22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, bu il noyabrın 3-dən 15-dək muxtar respublika ərazisində 5-11-ci siniflərdə təhsil alan məktəblilər arasında vərəmin erkən aşkar edilməsi məqsədilə kütləvi tuberkulin diaqnostikası – mantu sınaqları aparılacaqdır. Bu sınaqları icra edəcək pediatr, epidemioloq və vaksinatorlardan ibarət xüsusi briqadaların, orta tibb işçilərinin hazırlığını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində seminar-treninq keçirilib.
Tədbiri giriş sözü ilə açan Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-epidemioloqu Zülfiyyə Həsənova uşaq və yeniyetmələr arasında başlanğıc və məhdud formalı vərəmin erkən aşkar edilib vaxtında müayinə və müalicəyə cəlb edilməsinin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkimi Məmmədəli Ələkbərov mantu sınağının aparılması ilə bağlı çıxış edib.
Tədbirdə bildirilib ki, bu aksiya 2 mərhələdə keçiriləcək. Birinci mərhələ sınaq inyeksiya şəklində olacaq. İkinci mərhələdə isə, yəni 72 saat sonra həmin inyeksiya yerində reaksiyanın nəticələri yoxlanılacaq. Ona görə də bu aksiya bir neçə mərhələdə aparılacaq. Aksiyanın sonunda reaksiyası şübhəli olan uşaqlar Ağciyər Xəstəlikləri Dispanserində dərin ftiziatr müayinəsinə cəlb ediləcəklər.
Xidməti ərazilərdə mantu sınağına cəlb ediləcək uşaqların 3 gün müddətində siyahıları tərtib olunacaq, ərazi prinsipi üzrə 1 həkim və 2 tibb işçisindən ibarət xüsusi briqadalar fəaliyyət göstərəcəklər.
Seminar-treninqdə əyani vasitələrdən istifadə olunub, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR