22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində “Hamiləliyin süni surətdə pozulması və biz onunla necə mübarizə aparırıq” mövzusuna həsr olunmuş seminar keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin baş pediatrı İbrahim Ağayev açmış, Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova hamiləliyin vaxtından əvvəl pozulmasının ana orqanizmində ciddi ginekoloji və digər xəstəliklərə səbəb olduğunu, bir sıra hallarda isə demo­qrafik vəziyyətə kəskin təsir göstərdiyini, ona görə də hamiləliyin süni surətdə pozulmasının dünya səhiyyəsində ciddi problem kimi gündəmdə qaldığını bildirmiş, muxtar respublikamızda bu problemin həlli istiqamətində görülən işlərdən danışmışdır.
Sonra Doğum Mərkəzinin həkimlərindən Nəzakət Gülməmməd­ovanın, Gülnaz Abbasovanın, Leyla Məmmədlinin, Gülnarə Hümbət­ovanın müxtəlif mövzularda mühazirələri dinlənilmişdir.

Bildirilmişdir ki, insanlar arasında gücsüz və müdafiəsiz birisinə qarşı amansız davranış qətiyyətlə pislənilir və qınaq obyektinə çevrilir. Ümumiyyətlə, cinayətə hədəf olan varlıq müdafiə baxımından nə qədər zəif olarsa, cinayəti bir o qədər ağır və rəhmsiz dəyərləndirirlər. Bətndəki körpə insanların ən gücsüzü hesab olunur. Dünyanın ən mehriban, ən şəfqətli fərdindən, yəni anadan nəsibi ölüm olan körpə öz anasının istəyilə qətlə yetirilir. Əslində, öz övladlarının qatili olan belə analar bu addan qaçırlar. Amma bu, acı bir həqiqətdir. Bətndəki canlının həyatına son qoymağa qətldən, cəzasız cinayətdən başqa bir ad vermək mümkün deyil. 
Vurğulanmışdır ki, demoqrafik böhranla üzləşmiş bir çox inkişaf etmiş dövlətlər hazırda bu ictimai böhranın qarşısını almaq istiqamətində böyük layihələr hazırlayır və problemin həlli istiqamətində yeni-yeni təsir imkanları axtarırlar.
Hamiləliyin süni surətdə pozulması insan həyatının məhvinə yönəlmiş bir hadisədir. İnsanın isə bu dünyadakı missiyası ölümə deyil, həyata yönəlib. İnsan yaşamağa və yaşatmağa gəlib bu dünyaya. Bir günahsız insanı öldürmək, İlahi vəhydə buyurulduğu kimi, bütün bəşəriyyəti öldürmək kimidir!
Tədbirdə muxtar respublikamızda hamiləliyin süni surətdə pozulmasına qarşı görülən işlərdən də bəhs olunmuşdur.
Tədbirdə slayd və videoçarxlar nümayiş olunmuş, müzakirələr aparılmış, suallar cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR