22 Dekabr 2024, Bazar

Hər bir ölkədə epidemioloji vəziyyət tək səhiyyənin deyil, ümumi inkişafın göstəricisidir. Son dövrlərdə muxtar respublikamızda həm qoruyucu peyvəndlərin aparılması, həm də digər tədbirlər sayəsində epidemioloji sabitlik təmin olunmuşdur.
May ayında muxtar respublikamızda epidemioloji vəziyyət sabit olmuş, zəhərlənmələr baş verməmiş, infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilmişdir. Yeni doğulmuş uşaqların 94,6 faizi idarəolunan yoluxucu xəstə­liklərə görə peyvənd almışdır. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai-iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilmiş, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, tullantı və çirkab suları axıdılan yerlərdə, məişət tullantıları qoyulan meydançalarda 22177 kvadratmetr dezinfeksiya, 13878 kvadratmetr dezinseksiya tədbirləri həyata keçirilmişdir.

İstehsal olunmuş məhsulların sertifikatlaşdırılması işi Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə aparılmış, ay ərzində 38 məhsul sertifikatlaşdırılmışdır.
Ay ərzində Bakterioloji laboratoriya fəaliyyətini davam etdirmiş,120 su, 276 yuyuntu nümunələrinin, 401 digər nümunələrin müayinələri aparılmışdır.
Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılmış, səhiyyə üzrə 130, təhsil üzrə 250, qidalanma sənayesi, ictimai-iaşə və ticarət üzrə 142, kommunal sahələr üzrə 24, sürücülük üzrə 60 nəfər olmaqla, bütövlükdə, 606 nəfər müayinədən keçmişdir.
Radioloji qrup tərəfindən 12 yerdə gündəlik olaraq radioloji ölçmələr aparılmış, təbii fon şüalanması yol verilən hədd daxilində olmuşdur. Qidalanma gigiyenası laboratoriyasında 143 nümunədə 572 müayinə aparılmış, o cümlədən yerli istehsal olan xörək duzu nümunələrində yodun, həmçinin 7 un nümunəsində bəsit elektrolit dəmir preparatlarının tələbata uyğunluğu müəyyən edilmişdir.
Kommunal gigiyena laboratoriyasında 72 nümunədə 576, Toksikoloji, xarici mühitdə və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 44 nümunədə 143 müayinə aparılmışdır. Əhalinin sanitariya sahəsində maarifləndirilməsi işi ardıcıl davam etdirilmiş, 19 mühazirə oxunmuş, 3 seminar keçirilmiş, tibbi şurada 6 məsələ müzakirə edilmişdir.
Əhalinin sanitariya-epidemioloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətinə görə yoxlanılmış, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR