22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda əvvəlki aylarla müqayisədə may ayında epidemioloji vəziyyət nisbi sabit olmuş, yoluxmaların baş verməməsi üçün bütün tibb heyəti lazımi tədbirləri həyata keçirmişdir. Müşahidə olunan brusellyoz xəstəliyi isə birbaşa baytarlıq xidmətlərinin səhlənkarlığı ucbatından baş vermiş və qeyri-sağlam təsərrüfatlarda xəstə heyvanların aşkarlanmaması, digərlərinin yoluxmaması üçün vaksinasiyanın aparılmaması 9 nəfərin bu xəstəliyə yoluxmasına səbəb olmuşdur.
Digər mövsümi xəstəliklərin qarşısının alınması məqsədilə qidalanma sənayesi, kommunal, ictimai-iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilmiş, regional sanitar-epidemioloji xidmət orqanlarının direktorları qarşısında əhalinin sanitariya-epidemioloji sağlamlığının təmin edilməsi məqsədilə həmin obyektlər üzərində sanitariya nəzarətini bir daha gücləndirmələri və laboratoriya təhlillərinin aparılması üçün nümunələrin Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilməsi barədə xüsusi tələblər qoyulmuşdur.

May ayı ərzində doğulmuş uşaqlardan 96,2 faizi idarəolunan yoluxucu xəstəliklərə görə BSJ, Hepatit “B”, Polimielit peyvəndi almışdır. Uşaqlar arasında idarəolunan yoluxucu xəstəliklər baş verməmiş, yoluxucu xəstəliklərin profilaktikası məqsədilə həyata keçirilən tədbirlərə nəzarət gücləndirilmişdir. Uşaq və yeniyetmə müəssisələrində fiziki inkişaf göstəriciləri nəzarətə gö­türülmüş, yaşdan asılı olaraq, uşaq orqanizminin vitamin və qida maddələrinə olan tələbatı menyu cədvəllərinin statistik işlənmə üsulu vasitəsilə təhlil edilmiş, həmin müəssisələrin rəhbərlərinə bu barədə müvafiq göstərişlər verilmişdir.
Su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, tullantı və çirkab suları axıdılan yerlərdə, məişət tullantıları qoyulan meydançalarda müntəzəm olaraq dezinfeksiya, dezinseksiya tədbirləri həyata keçirilmişdir.
Ay ərzində Bakterioloji laboratoriya fəaliyyətini davam etdirmiş, 41 su, 253 yuyuntu nümunələrinin, 500 digər nümunələrin müayinələri aparılmışdır. Obliqat qruplarında səhiyyə üzrə 299, təhsil üzrə 142, qidalanma sənayesi, ictimai-iaşə və ticarət üzrə 80, kommunal sahələr üzrə 32 nəfər, 120 sürücü daxil olmaqla, 428 nəfər bakterioloji müayinələrdən keçirilmişdir.
Radioloji qrup tərəfindən müxtəlif yerlərdə gündəlik olaraq radioloji ölçmələr aparılmış, təbii fon şüalanması yol verilən hədd daxilində olmuşdur. Qidalanma gigiyenası laboratoriyasında 61 nümunədə 291 müayinə aparılmış, o cümlədən yerli istehsal olan 13 xörək duzu nümunəsində yodun, həmçinin 14 un nümunəsində bəsit eletrolit dəmir preparatı ilə zənginləşdirmənin norma daxilində olduğu müəyyən edilmişdir. Kommunal gigiyena laboratoriyasında 42 nümunədə 336, Toksikoloji, xarici mühitdə və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 88 nümunədə 179 müayinə aparılmışdır. Xüsusi təhlükəli infeksiyalar laboratoriyasında vəbaya görə 48 su nümunəsi, qarayaraya görə 64 torpaq nümunəsi analiz edilmişdir.
Əhalinin sanitariya-epidemioloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılmış, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR