22 Dekabr 2024, Bazar

 Muxtar respublikanın səhiyyə müəssisələrində çalışan və risk qrupuna daxil olan ginekologiya, stomatologiya, cərrahiyyə, hemodializ, laboratoriya şöbələri işçilərinin, eləcə də obliqat qruplarının hepatit B infeksiyasına qarşı vaksinasiya olunması üçün fevralın 1-dən 28-nə kimi immunlaşdırma aylığı keçiriləcəkdir.

Bu məqsədlə hazırlıq işləri başa çatdırılıb. Rayon mərkəzi xəstəxanaları və Naxçıvan şəhərindəki tibb müəssisələrində tədbirin təşkili üçün məsul şəxslər təyin edilib. Vaksinasiyaya cəlb ediləcək tibb işçilərinin siyahıları tərtib olunub və onlardan qan götürülərək hepatit B virusuna qarşı analiz üçün Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə və Profilaktika Mərkəzinin laboratoriyasına göndərilib. Rayon mərkəzi xəstəxanalarında hepatit B vaksininin vurulması üçün vaksinator da daxil olmaqla üç, Naxçıvan şəhərində yerləşən bütün tibb müəssisələrində isə dörd orta tibb işçisindən ibarət briqadalar yaradılıb və tibb işçiləri lazımi səviyyədə təlimatlandırılıb.
Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə və Profilaktika Mərkəzinin laboratoriyasına göndərilən qan nümunələrinin hepatit B virusuna seroloji diaqnostikası aparılması, müayinənin nəticələri təsdiq edildikdən sonra hər bir tibb işçisi haqda məlumatın qan müayinələrinin göndərildiyi tibb müəssisəsinə qaytarılması təmin olunacaqdır. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi bu tədbirin lazımi səviyyədə həyata keçirilməsi məqsədilə hepatit B vaksininin bölgüsünə və təlimat əsasında ərazilərə çatdırılmasına ciddi nəzarət edəcək.

Ardını oxu...

Muxtar respublikada qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirən, dövlətinə və xalqına sədaqətlə xidmət edən vətənpərvər, zəhmətkeş insanların əməyi daim yüksək qiymətləndirilir, onlar müxtəlif orden, medal və fəxri adlarla təltif olunurlar. Bu günlərdə Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup səhiyyə işçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “Əməkdar həkim” və “Əməkdar tibb işçisi” fəxri adlarına layiq görülüblər. Həmin səhiyyə işçilərinin bir neçəsini redaksiyamıza dəvət edib sevinclərini bölüşdük.

Ardını oxu...

Muxtar respublikamızda səhiyyənin tarixi qədim dövrlərdən başlasa da, onun dövlət səviyyəsində təşkilatlanması ötən əsrin iyirminci illərinə təsadüf edir. 1924-cü il yanvarın 18-də Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xalq Səhiyyə Komissarlığı yaradılmış və bununla da, səhiyyə sisteminin dövlət tərəfindən tənzimlənməsinin əsası qoyulmuşdur. Həmin dövrdən etibarən Naxçıvan səhiyyəsi inkişaf yolu keçərək əhalinin sağlamlığının əsl mühafizəçisinə çevrilmişdir.

Ölkəmizdə səhiyyənin cəmiyyət və dövlət həyatında ən mühüm sahəyə çevrilməsi, onun inkişaf və tərəqqisi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra səhiyyənin inkişafının təmin edilməsi, müalicə-sağlamlıq işinin yaxşılaşdırılması məqsədilə mühüm tarixi qərarlar qəbul etmişdir. Bu dövrdə yeni tibb ocaqlarının tikilməsi, əhalinin kütləvi dispanser qeydiyyatına alınması və ixtisaslı həkim kadrlarının hazırlanması səhiyyə sisteminin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Ötən əsrin 70-80-ci illərində Naxçıvan şəhərində də respublika xəstəxanası, doğum evi, uşaq xəstəxanası, dəri-zöhrəvi, vərəm, onkoloji dispanserləri, Səhiyyə Nazirliyinin inzibati binası, rayon mərkəzlərində və kəndlərdə xəstəxana binaları, feldşer-mama məntəqələri tikilib istifadəyə verilmişdir.

Ardını oxu...

Ötən ilin dekabr ayında muxtar respublikamızda epidemioloji vəziyyət sabit olmuş, zəhərlənmələr baş verməmiş, infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilmişdir. Yenidoğulmuş uşaqların 94,6 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd almışdır. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilmiş, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, tullantı və çirkab suları axıdılan yerlərdə, məişət tullantıları qoyulan meydançalarda 7188 kvadratmetr dezinfeksiya, 3385 kvadratmetr dezinseksiya tədbirləri həyata keçirilmişdir.

Ardını oxu...

Səhiyyə sistemində tibbi xidmətin əhatə dairəsinin genişləndirilməsi, əhalinin hər bir təbəqəsinin keyfiyyətli tibbi xidmətlə əhatə olunması dekabr ayında da diqqət mərkəzində saxlanılmış, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilmişdir. Dekabr ayının əvvəlində Şahbuz rayon Nursu kənd həkim ambulatoriyasının və Babək rayon Naxışnərgiz kənd feldşer-mama məntəqəsinin açılışı olmuşdur.

Azərbaycan Respublikası M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 22 nəfərdən ibarət ayrı-ayrı ixtisaslar üzrə həkim briqadası tərəfindən Ordubad Rayon Mərkəzi Xəstəxanasında 2 min 238 nəfər tibbi müayinədən keçirilmiş, 58 nəfər əməliyyat olunmuşdur.

Ardını oxu...

Ötən il dekabr ayının son günlərində Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə ağır vəziyyətdə olan bir xəstə gətirildi. Kəskin miokard infarktı keçirdiyindən xəstənin ürəyində sağ koronar arteriya tamamilə tutulmuş, ürəyin dayanması müşahidə olunmuşdu. Xəstənin həyatı üçün təhlükə yarandığından stent implantasiyasına zərurət yaranmışdı. Belə mürəkkəb əməliyyatlar isə indiyədək Bakı şəhərindən gəlmiş yüksəkixtisaslı kardioloq-cərrahlar tərəfindən həyata keçirilirdi. İndi isə onları gözləməyə ehtiyac yox idi. Mərkəzin kardioloq-angioqrafı Nail Mehbalıyev yüksəkixtisaslı kardioloq-cərrahlarla onlarla belə xəstəni həyata qaytarmışdı. Özü isə ötən ildən müstəqil şəkildə xəstələr üzərində stent implantasiyası həyata keçirməyə başlamışdı. Odur ki, vaxt itirmədən işə başladı...

Ardını oxu...

Bu gün səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının yaxşılaşdırılmasından, orta ömür müddətinin uzadılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə əhatə olunmasından ibarətdir.
Bu məqsədlə səhiyyə xidmətinin genişləndirilməsi və onun keyfiyyətinin artırılması, səhiyyə müəssisələrinin dərman və avadanlıq təminatının daha da yaxşılaşdırılması, tibbi profilaktika tədbirlərinin əhatəliliyinin və keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsi, yeni səhiyyə müəssisələrinin inşası işləri müntəzəm olaraq həyata keçirilir. Ölkəmizin paytaxtı Bakı şəhərində fəaliyyət göstərən kardiocərrahiyyə, uroloji, göz, angio­qrafiya və digər ixtisaslar üzrə həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi, aztəminatlı ailələr üçün nəzərdə tutulmuş xüsusi sağlamlıq layihələrinin intensiv qaydada icra olunması davam etdirilir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yüksək­ixtisaslı həkim briqadalarının hər il olduğu kimi, “Muxtariyyət ili”ndə də muxtar respublikamıza gəlməsi aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicə işinin daha da yaxşılaşmasına və həmin xəstələrin muxtar respublikadan kənara getmədən cərrahi əməliyyatların təşkilinə şərait yaradır.
Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadovun rəhbərlik etdiyi yüksəkixtisaslı həkim heyəti isə bu il ikinci dəfə – dekabr ayının 24-dən başlayaraq növbəti humanitar aksiya keçirir.

Ardını oxu...

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Məlum olduğu kimi, bu işə 2011-ci ilin sentyabr ayından başlanıb və ötən dövr ərzində imtahanlarda iştirak edən 530 həkimdən 482-si, 298 orta tibb işçisindən 135-i şəffaf şəraitdə test imtahanları veriblər.
Onlar müsahibə mərhələsini də uğurla başa vuraraq növbəti beş il üçün sertifikat alıblar. Hazırda orta tibb işçilərinin sertifikasiya-test imtahanları davam edir.

Ardını oxu...

Dekabrın 20-də Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının pediatr, oftalmoloq, stomatoloq və laborantlardan ibarət həkim briqadası Şahbuz rayonunun Keçili kəndində uşaqlara profilaktik tibbi xidmət göstərib. Briqadanın fəaliyyəti zamanı 68 nəfər 0-18 yaşlı əhali profilaktik müayinədən keçirilib. 50 nəfər valideynlə səhiyyə maarifi işi aparılıb. Dispanserizasiya işinin düzgün təşkili, peyvəndlərin təqvim üzrə aparılması, tibbi sənədləşmənin həyata keçirilməsi üçün həkim ambulatoriyasının tibb bacılarına metodik məsləhətlər verilib. Aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün onların müvafiq səhiyyə müəssisələri­nə getmələri tövsiyə edilib. Xəstələr pulsuz dərman və sarğı materialları ilə təmin olunublar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Səhiyyə sistemində tibbi xidmətin əhatə dairəsini genişləndirmək, əhalinin hər bir təbəqəsinə keyfiyyətli tibbi xidmət göstərmək prioritet istiqamətlərdən biridir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, noyabr ayında da bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilmişdir. Ötən ay təhsil müəssisələrində şagirdlərin kütləvi profilaktik müayinəsi davam etdirilmiş, müayinələr başlanandan bəri 36699 nəfər müayinədən keçmiş, 3855 uşaqda müxtəlif patologiyalar aşkar olunaraq müvafiq profilaktik tədbirlər görülmüşdür.

Ardını oxu...

Səhiyyənin inkişafı ilə bağlı muxtar respublikamızda həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. Bacarıqlı, yüksəkixtisaslı tibbi kadrların hazırlanmasından tutmuş səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, yeni sağlamlıq ocaqlarının yaradılmasına, ən müasir tibbi avadanlıqların diyarımıza gətirilməsinə qədər görülən işlər inkişafın əsas göstəriciləridir.

Düşmənlə təmas xəttinin beş addımlığında yaşayan Sədərək rayonunun əhalisinə nümunəvi səhiyyə xidməti göstərilməsinin təmin olunması da sərhəd bölgəsinə dövlət qayğısının əyani ifadəsidir. Bu davamlı qayğı rayon səhiyyəsinin maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm şərtdir. 2010-cu il oktyabrın 5-də zirzəmi ilə birlikdə üçmərtəbəli xəstəxana binası istifadəyə verilib, lazımi avadanlıqlarla təchiz edilib. Xəstəxananın açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayon sakinlərini təbrik edərək sərhəd bölgəsində müasir səhiyyə ocağının yaradılmasını yüksək qiymətləndirib: “Bu xəstəxananın açılışı gözəl və əlamətdar hadisədir. Mən xəstəxana ilə tanış oldum, gördüm ki, burada müasir avadanlıq quraşdırılıbdır, yüksək səviyyədə tikinti işləri aparılıbdır, gözəl layihədir. Həm müalicə olmaq, həm də müayinədən, diaqnostik prosedurlardan keçmək üçün bütün şərait, imkan vardır. Bu xəstəxana rayon sakinləri üçün gözəl bir hədiyyədir. Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksəksəviyyəli tibbi xidmət göstərilsin. Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar əldə edilir...”

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, bu il noyabrın 3-dən 5-11-ci siniflərdə təhsil alan məktəblilər arasında ağciyər vərəminin profilaktikası və ilkin vərəmin vaxtında aşkar edilməsi məqsədilə kütləvi tuberkulin diaqnostikası – mantu sınaqlarının aparılmasına başlanılıb. Bu xəstəliyin ayrıca klinik forması olan ilkin vərəm intoksiyası naməlum lokalizasiyalı vərəm infeksiyası ilə xarakterizə edilir. İlkin vərəm intoksiyasının rentgenoloji və instrumental müayinələrlə üzə çıxarılması mümkün olmadığından uşaq və yeniyetmələrdə ilkin vərəm intoksiyasının diaqnozu kütləvi şəkildə aparılan mantu sınağının nəticəsinə və ondan sonrakı şikayətlərin müqayisəli öyrənilməsinə əsaslanır.

Ardını oxu...

Muxtar respublikamızda bu virusa qarşı mübarizə tədbirləri gücləndirilir

Hər il dekabr ayının 1-i “Ümumdünya QİÇS-lə Mübarizə Günü” kimi qeyd edilir. 1988-ci ildə təsis olunan QİÇS-lə Mübarizə Gününün məqsədi dünya ictimaiyyətinin diqqətini bu problemin həllinə cəlb etməkdir.

Qazanılmış İmmun Çatışmazlığı Sindromu dünya səhiyyəsinin ciddi mübarizə apardığı infeksion xəstəliklər sırasındadır. Bu virus insanların məhvinə səbəb olan ən təhlükəli qlobal problemlərdəndir. Epidemiya kimi ilk dəfə harada aşkarlanması məlum olmayan QİÇS heç bir sərhəd tanımadan Yer üzündə tüğyan etməkdədir. Bəlkə, elə bu xüsusiyyətinə görə o, əsrin bəlalarından biri hesab olunur. Qloballaşan dünyada getdikcə güclənən miqrasiya prosesləri də epidemiyanın sürətlə yayılmasına rəvac verir. Hazırda dünyada milyonlarla insan bu virusun daşıyıcısıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər gün 6800-dən artıq insan immun çatışmazlığı virusuna (İİV) yoluxur, 5700-dən artıq insan isə QİÇS səbəbindən vəfat edir.

Ardını oxu...

Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə görülən işlərin, aparılan islahatların məntiqi davamı kimi bu ildən etibarən ölkəmizdə uşaqlar icbari dispanserizasiyaya cəlb ediliblər.
Xatırladaq ki, bu tədbir uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinin təşkilati-hüquqi əsaslarını, uşaqlar arasında aparılan müalicə-profilaktika tədbirlərini müəyyən edən, bu sahədə yaranan münasibətləri tənzimləyən “Uşaqların icbari dispanserizasiyası haqqında” 5 mart 2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və ölkə Prezidentinin 10 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiqlənən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq aparılır.
Son illər muxtar respublikamızda da bu sahədə mühüm tədbirlər həyata keçirilib. Uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və digər tədbirlər muxtar respublikada uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına imkan verib. Həyata keçirilən bütün bu tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, bu il noyabrın 3-dən V-XI siniflərdə təhsil alan məktəblilər arasında vərəmin erkən aşkar edilməsi məqsədilə kütləvi tuberkulin diaqnostikası – mantu sınaqlarının aparılmasına başlanılıb. Bu sınaqları icra edəcək pediatr, epidemioloq və vaksinatorlardan ibarət xüsusi briqadalarının, orta tibb işçilərinin hazırlığı məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində və rayon mərkəzi xəstəxanalarında seminar-treninqlər keçirilib. Bu tədbirlərdə məktəblərin tibb işçiləri tərəfindən uşaq və yeniyetmələr arasında başlanğıc və məhdud formalı vərəmin erkən aşkar edilib vaxtında müayinə və müalicəyə cəlb edilməsinin mahiyyəti və əhəmiyyəti barədə məlumat verilib. Aseptik qaydalara ciddi əməl olunmaqla məktəblərin tibb məntəqələri tam hazır vəziyyətə gətirilib. Bir həkim və 2 vaksinatordan ibarət xüsusi briqadalar lazımi sınaq, dərman preparatları ilə təchiz olunublar.
Naxçıvan şəhərindəki tam orta məktəblərdə kütləvi tuberkulin diaqnostikası Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının Poliklinika şöbəsinin nəzarəti altında ərazi prinsipi üzrə həkim və vaksinatorlardan ibarət 16 xüsusi briqada tərəfindən icra olunub. V-XI siniflərdə təhsil alan 6017 məktəblinin cəlb edildiyi sınaq 2 mərhələdə keçirilib. Aksiyanın sonunda reaksiyası şübhəli olan uşaqlar Ağciyər Xəstəlikləri Dispanserində dərin ftiziatr müayinəsinə cəlb ediliblər. Virajlı, yəni ilk dəfə vərəm mikrobakteriyaları ilə yoluxmuş uşaqlar xüsusi nəzarətə götürülərək profilaktik məqsədlə bir neçə ay pulsuz dərman preparatları ilə təmin olunacaqlar.
Rayonlarda isə mantu sınaqları gigiyena və epidemiologiya mərkəzləri və rayon mərkəzi xəstəxanalarının nəzarəti altında həyata keçirilir. Mantu sınaqları və dərin tibbi yoxlamalar, eləcə də uşaqların icbari dispanserizasiyası ay ərzində davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan şəhərinin ümumtəhsil müəssisələrinin şagirdləri arasında hər il keçirilən payız mövsümünün dərin tibbi yoxlamaları başa çatıb. Profilaktika xarakteri daşıyan yoxlamalara bu il oktyabrın 13-də start verilib. Ötən müddətdə Naxçıvan şəhərində 20 tam orta məktəbin 10 min 262-i şagirdi dərin tibbi yoxlamalara cəlb olunub. Onlardan 1185 şagird göz, 968 şagird stomatoloji, 280 şagird nevroloji, 88 şagird cərrahi, 35 şagird dəri-zöhrəvi, 227 şagird LOR, 43 şagird endokrinoloji, 54 şagird isə digər xəstəliklərin ilkin əlamətlərinə görə əlavə və təkrar müayinələr üçün xəstəxanaya – stasionara dəvət edilib. Ehtiyac olan hallarda bəzi uşaqların ixtisaslı mütəxəssis həkimlər (ftiziatr, kardioloq, nevropatoloq, dermatoloq, uroloq) tərəfindən konsultasiyası, stasionar müalicəsi təşkil olunub.
Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının LOR, oftalmoloq, nevropatoloq, cərrah, pediatr, stomatoloq, dermatoloq, ortopedlərdən təşkil olunmuş həkim briqadası tərəfindən Naxçıvan şəhərində həyata keçirilən bu tədbirlə yanaşı, səhiyyə maarifi işi də aparılıb. Valideyn və müəllimlər şagirdlərin sağlamlığına göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Oktyabr ayında muxtar respublikamızda epidemioloji vəziyyət sabit olub, zəhərlənmələr baş verməyib, infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib.
Yeni doğulmuş uşaqların 94,9 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd alıb. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qida sənayesi, kommunal, ictimai iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilib, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, tullantı və çirkab suları axıdılan yerlərdə, məişət tullantıları qoyulan meydançalarda 33 min 373 kvadratmetr dezinfeksiya, 11090 kvadratmetr dezinseksiya tədbirləri həyata keçirilib.

Ardını oxu...

Son illərin quruculuq ünvanlarından biri olan, orijinal memarlıq üslubunda qurulmuş 5 mərtəbəli Ordubad Rayon Mərkəzi Xəstəxanasında xəstələrin müalicə və müayinəsi üçün hər cür şərait yaradılıb, LOR, oftalmoloq, cərrah, nevropatoloq və terapevt otaqları, stasionar və mobil rentgen qurğuları, flüoqraf, ultrasəslə müayinə və elektrokardioqrafiya aparatları quraşdırılıb.
Reanimasiya və əməliyyat bölməsində yerləşən palatalarda süni tənəffüs aparatlarının, defibliyatorun, çarpayıyanı monitorların və ilk yardım ləvazimatlarının olması səhiyyə ocağında ağır xəstələrin müalicəsinə imkan verir. Əməliyyat otağı narkoz aparatı, sorucu, kiçik və böyük cərrahi avadanlıqlar dəsti ilə təchiz edilib. Əməliyyat və doğuş otaqlarında antibakterial havalandırma sistemi quraşdırılıb. Yaradılmış şərait digər rayonlarda olduğu kimi, Ordubad Rayon Mərkəzi Xəstəxanasında da yüksəkixtisaslı həkim briqadalarının fəaliyyətinə stimul verib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, yüksəkixtisaslı cərrah həkimlər rayon xəstəxanasında olub, bir gündə 7 xəstə üzərində 5 tonzilloektamiya, dəbəllik və dermoid kistaya görə cərrahi əməliyyatlar aparıblar. Bu əməliyyatlar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş məsləhətçi-cərrahı, tibb üzrə fəlsəfə doktoru Sabir Novruzov, Naxçıvan Muxtar Respublika Xəstəxanası Burun-qulaq-boğaz şöbəsinin müdiri Fərman Novruzov, reanimatoloq-anestezioloq Hüseyn Abdullayev tərəfindən həyata keçirilib. Cərrahi müdaxilələrdə Ordubad Rayon Mərkəzi Xəstəxanasının cərrahı İlqar İbrahimov da iştirak edib.
­

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Məlum olduğu kimi, bu işə 2011-ci ilin sentyabr ayından başlanıb, təkcə cari ilin mart ayından iyun ayının sonuna kimi imtahanda 240 nəfər iştirak edib, 167 nəfər uğurlu nəticələr qazanıb.
Növbəti test imtahanında isə “laboratoriya işi” ixtisası üzrə Şərur, Şahbuz, Babək, Ordubad, Culfa, Sədərək rayon mərkəzi, kənd sahə xəstəxanalarının, kənd həkim ambu­latoriyalarının 46 orta tibb işçisi öz bilik və bacarıqlarını sınayıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, hər il yaz və payız mövsümlərində ümumtəhsil müəssisələrində şagirdlər arasında dərin tibbi yoxlamalar aparılır. Cari payız mövsümünün yoxlamalarına isə oktyabrın 13-dən start verilib.

Ardını oxu...

Bu, müalicəxanada tibbi xidmət göstərilməsi üçün yaradılan yüksək şəraitin nəticəsidir

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə müalicəvi suların olduğu yerlərdə səhiyyə ocaqlarının, sanatoriyaların tikilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Lakin ötən əsrin 90-cı illərinin əvvəllərində belə səhiyyə müəssisələrinin də fəaliyyyəti dayandı. 

Ulu öndərimizin Azərbaycanda ikinici dəfə siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf təbii üsullarla müalicə məqsədilə inşa olunmuş səhiyyə ocaqlarının da yenidən qurulmasına geniş imkanlar açıb. Ölkəmizin ayrı-ayrı regionlarında olduğu kimi, muxtar respublikamızda da bu istiqamətdə kompleks tədbirlər həyata keçirilib, yeni səhiyyə ocaqları ilə yanaşı, təbii üsulla müalicə məqsədilə yaradılmış Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası yenidən qurularaq istifadəyə verilib.
Böyük debitə malik olan yeraltı sərvətlərdən biri də Darıdağ arsenli mineral suyudur. Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə, Darıdağın sıldırım yamacları arasında, dəniz səviyyəsindən 800-900 metr hündürlükdə yerləşən Şorsu dərəsində “Şəfa bulağı” adlanan əraziyə yaxınlaşdıqda quruculuq ərməğanlarının təbiət mənzərələri ilə həmahənglik təşkil etdiyi ecazkar bir mənzərə ilə qarşılaşırsan. Naxçıvan-Ordubad magistralından müalicəxanayadək olan avtomobil yolu asfalt-beton örtük salınmaqla yenidən qurulub, burada yeni bina tikilib, müalicə olunanların istirahəti üçün hərtərəfli şərait yaradılıb.

Ardını oxu...

Muxtar respublikada idmanın kütləviliyinə nail olmaq, müxtəlif idman növlərinin inkişafını təmin etmək, gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq məqsədilə həyata keçirilən tədbirlər davamlı xarakter alıb.
Bu isə naxçıvanlı gənclərin fiziki cəhətdən sağlam böyümələrində, onların ölkə və beynəlxalq səviyyəli idman yarışlarında muxtar respublikanı uğurla təmsil etmələrində başlıca stimula çevrilib.
Həyata keçirilən tədbirlər çərçivəsində idmançıların tibbi yoxlamalara cəlb olunması da mühüm yer tutur. Növbəti belə aksiya 20-24 oktyabr 2014-cü il tarixlərində keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman və Səhiyyə nazirliklərinin iş planına əsasən, muxtar respublikadakı olimpiya-idman komplekslərində və idman obyektlərində idmanla məşğul olanlar tibbi yoxlamaya cəlb ediliblər. Məqsəd idmançıların sağlamlığının təmin olunması və havaların soyuması ilə əlaqədar infeksion xəstəliklərə qarşı qabaqlayıcı tədbirlərin görülməsi, müayinələrin aparılması idi. Yoxlama zamanı idmançılarımızın səhhətlərində heç bir ciddi qüsur aşkar edilməyib.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, bu il noyabrın 3-dən 15-dək muxtar respublika ərazisində 5-11-ci siniflərdə təhsil alan məktəblilər arasında vərəmin erkən aşkar edilməsi məqsədilə kütləvi tuberkulin diaqnostikası – mantu sınaqları aparılacaqdır. Bu sınaqları icra edəcək pediatr, epidemioloq və vaksinatorlardan ibarət xüsusi briqadaların, orta tibb işçilərinin hazırlığını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində seminar-treninq keçirilib.
Tədbiri giriş sözü ilə açan Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-epidemioloqu Zülfiyyə Həsənova uşaq və yeniyetmələr arasında başlanğıc və məhdud formalı vərəmin erkən aşkar edilib vaxtında müayinə və müalicəyə cəlb edilməsinin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib.

Ardını oxu...

Sentyabr ayında muxtar respublikamızda epidemioloji vəziyyət sabit olmuş, zəhərlənmələr baş vermə­miş, infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilmişdir. Yenidoğulmuş uşaqların 95,9 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd almışdır. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilmiş, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, tullantı və çirkab suları axıdılan yerlərdə, məişət tullantıları qoyulan meydançalarda 36 min 810 kvadratmetr ərazidə dezinfeksiya, 19 min 465 kvadratmetr ərazidə dezinseksiya tədbirləri həyata keçirilmişdir.
İstehsal olunmuş məhsulların sertifikatlaşdırılması işi Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə aparılmış, 45 məhsul sertifikatlaşdırılmışdır.

Ardını oxu...

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi muxtar respublika üçün həyativacib obyektlərdən biridir. Ölkə başçısının muxtar respublika əhalisinə çox dəyərli hədiyyəsi olan bu səhiyyə ocağında çoxsaylı aparat və avtoanalizatorla təchiz edilmiş laboratoriyalar, qan bankı, pulmonoloji, stomatoloji, LOR, oftalmoloji, terapevtik, ginekoloji və tam komplektləşdirilmiş fizioterapevtik kabinələr fəaliyyət göstərir. Şöbə və kabinələrdə qurulmuş müasir aparat və cihazların köməyi ilə müxtəlif üzv və sistemlərin hərtərəfli müayinəsi mümkündür. Mərkəzi sinir sisteminin və sinir əzələlərinin fəaliyyətinin müəyyənləşdirilməsi məqsədilə tətbiq edilən müayinə üsulları regionda ilk dəfə burada tətbiq olunmağa başlanmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunmaq üçün qanvermə aksiyalarının təşkilini davam etdirir.

Belə aksiyalardan biri Culfa Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Donorların müayinəsini və qan götürülməsini həyata keçirən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkimi Vidadi Quliyev ölkə­mizdə qan köçürülməsinə ehtiyacı olan xəstələrin müalicəsinə göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən danışıb. Qeyd olunub ki, müasir təbabətdə həkimlərin əlində çoxlu müalicə vasitələri olmasına baxmayaraq, ən ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün əvəzsiz rol oynayan canlı dərman donor qanıdır. Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması çox vacibdir.

Ardını oxu...

Sentyabrın 30-da Ordubad Rayon Mərkəzi Xəstəxanasında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin səyyar kollegiya iclası keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov bildirib ki, bu gün əhalinin sağlamlığının qorunması, səhiyyə xidməti səviyyəsinin daha da yaxşılaşdırılması, yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi muxtar respublikada uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Tikilən yeni xəstəxanaların, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin müasir tibbi avadanlıqlarla təchiz edilməsi əhalinin sağlamlığının qorunması işində əsaslı dönüş yaradıb. Səhiyyə müəssisələrində keyfiyyətli dərman və tibbi preparatlarla təchizat yaxşılaşdırılıb, ixtisaslı kadrların hazırlanması, əhali arasında yoluxucu xəstə­liklərin profilaktikası, insanların sağlamlığının qorunması prioritet vəzifəyə çevrilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, təhsil işçiləri arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün cari payız mövsümünün kütləvi profilaktik mammoqrafiya müayinələrinə başlanılıb. Muxtar respublikamızda əhalinin hər bir təbəqəsinin vaxtaşırı olaraq ixtisas həkimləri tərəfindən müayinədən keçirilməsinin tərkib hissəsi olan belə müayinələr artıq ənənə halını alıb. Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzinin həkim-onkoloqları son iki ildə səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınların süd vəzinin profilaktik müayinəsini başa çatdırıblar. Ötən ilin yaz və payız mövsümündə isə Naxçıvan şəhəri, Şahbuz, Babək, Kəngərli və Culfa rayonları üzrə 2000-dən çox qadın təhsil işçisinin profilaktik müayinəsi aparılıb.

Ardını oxu...

Əgər biz “antibiotik” sözünün mənasını araşdırsaq onda görərik ki, o, iki latın sözündən ibarətdir: “anti – əks”, “bio – həyat” deməkdir. Bu iki komponentin birlikdə ifadə etdiyi məna isə antibiotik “həyatın əksi”, həyatı dayandırmaq deməkdir. Bilmək lazımdır ki, antibiotiklərin təkcə zərərli mikroorqanizmlər üçün deyil, ümumiyyətlə, canlılar üçün də zərərli təsirləri vardır. Bu barədə aşağıda danışacağıq.
Antibiotiklər bioloji və kimyəvi sintez yolu ilə alınaraq cüzi qatılıqları ilə mikroorqanizmlərin inkişafını ya dayandıran, ya da onları tamamilə məhv edən dərman preparatlarıdır.
1928-ci ildə ingilis alimi Fleminq ilk dəfə olaraq kif göbələklərini bərk qidalı mühitdə becərərək onun antoqonist xassəyə malik olduğunu müəyyən etmişdir.
Hələ XI-XII əsrlərdə Şamaxı rayonunun Məlhəm kəndində həkimlər kif göbələklərindən məlhəmlər hazırlayıb irinli yaraların müalicəsində istifadə etmişlər. Kif göbələklərindən 1941-ci ildə ilk dəfə Ceyn Tlori tərəfindən penisillin əldə olunmuşdur. Amerikalı alim Z.A.Vaksman ilk dəfə şüalı göbələklərdən “strteptomyan” deyilən antibiotik almış və onu vərəm xəstəliyinin müalicəsində istifadə etmişdir.

Ardını oxu...

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının pediatr, dermatoloq, oftalmoloq, stomatoloq və laborantlardan ibarət həkim briqadası Şahbuz rayonunun Mahmud­oba kəndində uşaqlara profilaktik tibbi xidmət göstərib. Briqadanın fəaliyyəti zamanı 120 nəfər 0-18 yaşlı əhali profilaktik müayinədən keçirilib. 100 nəfər valideynlə səhiyyə maarifi işi aparılıb. Dispanserizasiya işinin düzgün təşkili, peyvəndlərin təqvim üzrə aparılması, tibbi sənədləşmənin həyata keçirilməsi üçün həkim ambulatoriyasının tibb bacılarına metodik məsləhətlər verilib. Aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün müvafiq səhiyyə müəssisələrinə getmələri tövsiyə edilib.
Qeyd edək ki, xəstələr pulsuz dərman və sarğı materialları ilə təmin olunublar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyinin tədbirlər planına əsasən, Şərur rayonunda yerləşən idman zallarında dezinfeksiya işləri aparılmışdır.
Rayonun Gənclər və İdman İdarəsinin rəisi Ramil Dadaşov bildirdi ki, bu cür tədbirlər mütəmadi olaraq həyata keçirilir. Şərur rayonunda müxtəlif idman zalları fəaliyyət göstərir. Biz rayon Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə tez-tez dərmanlama işləri aparırıq. Məqsəd isə idmançılarımızı yoluxucu xəstəliklərdən qorumaq və onların daha təmiz idman zallarında məşqlər etməsini təmin etməkdir.
Qeyd edək ki, dezinfeksiya işləri muxtar respublikanın bütün rayonlarında yerləşən idman obyektlərində, zallarında mütəmadi olaraq həyata keçirilir.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin cari ilin iş planına uyğun olaraq, Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi və rayon mərkəzi xəstəxanalarının təcili yardım şöbələrində çalışan tibb işçilərinin peşə və bacarıqlarının artırılması, müvafiq tibbi avadanlıqlardan istifadə qaydalarının mənimsənilməsi məqsədilə kurslar davam etdirilir.
Naxçıvan Tibb Kollecində keçirilən növbəti elmi-praktik seminar zədələnmə və mövsümi xəstəliklər zamanı təcili tibbi yardımın təşkilinə həsr olunmuşdu. Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim-travmatoloqu Adil Məmmədov “Politravmalar zamanı təcili tibbi yardım, xəstələrin immobilizasiyası və daşınma qaydaları”, həmin xəstəxananın həkim anestezioloq-reanimatoloqu Elsevər Ağamalıyev “Zəhərli həşəratlar və ilansancmaları zamanı ilkin tibbi yardım tədbirləri” mövzularında məruzələr etmişlər. Mövzuya dair slaydlar nümayiş etdirilmiş, manekenlər üzərində praktik məşğələlər aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Avqust ayında muxtar respublikada epidemioloji vəziyyət sabit olmuş, zəhərlənmələr baş verməmiş, infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilmişdir.
Yeni doğulmuş uşaqların 96,5 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd almışdır. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai-iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilmiş, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, tullantı və çirkab suları axıdılan yerlərdə, məişət tullantıları qoyulan meydançalarda 33690 kvadratmetr dezinfeksiya, 22250 kvadratmetr dezinseksiya tədbirləri həyata keçirilmişdir.
İstehsal olunmuş məhsulların sertifikatlaşdırılması işi Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə aparılmış, ay ərzində 57 məhsul sertifikatlaşdırılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə razılaşdırılmış tədbirlər planına uyğun olaraq, muxtar respublikanın 90 illiyi münasibətilə tədbirlər davam etdirilir. Artıq yubiley çərçivəsində bir sıra işlər görülmüş, humanitar aksiyalar təşkil olunmuşdur. Birgə səylər, nəticə etibarilə, əhalinin sağlamlığının qorunmasına böyük fayda verir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yüksəkixtisaslı həkim briqadalarının hər il olduğu kimi, “Muxtariyyət ili”ndə də muxtar respublikamıza gəlməsi aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicəsi işinin daha da yaxşılaşmasına şərait yaradır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-Damar Xəstəlikləri Mərkəzinin həkim briqadası təkcə bu ilin ilk 6 ayı ərzində 3 dəfə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində olmuş, 80 nəfərdə EXO müayinə, 51 nəfərdə angioqrafiya, 35 nəfərdə açıq ürək, 1 nəfərdə periferik damar əməliyyatları aparmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə təcili tibbi yardım sahəsində çalışan tibb işçiləri üçün Naxçıvan Tibb Kollecində seminar-məşğələlərə başlanılıb.
Seminar-məşğələnin ilk günündə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov çıxış edərək bildirib ki, gündəlik həyatımızda rast gəlinən bəzi hadisələr nəticəsində insanlar sağlamlıqları baxımından təhlükələrlə üzləşirlər. Bu zaman onlar üçün düzgün ilkin tibbi yardımın göstərilməsi təxirəsalınmaz zərurətə çevrilir. Bu hadisələr zamanı insanların həyatının xilas edilməsi vaxtında, məqsədyönlü surətdə aparılan ilk tibbi yardımdan asılı olur. Şöbə müdirinin sözlərinə görə, vaxtında və düzgün aparılan ilk tibbi yardım xəstəliyin inkişafını ləngidir, gələcək ağırlaşmaların qarşısını alır. Bu baxımdan təcili tibbi yardım sahəsində çalışan tibb işçilərinin hərtərəfli hazırlığı məqsədilə təşkil edilən seminar-məşğələlər mühüm əhəmiyyət kəsb edir.
İlk seminar-məşğələdə Naxçıvan Muxtar Respublikası Xəstəxanasının həkimləri Bəxtiyar Hüseynovun “Terminal vəziyyət, onun dəyərləndirilməsi” və Yaşar Rzayevin “Travmalar haqqında məlumat. İmmobilazasiya, şinaların qoyulması və yaralıların daşınması” mövzularında mühazirələri dinlənilib. Seminar-məşğələdə əyani vasitələrdən istifadə olunub, tibb işçilərini maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimləri tərəfindən keçirilən seminar-məşğələlər qruplar üzrə həftədə iki dəfə olmaqla sen­tyabrın 12-dək davam edəcək.

Sona MİRZƏYEVA

Yay fəslində düzgün qidalanmaya xüsusilə diqqət edilməlidir. Çünki qidalanma vərdişlərindəki dəyişikliklər bir sıra fəsadlara yol aça bilər. Bu baxımdan yayda uşaqların düzgün qidalanmalarına valideynlər diqqət etməlidirlər. Əks təqdirdə, zəhərlənmə kimi xoşagəlməz hallar baş verə bilər. Ancaq sağlam və balanslı qida məhsulları qəbul etməklə yay aylarında bu cür sağlamlıq problemlərinin qarşısını almaq mümkündür. Məsələ ilə bağlı mütəxəssis rəyini öyrənmək üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş məsləhətçi-pediatrı, Azərbaycan Respublikasının əməkdar həkimi İbrahim Ağayevə müraciət etdik. 

Ardını oxu...

(əvvəli qəzetimizin 27 may və 17 iyul tarixli nömrələrində)

1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycanın ikinci müstəqillik dövrü başlandı. Bu dövrdə ümummilli lider Heydər Əliyevin muxtar dövlətin başçısı kimi hərtərəfli fəaliyyəti nəticəsində Naxçıvanın muxtariyyət statusu qorunub saxlanılıb, bölgə işğaldan qorunub. Xalqımızın müstəqillik uğrunda 90-cı illərin əvvəllərindəki mübarizəsi bir sıra çətinliklərlə müşayiət olunsa da, həmin illər Azərbaycan səhiyyəsində qazanılmış nəticələrdən praktikada istifadə edilməsinə yönəlmiş fəal axtarışlarla əlamətdar idi. “Hər şey praktiki səhiyyə üçün” – bu ideya Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin fəaliyyət xəttinin əsasını təşkil edirdi.
Ulu öndərin çoxşaxəli fəaliyyətində səhiyyənin xüsusi yer tutması əhalinin sağlamlığının qorunması istiqamətində hələ ötən əsrin yetmişinci illərində başlanan islahatların məntiqi davamı idi. Yeni tarixi şəraitdə səhiyyə işçiləri təkcə səhiyyəni xilas etmək deyil, onun səmərəsini yüksəltmək, xalqın səhiyyəyə etimadını bərpa etmək vəzifələrinin öhdəsindən gəlməli idilər. Səhiyyə işçiləri olduqca çətin bir dövrdə bu vəzifələri ardıcıl­lıqla yerinə yetirməyə başladılar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə razılaşdırılmış tədbirlər planına uyğun olaraq, muxtar respublikamızın 90 illiyi münasibətilə tədbirlər davam etdirilir. Yubiley münasibətilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə Azərbaycan “İmplantoloq” İctimai Birliyinin birgə keçirdikləri beynəlxalq elmi-praktik konfrans “Stomatologiyada innovasiyalar” mövzusuna həsr olunmuşdu.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov son illər stomatologiya sahəsində həyata keçirilən tikinti-qurucu­luq, maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir infra­strukturun yaradılması, yüksəkixtisaslı kadrların yetişdirilməsi istiqamətində görülən işlərdən danışıb, beynəlxalq elmi-praktik konfransların yerli həkimlərin peşə və baca­rıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ardını oxu...

Muxtar respublika əhalisinə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə yaradılmış həkim briqadaları şəhər, qəsəbə və kənd­lərdə kütləvi profilaktik müayinələri davam etdirirlər.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası ənənəni davam etdirərək Culfa rayonunun Teyvaz kənd feldşer-mama məntəqəsində əhalini kütləvi profilaktik müayinələrdən keçirib. Terapevt, pediatr, cərrah, kardioloq, otolorinqoloq və digər yüksəkixtisaslı həkimlərlə təmsil olunan həkim briqadası tərəfindən gün ərzində 28 xəstə müayinə edilib, 13 laborator analizi, 8 elektrokardioqrafiya müayinəsi aparılıb. 1 nəfərdə endokrinoloji (şəkərli diabet), 2 nəfərdə psixonevroloji, 4 nəfərdə hipertoniya, 4 nəfərdə brusellyoz, 2 nəfərdə böyrəkdaşı, 2 nəfərdə isə öddaşı xəstəliyinə meyillilik aşkarlandığından onlar əlavə müayinə üçün Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə və müvafiq dispanserlərə göndəriliblər. Xəstələrin müayinəsində feldşer-mama məntəqəsinin tibb bacıları həkim briqadasına yaxından köməklik göstəriblər. Kənd sakinləri arasında mövsümi xəstəliklər, ürək-damar, yoluxucu, dəri-zöhrəvi, onkoloji, şəkərli diabet, cərrahi, vərəm, ginekoloji və digər xəstəliklər haqqında səhiyyə maarifi işi aparılıb.


Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Ötən şənbə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası Babək rayonunun Aşağı Buzqov kəndində olub, 18 yaşadək 60 nəfəri profilaktik müayinədən keçirib. 50 nəfər valideynlə səhiyyə maarifi işi aparılıb. Dispanserizasiya işinin düzgün təşkili, peyvəndlərin təqvim üzrə aparılması, tibbi sənədləşmənin həyata keçirilməsi üçün feldşer-mama məntəqəsinin tibb bacılarına metodik məsləhətlər verilib. Aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün müvafiq səhiyyə müəssisələrinə getmələri tövsiyə edilib. Xəstələr pulsuz dərman və sarğı materialları ilə təmin olunub.

Naxçıvan Muxtar Respublikası
 Səhiyyə Nazirliyinin mətbuat xidməti

(əvvəli qəzetimizin 27 may tarixli sayında)

Naxçıvanda bərpa, sənayeləşmə, kənd təsərrüfatının kollektivləşməsi dövrü (1920-1932-ci illər) başa çatdıqdan sonra muxtar respublika sosialist cəmiyyətinin möhkəmlənməsi dövrünə (1933-1940-cı illər) qədəm qoymuşdur. Bu dövrdə muxtar respublikadakı tibb müəssisələrində çarpayıların sayı 1913-cü ilə nisbətən 10 dəfə artmış, həkim və orta tibb işçilərinin sayı çoxalmışdır. Əgər 1913-cü ildə respublika ərazisində cəmi 5 həkim, 14 orta tibb işçisi var idisə, 1936-cı ildə həkimlərin sayı 32, orta tibb işçilərinin sayı 110 olmuş, başqa sözlə, həkimlərin sayı 6 dəfə, orta tibb işçilərinin sayı 8,5 dəfə artmışdır.

Ardını oxu...

Cari mövsümü Şahbuz və Ordubad yaylaqlarında keçirən heyvandarlara, onların ailələrinə xidmətin təşkili diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi bu məqsədlə xüsusi həkim briqadaları yaratmış, həmin briqadaların mövsüm ərzində daim yaylaqlarda olması, burada müvəqqəti yaşayan əhalinin sağlamlığının qorunmasına xidmət etməsi üçün tədbirlər planı hazırlamışdır.
Şahbuz Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası Qanlıgöl ərazisindəki yaylaqlarda məskunlaşan maldar və heyvandarları profilaktik tibbi müayinələrdən keçirmişdir.
Fermer Elbəyi Elyazov həkim briqadasının fəaliyyətini harada yaşamasından asılı olmayaraq, əhalinin sağlamlığına dövlət səviyyəsində göstərilən qayğının əyani ifadəsi kimi dəyərləndirmiş, heyvandarlar və onların ailələri adından həkimlərə minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünya əhalisinin 350 milyonu hepatit “B”, 170-220 milyonu isə hepatit “C” virusları ilə yoluxmuşdur. Hər il bu xəstələrin sayı 3-4 milyon nəfər artmaqdadır. Müəyyən olunmuşdur ki, xroniki infeksiyalaşmış şəxslərdə xəstəlik ciddi ağırlaşmalarla nəticələnə bilir. Viruslarla yoluxmuş şəxslərdə ilk illər xəstəliyin əlamətləri özünü göstərmir. Virusun vaxtında tapılması bu virusla müalicəni düzgün aparmağa və yoluxmuş şəxsin həyatını xilas etməyə imkan verir.

Ardını oxu...

Ötən şənbə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının pediatr, dermatoloq, oftalmoloq, stomatoloq və laborantlardan ibarət həkim briqadası Babək rayonunun Məmmədrza Dizə kəndindəki uşaqlara profilaktik tibbi xidmət göstərib.
Briqadanın fəaliyyəti zamanı 50 nəfər (0-18 yaşlı) profilaktik, o cümlədən 12 nəfər laborator müayinədən keçirilib. 30 nəfər valideynlə səhiyyə maarifi işi aparılıb. Dispanserizasiya işinin düzgün təşkili, peyvəndlərin təqvim üzrə aparılması, tibbi sənədləşmənin həyata keçirilməsi üçün feldşer-mama məntəqəsinin tibb bacılarına metodik məsləhətlər verilib. Aşkar edilmiş bəzi xəstəliklərin əlavə müayinə və müalicəsi üçün xəstələrə müvafiq səhiyyə müəssisələrinə getmələri tövsiyə edilib. Xəstələr pulsuz dərman və sarğı materialları ilə təmin olunublar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası Şahbuz rayonunun Biçənək kəndində əhalini kütləvi profilaktik müayinələrdən keçirmişdir. Terapevt, pediatr, cərrah, kardioloq və digər yüksəkixtisaslı həkimlərlə təmsil olunan həkim briqadası tərəfindən gün ərzində 25 terapevtik, 23 pediatrik, 21 kardioloji, 19 cərrahi müayinə aparılmışdır. Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülmüş, onlara ambulator kartlar açılmış, kənd üzrə dispanser qeydiyyatında duran xroniki xəstələrin sayı dəqiqləşdirilmişdir. Xəstələrin müayinəsində Biçənək kənd həkim ambulatoriyasının tibb bacıları həkim briqadasına köməklik göstərmişlər.
Əhalinin kütləvi dispanseriziasiyasının nəticələri, uşaqların icbari, 20 yaşlı sakinlərin, ahılların dispanseriziasiyasının icra vəziyyəti yoxlanılmış, mövsümi xəstəliklər, uşaqların düzgün qidalanması, ana südünün əhəmiyyəti barədə səhiyyə maarifi işləri aparılmış, xəstəliklərin profilaktikası ilə bağlı tibbi məsləhətlər verilmişdir. Eyni zamanda peyvəndlərin icra vəziyyəti, ambulator qəbul, evə çağırış, ailə, dispanser xəstələrin, hamilələrin və peyvəndlərin qeydiyyatı jurnalları yoxlanılmış, çatışmazlıqların aradan qaldırılması üçün lazımi məsləhətlər verilmişdir.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı kimi qeyd olunur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikamızda səhiyyənin inkişafına daim xüsusi diqqət yetirmiş, tibb işçilərinə böyük qayğı göstərmişdir. “Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir”, – deyən ulu öndərin himayəsi ilə hələ ötən əsrin 70-ci illərində respublikamızın şəhər, rayon və kəndlərində səhiyyə ocaqları tikilərək istifadəyə verilmiş, əhalinin sağlamlığının qorunması diqqət mərkəzində saxlanılmışdır. Müstəqillik illərində də dahi şəxsiyyətin rəhbərliyi ilə səhiyyə sahəsində ardıcıl tədbirlər görülmüş, bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası yaradılmış, həkimlərin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, ixtisaslı və peşəkar həkim kadrlarının hazırlanması diqqət mərkəzində saxlanılmışdır.

Ardını oxu...

Hər bir ölkədə epidemioloji vəziyyət tək səhiyyənin deyil, ümumi inkişafın göstəricisidir. Son dövrlərdə muxtar respublikamızda həm qoruyucu peyvəndlərin aparılması, həm də digər tədbirlər sayəsində epidemioloji sabitlik təmin olunmuşdur.
May ayında muxtar respublikamızda epidemioloji vəziyyət sabit olmuş, zəhərlənmələr baş verməmiş, infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilmişdir. Yeni doğulmuş uşaqların 94,6 faizi idarəolunan yoluxucu xəstə­liklərə görə peyvənd almışdır. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai-iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilmiş, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, tullantı və çirkab suları axıdılan yerlərdə, məişət tullantıları qoyulan meydançalarda 22177 kvadratmetr dezinfeksiya, 13878 kvadratmetr dezinseksiya tədbirləri həyata keçirilmişdir.

Ardını oxu...

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə işçilərinin sertifikasiya prosesi davam etdirilir. Məlum olduğu kimi, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası”nın aparılmasına 2011-ci ilin sentyabr ayından başlanmış, təkcə keçən il 187 nəfər həkim sertifikasiya imtahanında iştirak etmiş, onlardan 177 nəfəri test imtahanlarını və müsahibə mərhələsini başa vurmuşdur.
Növbəti test imtahanında isə Şərur Rayon Mərkəzi Xəstəxanasının, rayon kənd həkim ambulatoriya və feldşer-mama məntəqələrinin 52 orta tibb işçisi öz bilik və bacarıqlarını sınamışlar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən 1000 sual tərtib edilərək kompüterə yerləşdirilmişdir.

Ardını oxu...

Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında Bakı şəhərindəki Endo­krinoloji Mərkəzin və Naxçıvan Muxtar Respublikası Endokrinoloji Dispanserin birgə “Endokrinologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfransı keçirilmişdir.
Muxtar respublikanın 90 illiyinə həsr olunmuş konfransı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov açaraq bu gün inkişaf edən dünya səhiyyə sisteminin müasir nailiyyətlərinin öyrənilməsində, ondan faydalanmaqda belə konfransların mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, vətəndaşların sağlamlığının qorunması istiqamətində muxtar respublika rəhbərinin dəstəyi sayəsində son illər görülən işlərdən danışmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə razılaşdırılmış tədbirlər planına uyğun olaraq, muxtar respublikamızın 90 illiyi münasibətilə tədbirlərin keçirilməsi davam etdirilir.
Artıq yubiley çərçivəsində bir sıra işlər görülmüş, humanitar aksiyalar təşkil olunmuşdur. Birgə səylər, nəticə etibarilə, əhalinin sağlamlığının qorunmasına böyük fayda verir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yüksəkixtisaslı həkim briqadalarının hər il olduğu kimi, “Muxtariyyət ili”ndə də muxtar respublikamıza gəlməsi aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicə işinin daha da yaxşılaşmasına şərait yaradır. Təkcə bu ilin may ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Kardiocərrahiyyə Mərkəzinin 8 nəfərlik heyəti tərəfindən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 12 nəfərdə açıq ürək əməliyyatı, 1 nəfərdə periferik damar əməliyyatı həyata keçirilmişdir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR