22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, bu il noyabrın 3-dən 5-11-ci siniflərdə təhsil alan məktəblilər arasında ağciyər vərəminin profilaktikası və ilkin vərəmin vaxtında aşkar edilməsi məqsədilə kütləvi tuberkulin diaqnostikası – mantu sınaqlarının aparılmasına başlanılıb. Bu xəstəliyin ayrıca klinik forması olan ilkin vərəm intoksiyası naməlum lokalizasiyalı vərəm infeksiyası ilə xarakterizə edilir. İlkin vərəm intoksiyasının rentgenoloji və instrumental müayinələrlə üzə çıxarılması mümkün olmadığından uşaq və yeniyetmələrdə ilkin vərəm intoksiyasının diaqnozu kütləvi şəkildə aparılan mantu sınağının nəticəsinə və ondan sonrakı şikayətlərin müqayisəli öyrənilməsinə əsaslanır.

Payız mövsümünün sınaqları iki mərhələdə həyata keçirilib. Birinci mərhələdə sınaq inyeksiya şəklində qolun said hissəsində dəri içinə yeridilib. İkinci mərhələdə isə 72 saatdan sonra həmin inyeksiya yerində reaksiyanın nəticələri qiymətləndirilib. Aksiyanın sonunda müsbət və hiperergik reaksiyalı uşaqlar Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən dərin ftiziatr müayinəsinə cəlb olunublar. Şərur Rayon Mərkəzi Xəstəxanasında, Culfa rayonunun Əbrəqunus, Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəblərində müsbət, şübhəli və hiperergik reaksiyalı şagirdlər rentgen-flüoro­qrafik müayinədən keçirilib və vərəməyoluxma halları aşkar edilməyib. İlk dəfə vərəm mikrobakteriyaları ilə yoluxmuş uşaqlar isə profilaktik məqsədlə bir neçə ay pulsuz dərman preparatları ilə təmin olunacaqlar. Müayinəyə gələnlərlə “Uşaqlarda vərəm intoksiyası” mövzusunda səhiyyə maarifi işi aparılıb, müayinə olunanlara vərəm haqqında buklet və kitabçalar paylanıb. Nəticələrə görə, bu məktəblərdə epidemioloji əmin-amanlıq mövcuddur.
Mantu sınağına müsbət və hiperergik reaksiyalı uşaqların dərin ftiziatr müayinəsi ilin sonunadək davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR