə şübhəli bilinərək dispanser qeydiyyatına götürülmüşdür.
Tədbir il boyu davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində ürək-damar xəstəliklərində tətbiq edilən bütün müasir cərrahi əməliyyatların müvəffəqiyyətlə həyata keçirilməsi üçün lazımi şərait yaradıldığından müayinə və müalicə işinin səmərəliliyi get-gedə artır. Cərrahi müdaxilələr peşəkar mütəxəssislər tərəfindən və ən yeni avadanlıqlarla təchiz edilmiş əməliyyatxanalarda aparılır. Əməliyyatların aparılmasında Mərkəzi Neftçilər Xəstəxanasından gəlmiş həkim briqadası­nın böyük rolu vardır. Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin sədri, ürək və damar cərrahı Rəşad Mahmudov­un rəhbərlik etdiyi 25 nəfərlik tam əməliyyat briqadası dünən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində növbəti humanitar aksiyaya start vermişdir. Aksiyanın ilk günü Naxçıvan şəhər sakin­lərindən Muxtar Abdullayev, Nəriman Quliyev, Nehrəm kənd sakini Cəfər İsmayılov üzərində açıq ürək əməliyyatları aparılmışdır. Kardiocərrahlardan tibb üzrə fəlsəfə doktoru Seymur Musayev, Fərid Hüseynov, naxçıvanlı həkimlərdən İntiqam Fətullayev, Şahin Mazanovun birgə fəaliyyəti ilə əməliyyatlar uğurla başa çatdırılmışdır.
Aksiyanın davam edəcəyi günlərdə ürəyin işemik xəstəliyi, qazanılmış ürək qüsurları, anadangəlmə ürək qüsurları, aorta və digər arteriyaların xəstəlikləri kimi 30-a yaxın mürəkkəb cərrahi əməliyyatların aparılması, bir xəstəyə dializ fistulasının qoyulması nəzərdə tutulmuşdur.
Aksiya çərçivəsində cərrahi əməliyyatlarla yanaşı, kardioloji ambu­lator müayinə və müalicələr də aparılır, exokardioqrafiya, angio­qrafiya müayinələri həyata keçirilir, xəstələrə tibbi məsləhət və tövsiyələr verilir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Dünən Naxçıvanda stomatoloqların “Dental innovasiyalar” mövzusunda VII elmi-praktik simpozi­umu keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan İmplantoloq İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən elmi-praktik simpoziumun iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, Heydər Əliyev Muzeyində olmuşlar.

Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təbrik və salamlarını simpozium iştirakçılarına çatdırmışdır. Nazir muxtar respublikada stomatologiyanın inkişafı üçün görülən işlərdən, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsindən, infrastrukturun yaradılmasından, yüksək ixtisaslı kadrların yetişdirilməsi istiqamətində görülən işlərdən danışmışdır. Son illər Naxçıvanda tibbin bütün sahələrində olduğu kimi, stomatologiya sahəsində də müsbət irəliləyişlərin, əsaslı keyfiyyət dəyişikliklərinin baş verdiyini diqqətə çatdıran Niyazi Novruzov demişdir ki, Naxçıvanda Stomatoloji Mərkəzin yaradılması, özəl stomatoloji kabinetlərin sayının artması eyni zamanda sivil rəqabətə, keyfiyyətli xidmətə zəmin yaradır. Son illərdə tibbin bütün sahələrində özünü göstərən müasirləşmə stomatologiya sahəsində də müşahidə olunur. Stomatoloq həkimlər dünyadakı ən son yenilikləri öyrənərək tətbiq etməyə, yeni cihazlar, stomatoloji qurğu və alətləri tez bir zamanda əldə etməyə çalışırlar. Dünya elmindəki qabaqcıl təcrübənin Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzində tətbiqi isə muxtar respublikada stomatologiyanın sürətli inkişafının göstəricisidir. 

Ardını oxu...

Dağınıq skleroz sinir sisteminin çoxocaqlı pozulması ilə müşayiət olunan və irəliləyən gedişli xroniki xəstəlikdir. Statistik məlumatlara əsasən, hazırda dünya üzrə dağınıq skleroz xəstəliyindən əziyyət çəkənlərin sayı bir milyon nəfərdən artıqdır. Xəstəliyin müalicəsinin çətinliyi və böyük məsrəflər tələb etməsi dağınıq skleroz problemini dünyanın bütün dövlətlərində aktual edir. Ölkəmizdə də bu problemin həlli prioritet istiqamətlərdən biridir. Bu məqsədlə ötən il martın 7-də “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Ölkə başçısının 13 noyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin həyat fəaliyyətinin yüksəlməsinə, ömürlərinin uzadılmasına, onlara göstərilən tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası Babək rayonunun Kərimbəyli kəndində olmuşdur. Briqada yüksək ixtisaslı həkimlərlə, həmçinin köməkçi müayinə aparatları ilə təchiz edilmişdir. Həkim briqadasının kəndə gəlişi barədə əvvəlcədən məlumat verildiyindən əhalinin kütləvi tibbi profilaktikasına nail olunmuşdur. Əhalinin kütləvi profilaktik müayinələri son illərin quruculuq ünvanlarından biri olan həkim ambulatoriyasında həyata keçirilmişdir.
Gün ərzində 30 terapevtik, 34 pediatrik, 22 cərrahi, 18 ginekoloji müayinə həyata keçirilmişdir. Kütləvi profilaktik tibbi müayinələrdə həkim ambulatoriyasının tibb işçiləri yaxından iştirak etmişlər. Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülmüş, onlara ambulator kartlar açılmışdır. Əhali arasında hipertoniya, ürək-damar, şəkərli diabet, onkoloji, vərəm, ginekoloji xəstəliklər, uşaqların düzgün qidalanması, ana südünün əhəmiyyəti, qohumluq nikahının və zərərli vərdişlərin hamiləliyə ziyanı barədə səhiyyə maarifi işləri aparılmışdır.

Ardını oxu...

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə İnstitutunun Uşaq Ürək Mərkəzində fəaliyyət göstərən uşaq kardioloqu Elnur İmanov mütəmadi olaraq muxtar respublikamıza dəvət olunaraq yerli həkimlərlə bərabər anadangəlmə ürək qüsurları olan uşaqların müayinə və müalicəsini aparır.
Təcrübəli mütəxəssis ötən şənbə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində olmuş, muxtar respublikanın şəhər və rayonlarından gəlmiş mürəkkəb ürək qüsurlu 12 xəstəni müayinə etmişdir. Həmin xəstələrdən 3 nəfərin üzərində əvvəlki səfər zamanı ağciyər arteriyası stenozunun balon və valvuloplastikası əməliyyatı aparılmışdı. EXO və elektrokardioloji müayinələr zamanı həmin xəstələrdə tam sağalma müşahidə edilmişdir.
Dörd nəfərdə müxtəlif ürək qüsurları aşkarlanmış, müşahidə məqsədilə növbəti altı ay ərzində yoxlama müayinələri məsləhət görülmüşdür. Digər dörd nəfərdə isə ürəyin qulaqcıqarası çəpər defekti, fallo tetradası kimi ağır ürək qüsurlu xəstəliklər aşkara çıxarılaraq qısa zaman içərisində açıq ürək əməliyyatına göstəriş verilmişdir.
Xəstələrin exokardioqrafiya və elektrokardioqrafiyası Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkim kardioloqu Nail Mehbalıyevlə birgə həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda yeni səhiyyə müəssisələrinin tikilib istifadəyə verilməsi, onların müasir tibbi avadanlıqlarla təmin edilməsi, kadrların peşə bacarıqlarının yüksəldilməsi istiqamətində görülən işlər tibbi xidmətin xeyli yaxşılaşmasına şərait yaratmışdır. Səhiyyədə anestezioloji və reanimatoloji xidmət də belə sahələrdəndir.
Bu ixtisas digər tibbi ixtisas biliklərini özündə cəmləşdirərək dərin bilik tələb etdiyinə görə seçilir. Ona görə də bu sahədə çalışan həkim və orta tibb işçiləri mütəmadi olaraq ölkəmizin paytaxtında və Türkiyə Respublikasının tanınmış klinikalarında ixtisasartırma kursları keçməklə öz peşə bacarıqlarını artırırlar. Görülən işlər artıq yeni xidmət sahələrinin də təşkilinə imkan vermişdir. Hazırda ümumi cərrahi, neyrocərrahi, mama-ginekoloji, uroloji, terapevtik və diaqnostik invaziv müdaxilələrdə ağrısızlaşdırma və keyləşdirmənin təmin edilməsi, pasiyentin monitor nəzarəti, əməliyyatqabağı hemostazların aparılması, kritik şok, koma və digər halların aradan qaldırılması Naxçıvan səhiyyəsində müstəqil şəkildə həyata keçirilən tibbi proseslərdəndir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesini davam etdirir.
Fizioterapiya-tibbi bərpa, nevropatoloq və əczaçı ixtisasları üzrə fəaliyyət göstərən səhiyyə mütəxəssisləri növbəti mərhələdə müsahibə yolu ilə nəzəri və praktik biliklərini sınayıblar.
Sertifikasiyanın müsahibə turuna cəlb edilən 22 səhiyyə mütəxəssisinə ixtisaslarına aid nəzəri, habelə onların praktik bilik səviyyəsini və peşə vərdişini müəyyən edən suallar verilib.
Müsahibə açıq, hər bir mütəxəssislə fərdi qaydada 30 dəqiqə müddətində aparılıb. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi əməkdaşının iştirakı ilə keçirilən müsahibənin şəffaflığı təmin edilib.
Müsahibədən sonra imtahan komissiyasının üzvləri verilmiş cavabları müzakirə edərək ümumi rəy əsasın­­da müsahibənin nəticələrini məqbul qiymətləndiriblər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada əhalinin sağlamlığının qorunması, insanların yaşayış mühitinin və həyat fəaliyyətinin sağlamlaşdırılması diqqət mərkəzində saxlanılır, yeni səhiyyə müəssisələri tikilərək istifadəyə verilir, tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilir. Həyata keçirilən bu tədbirlər insanlara göstərilən səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsinə hərtərəfli şərait yaratmışdır. Lakin insanların sağlamlığının qorunması yalnız müalicə-profilaktika müəssisələrinin üzərinə düşən məsələ deyil. Sağlamlaşdırıcı tədbirlər həyatımızın bütün sahələrində həyata keçirilməlidir. Əhalinin sağlamlığı onun keçirdiyi sağlam həyat tərzindən və sağlam qidalanmadan da asılıdır.

Ötən əsrin 90-cı illərində muxtar respublikada sanitar-gigiyenik tələblərə cavab verməyən çayxanaların, küçə ticarəti obyektlərinin, antisanitar vəziyyətdə ət kəsimi və satışı yerlərinin fəaliyyət göstərməsi insanların sağlamlığı üçün ciddi problemlər yaradırdı. Bu obyektlərdə çalışan işçilərin sağlamlıqlarına sahibkarlar tərəfindən nəzarət edilmə­məsi, satışı həyata keçirilən yeyinti məhsullarının normal temperatur rejiminə uyğun saxlanılmaması, küçələrdə toz-torpaq altında vaxtı keçmiş ərzaq məhsullarının sərgilənərək satılması, ət və süd məhsullarına baytar nəzarətinin olmaması kimi hallar əhalinin sağlamlığına öz mənfi təsirini göstərirdi. Ticarət-satış obyektlərinin yaxınlığında məişət tullantılarının yığılması, ət və ət məhsullarının, hətta çörəyin yuyucu-kimyəvi məhsullarla bir yerdə satılması hamının rastlaşdığı gündə­lik mənzərələr idi. Bu da bir sıra yoluxucu xəstəliklərin yayılmasına səbəb olurdu. Sosial xəstəlik olan vərəmə yoluxanların da sayı artmışdı. Əhalinin hər 10 min nəfəri arasında vərəmə yoluxmuş xəstələrin 80-90 nəfər təşkil etməsi epidemioloji vəziyyətin təhlükəli həddə çatmasından xəbər verirdi. Əgər bunun bir səbəbi sosial-iqtisadi böhran nəticəsində əhalinin həyat səviyyəsinin aşağı düşməsi və qidalanmanın qismən pisləşməsi idisə, digər səbəbi emal və satış yerlərinin yoluxucu xəstəliklər mənbəyinə çevrilməsi idi.

Ardını oxu...

17 iyun tibb işçiləri­nin peşə bayramıdır. Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı kimi qeyd olunur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikamızda səhiyyənin inkişafına daim xüsusi diqqət yetirmiş, tibb işçilərinə böyük qayğı göstərmişdir. “Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir”, – deyən ulu öndərin himayəsi ilə hələ ötən əsrin 70-ci illərində respublikamızın şəhər, rayon və kəndlərində səhiyyə ocaqları tikilərək istifadəyə verilmiş, əhalinin sağlamlığının qorunması diqqət mərkəzində saxlanılmışdır. Müstəqillik illərində də dahi şəxsiyyətin rəhbərliyi ilə səhiyyə sahəsində ardıcıl tədbirlər görülmüş, bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası yaradılmış, həkimlərin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, ixtisaslı və peşəkar həkim kadrlarının hazırlanması diqqət mərkəzində saxlanılmışdır.
Bu gün ölkəmizdə bütün sahələrdə müşahidə olunan dinamik inkişaf və tərəqqi səhiyyə sistemində də özünü qabarıq şəkildə göstərməkdədir. İnsanların sağlamlığının yüksək səviyyədə təmin olunması və qorunması həyata keçirilən sosial siyasətin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahənin maddi-texniki bazası gücləndirilir, habelə səhiyyə infra­strukturu müasirləşdirilir. Son illər ölkəmizdə tibbi kadrların səviyyəsinin yüksəldilməsi məqsədilə yeni tədris klinikaları yaradılmış, dövlət səhiyyə müəssisələrində pullu xidmət ləğv edilmiş, səhiyyə işçilərinin sosial müdafiəsi gücləndirilmişdir. Bu sahədə aparılan genişmiqyaslı islahatlar milli səhiyyə sisteminin müasirləşməsinə, vətəndaşların tibbi xidmətdən yüksək səviyyədə yararlanmalarına səbəb olmuşdur.

Ardını oxu...

Muxtar respublikamızda tikinti-quraşdırma və abadlıq işlərinin həcmi ildən-ilə öz əhatə dairəsini genişləndirir. Hazırda regionun tikinti təşkilatlarında 12 min nəfərdən çox işçi çalışır. Bu göstərici tikinti sektorunun muxtar respublika iqtisadiyyatındakı rolunu və əhəmiyyətini göstərməklə yanaşı, bu sahədə əməyin təşkili və təhlükəsizlik məsələlərinə diqqətin artırılmasını da zəruri etmişdir.
İstehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlərlə əlaqədar 2011-ci il iyun ayının 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə verilən tapşırıqların icrası üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində hazırlanmış tədbirlər planı ardıcıl şəkildə həyata keçirilir.
Naxçıvan şəhərinin Atatürk küçəsindəki yaşayış binasının tikintisində çalışan 34 nəfər inşaatçı və quraşdırıcının iştirakı ilə dünən tibbi təlim təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş məsləhətçi-cərrahı, tibb üzrə fəlsəfə doktoru Sabir Novruzov tikinti obyektlərində baş verən istehsalat qəzalarında insanların sağlamlığının qorunması üçün həyata keçirilən tədbirlərdən danışmışdır.
Naxçıvan Muxtar Respublika Xəstəxanası Travmatologiya şöbəsinin həkim-ordinatoru Aydın Qazıbəyov, Reanimasiya şöbəsinin ordinatoru Hüseyn Abdullayev və Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinin çağırışçı-həkimi Əkrəm Məmmədli xarici və daxili, arterial, venoz, kapillyar qanaxmalar, kəllə-beyin travmaları, zədələnmə və sınıqlar, ürək, ağciyər çatışmazlığı zamanı göstərilən ilkin tibbi yardım barədə məlumat vermişlər. Bildirilmişdir ki, hər hansı zədəyə (əzilmə, sınıq və sair) məruz qalmış şəxsin həyatını xilas etmək və sağlamlığını qorumaq üçün ona göstərilmiş həkiməqədərki ilk yardımın böyük əhəmiyyəti vardır. İstehsalat qəzası keçirən insanlarda duyğu, düşüncə və davranış dəyişik­liyi, yardım edənə qarşı inamsızlıq, yardım qəbul etməmək kimi hallar yaşanır. Belə halların baş verməməsi üçün inşaatçıların maariflənməsi, fövqəladə vəziyyətlərə qarşı əvvəlcədən hazırlıqlı olması vacibdir. Belə vəziyyətlərdə hər kəs özünü ələ almalı, təmkinli və bacarıqlı olmalı, təlaş və çaxnaşmaya yol verməməlidir.
Təlimdə əyani vasitələrdən geniş istifadə olunmuş, suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunan Gürcüstanın Acarıstan Muxtar Respublikasından gələn uşaqların müalicəsi uğurla davam edir. 17 uşaq, 8 valideyn və bir nəfər Acarıstan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşından ibarət qrup artıq 6-cı gündür ki, mərkəzdədir.
“Bura bizim uşaqlara çox yaxşı təsir edir. Mənim qızım bronxial-astmadan əziyyət çəkir. Hər gün bir neçə dərman qəbul edir. 6 gündür ki, burdayıq. Amma bu günədək nə kəskin ağrıları olub, nə də hansısa həbi qəbul edib”. Bunları Batumdan olan valideyn Natiya Kavazaşvili bildirib. Acarıstan Səhiyyə Nazirliyinin əməkdaşı və valideyn Yekaterina Russiya onlara göstərilən xidmətdən və qayğıdan razılığını ifadə etdi: “Mən Naxçıvan Muxtar Respublikasının rəhbərinə minnətdaram. Onun bu təşəbbüsü həm iki ölkə, həm də xalqlarımız arasında dostluğu möhkəmləndirən addımdır. Buradakı uşaqların əksəriyyəti imkansız və orta səviyyəli ailələrin uşaqlarıdır. Onları burada pulsuz olaraq müalicə etmək Naxçıvanın acarıstanlılara ən böyük hədiyyəsidir”.
Ötən il eyni məqsədlə Naxçıvana gələnlərin əksəriyyəti bu il yenə də müalicə üçün müraciət edib. Onların əksəriyyətində 60-70 faiz yaxşılaşma hiss olunur. Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Ruslan Süleymanovun bildirdiyinə görə, acarıstanlı uşaqların Naxçıvanda müalicəsi iyun ayının 17-nə qədər davam edəcək.

Səməd CANBAXŞIYEV

Muxtar respublikamızda əvvəlki aylarla müqayisədə may ayında epidemioloji vəziyyət nisbi sabit olmuş, yoluxmaların baş verməməsi üçün bütün tibb heyəti lazımi tədbirləri həyata keçirmişdir. Müşahidə olunan brusellyoz xəstəliyi isə birbaşa baytarlıq xidmətlərinin səhlənkarlığı ucbatından baş vermiş və qeyri-sağlam təsərrüfatlarda xəstə heyvanların aşkarlanmaması, digərlərinin yoluxmaması üçün vaksinasiyanın aparılmaması 9 nəfərin bu xəstəliyə yoluxmasına səbəb olmuşdur.
Digər mövsümi xəstəliklərin qarşısının alınması məqsədilə qidalanma sənayesi, kommunal, ictimai-iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilmiş, regional sanitar-epidemioloji xidmət orqanlarının direktorları qarşısında əhalinin sanitariya-epidemioloji sağlamlığının təmin edilməsi məqsədilə həmin obyektlər üzərində sanitariya nəzarətini bir daha gücləndirmələri və laboratoriya təhlillərinin aparılması üçün nümunələrin Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilməsi barədə xüsusi tələblər qoyulmuşdur.

Ardını oxu...

Bir neçə gün əvvəl Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə ağır vəziyyətdə olan bir xəstə gətirildi. Culfa rayonunun Ərəfsə kənd sakini İsgəndər Nəcəfov yarımkəskin fazada olan miokard infarktı keçirmişdi. Kardioloqlar tərəfindən aparılan ilkin müalicə tədbirlərinə baxmayaraq, xəstənin ürək döyüntülərinin sayı kəskin azalaraq 30-a enmiş, ürəkdaxili keçirici yollarda tam blokada yaranmışdı. Belə hallar xəstələrin həyatı üçün təhlükə hesab edildiyindən onlara süni ürəkidarəedici kardiostimulyatorun qoyulması vacibdir. Gətirilən xəstədə də həmin hal yarandığından vəziyyət vaxtında qiymətləndirilmiş və ona süni ürəkidarəedici kardiostimulyator aparatının qoyulması zəruri hesab edilmişdir. Lakin bunu kim etməli? Çünki indiyədək belə mürəkkəb əməliyyatlar Bakı şəhərindən gəlmiş yüksək ixtisaslı kardioloq-cərrahlar tərəfindən həyata keçirilmişdi. İndi isə onları gözləmək xəstənin həyatı bahasına başa gələ bilərdi.

Belə bir anda Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkimi Nail Mehbalıyev bu mürəkkəb əməliyyatı öz üzərinə götürdü. Xəstənin ailəsi, qohum-əqrəbası gözlərini intizarla əməliyyat blokunun qapısına zilləmişdi. Bir neçə saat davam edən əməliyyatdan sonra, nəhayət, qapı açıldı. Gənc həkimin üzü gülürdü. Onun sevinc dolu çöhrəsi xəstənin həyatının xilas edildiyindən xəbər verirdi. Xəstəyə süni ürəkidarəedici kardiostimulyator aparatı qoyulduqdan sonra arterial təzyiq bərpa olunmuş, hemodinamik göstəricilər yaxşılaşmışdı. Sağlamlıq durumu qənaətbəxş idi. Artıq o, gələcəkdə lazım olan digər əməliyyatların davam etdirilməsinə hazır idi.

Ardını oxu...

Xroniki böyrək çatışmazlığı hər hansı səbəbdən böyrəklərin funksiyasının tədricən zəifləməsi nəticəsində baş verən patoloji haldır. Böyrəklərin xroniki iltihabı, irsi, allergik-immunoloji, infeksion xəstəlikləri, eləcə də şəkərli diabet, hipertoniya, qida və dərman zəhərlənmələri və bir sıra uroloji patologiyalar bu xəstəliyin baş verməsinə səbəb ola bilər. Xəstəliyin vaxtında qarşısının alınması, onların müalicəsi xüsusi proqramla tənzimlənir, böyrək xəstəliklərindən əziyyət çəkən insanlar dövlət hesabına hemodializlə və dərman preparatları ilə təmin edilirlər.
Əvvəllər xroniki böyrək çatışmazlığı olan xəstələr muxtar respublikamızda hemodializ aparatlarının məhdudluğu üzündən paytaxt Bakı şəhərinə, qonşu xarici ölkələrə gedirdilər. Hazırda muxtar respublikanın səhiyyə müəssisələrində 21 müasir hemodializ aparatı vardır. Onlardan 10 ədədi Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində, 3 ədədi Naxçıvan Muxtar Respublika Xəstəxanasında, 2 ədədi Culfa, 2 ədədi Ordubad, 3 ədədi Şərur Rayon Mərkəzi xəstəxanalarındadır. Diaqnozu təsdiq olunduqdan sonra xəstələr Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində və Naxçıvan Muxtar Respublika Xəstəxanasında qeydiyyata alınır, onların müalicə alacağı tibb müəssisəsi müəyyənləşdirilir. Hazırda muxtar respublika üzrə xroniki böyrək çatışmazlığından əziyyət çəkən 76 xəstədən 52-si Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində, 7-si Naxçıvan Muxtar Respublika Xəstəxanasında, 5-i Ordubad, 6-sı Culfa, 6-sı isə Şərur Rayon Mərkəzi xəstəxanalarında dializ olunur.

Ardını oxu...

Dünən Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında muxtar respublikada anesteziologiya və reanimatologiyanın aktual problemlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov tədbiri giriş sözü ilə açaraq səhiyyənin hərtərəfli inkişafı sahəsində görülən işlərdən danışmışdır.
Sonra Naxçıvan Muxtar Respublika Xəstəxanası Anesteziologiya və reanimatologiya şöbəsinin müdiri Azər Məmmədov, şöbənin həkimlərindən Elsevər Ağayev, Bəhriyyə Əliyeva, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin Anesteziologiya və reanimatologiya şöbəsinin müdiri Ənvər Şıxəliyev və həmin şöbənin həkimi Məhəbbət Məmmədova məruzələr etmişlər.
Vurğulanmışdır ki, muxtar respublikamızın səhiyyə müəssisələrində fəaliyyət göstərən anesteziologiya şöbələri tibb elminin müasir inkişafından bəhrələnərək yüksək səviyyəli anestezioloji xidmət göstərirlər. Əməliyyat otaqlarının müasir tibbi avadanlıqlarla təchiz olunması müxtəlif anesteziya növlərini həyata keçirməyə şərait yaradır. Anesteziologiya şöbəsinin həkimləri və tibb personalı ixtisas səviyyələrini artırmaq məqsədilə mütəmadi müxtəlif ölkələrin klinikalarında təcrübə kursları keçirlər.
Məruzələr slayd və videogörüntülərlə müşayiət olunmuş, verilən suallar cavablandırılmışdır.
Elmi-praktik konfransda muxtar respublikanın səhiyyə müəssisələrində fəaliyyət göstərən anestezioloq və reanimatoloqlar, cərrahlar, nevropatoloqlar, ginekoloqlar və təcili yardım həkimləri iştirak etmişlər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2012-ci ilin yanvar ayında Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfəri zamanı səhiyyə sahəsində əlaqələrin inkişafı barə­də də fikir mübadiləsi aparılmış, bu sahədə qarşılıqlı əməkdaşlığın per­s­pektivləri nəzərdən keçirilmişdir. Ali Məclisin Sədri səhiyyə sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd etmiş, tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən acarıstanlı uşaqların Naxçıvanın Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunması barədə təklif razılıqla qarşılanmışdır.
Ötən il iyun ayının 2-dən 14-dək Acarıstan Muxtar Respublikasından olan və astma-bronxit xəstəliyindən əziyyət çəkən 14 uşaq Duzdağ Fizioterapiya Mərkəzində pulsuz müalicə kursu keçmişdir.
Bu tədbirin davamı olaraq, iyun ayının 3-də Acarıstan Muxtar Respublikasından olan daha 19 uşaq və 7 valideyn Naxçıvan Muxtar Respublikasına gəlmişdir.
“Duzdağ” otelində qonaqları Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Ruslan Süleymanov qarşılamışdır.

Ardını oxu...

Hər hansı ölkədə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi, ilk növbədə, tibb işçilərinin bilik səviyyəsi ilə müəyyənləşir. Tibbi biliklər isə daim yenilənməli, dünyada bu sahədə əldə edilən yeni məlumatlarla, tətbiq olunan təcrübi bacarıqlarla zənginləşdirilməlidir. Səhiyyə işçilərinin ixtisas səviyyələrinin artırılması muxtar respublikamızda da diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu məqsədlə cari ilin ötən 5 ayı ərzində 39 tibb bacısı Naxçıvan Tibb Kollecində, 12 həkim Bakı şəhərində həkimləri təkmilləşdirmə kursunda, 1 həkim İspaniyada, 19 həkim və orta tibb işçisi Türkiyə Respublikasında olmaqla, 27 həkim və 44 tibb bacısı təkmilləşdirmə kurslarında olmuşlar.
Naxçıvan Muxtar Respublikasının tibb müəssisələrində çalışan 7 həkim və bir orta tibb işçisi Ankara Eyitim Araşdırmalar Xəstəxanasında iyunun 1-dən 29-dək davam edəcək kardiologiya və laboratoriya üzrə ixtisaslaşdırma kurslarında iştirak edəcəklər.
Naxçıvan səhiyyəsi üçün səmərəli olan mübadilələrin həyata keçirilməsində Türkiyənin Kocaeli Universitetinin də xidmətləri böyükdür. Naxçıvan əhalisinə tibbi xidmətin daha da yaxşılaşdırılması məqsədilə 5 həkim bir və ikiaylıq ixtisasartırma kursu keçmək üçün Kocaeli Universitetinə göndərilmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Məlum olduğu kimi, bu işə 2011-ci ilin sentyabr ayından başlanmış, indiyə qədər şəffaf şəraitdə 420 həkim test imtahanında iştirak etmişdir. Onlardan 386 nəfər müsahibə mərhələsini də başa vuraraq növbəti beş il üçün sertifikat almışdır.
Növbəti test imtahanında fizioterapiya və tibbi bərpa, əczaçı ixtisasları üzrə həkimlər iştirak etmişlər. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasında keçirilən test imtahanında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Sertifikasiya Şurasının sədri Kəmalə Qurbanova test imtahanının qaydaları haqqında məlumat vermişdir.
Sonra Sertifikasiya İmtahan Komissiyasının sədri Süleyman Cəfərov çıxış edərək bildirmişdir ki, hazırda dünya tibb elmində çox böyük inkişaf gedir. Əvvəllər müalicə olunmayan xəstəliklər indi artıq müalicə edilir. Bu proseslər muxtar respublikamızda da həkimlərin bilik və peşə bacarıqlarının artırılmasını zəruriləşdirir. Sertifikasiya əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının artırılması məqsədilə həyata keçirilir. Bu, həkim və orta tibb işçilərinin nəzəri bilik və təcrübi bacarıqlarını daha da artırmalarına imkan yaradacaqdır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən 1000 sual tərtib edilərək kompyuterə yerləşdirilmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 100 sual seçilərək imtahanda iştirak edən 27 nəfərə paylanmış, 3 saat davam edən imtahanın şəffaf, tam obyektiv şəraitdə keçirilməsi təmin edilmişdir.
Test imtahanının yekunlarına görə, 60 və ya daha çox bal toplamış 24 mütəxəssis sertifikasiya prosesinin ilk mərhələsini başa vurmuşdur. Onlardan 12 nəfər 90-100, 9 nəfər 80-90, 1 nəfər 70-80, 2 nəfər isə 60-70 arası bal toplayaraq test imtahanından keçərli sayılmışdır. Növbəti test imtahanı yüksək bal toplayanların sayının artması ilə səciyyələnir.
Sertifikasiya prosesinin müsahibə mərhələsi iyunun 11-də keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivləri könüllü qanvermə aksiyası keçiriblər. Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində keçirilən tədbirdə mərkəzin hemotoloq-transfizioloqu Gülnar Məmmədova çıxış edərək muxtar respublikamızda uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, növbəti qanvermə aksiyasının keçirilməsində əsas məqsəd qana ehtiyacı olan uşaqlara tibbi yardımın keyfiyyətinin artırılması, faktor preparatları ilə müalicənin təşkil edilməsi və digər tədbirlərin görülməsindən ibarətdir.
Sonra “Qan donorları, uşaqların həyatını birgə xilas edək” devizi altında qanvermə aksiyası keçirilib. Əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib, qan qrupları təyin edilib. Bir neçə saat davam edən aksiyada 18 nəfər könüllü olaraq qan verib. Donorlardan götürülən 5,5 litr qanın qrupları müəyyənləşdirilərək birli, ikili və üçlü torbalarda mərkəzin qan bankına təhvil verilib. Hazırda qan bankının soyuducusunda xəstələrə köçürülmək üçün kifayət qədər qan ehtiyatı mühafizə olunur. Tələbatdan artıq donor qanından müvafiq qan preparatlarının hazırlanmasında istifadə edilir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Növbəti yazıma başlamaq üçün bəzi Kitabları vərəqləyirəm. “Yüksək əqidə” kitabında maraqlı bir Şərq məsəli ilə qarşılaşıram. “Yaxşı həkim yalnız yaxşı həkimdirsə, ondan yaxşı həkim olmaz. ...Cəmiyyətin ən şairanə və gülərüzlü şəxsiyyətləri olmaqla onlar həvəsləndirir, fərəhləndirir və nəcibləşdirirlər”. Həqiqətən də, gözəl deyimdir. Hamımıza məlum olan faktdır ki, həkimin hansısa tibbi avadanlıqlar vasitəsilə müayinəsindən öncə onun davranışı, baxışı, sözü-söhbəti qarşısındakı insanın sağalmasına səbəb olmalıdır; insanlara xoş olan nələrisə xatırlatmalıdır; insanlarda inam yaratmalıdır. Elə böyük şəfa ocaqlarının orta əsrlərdə məşhur təbiblərin və müqəddəslərin adı ilə bağlanılması ənənəsi də buradan meydana çıxmışdı. Orta əsrlərdə dövrünün görkəmli tibb alimləri olmuş şəxslərin yaşadıqları mənzillərin və yaxud məzarlarının sonrakı tarixi dövrlərdə müqəddəs ocaq və ziyarətgahlara çevrilməsi ilə bağlı təkcə ölkəmizdə onlarla fakt mövcuddur.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR