22 Dekabr 2024, Bazar

Avqust ayında muxtar respublikada epidemioloji vəziyyət sabit olmuş, zəhərlənmələr baş verməmiş, infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilmişdir.
Yeni doğulmuş uşaqların 96,5 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd almışdır. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qidalanma sənayesi, kommunal, ictimai-iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilmiş, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, tullantı və çirkab suları axıdılan yerlərdə, məişət tullantıları qoyulan meydançalarda 33690 kvadratmetr dezinfeksiya, 22250 kvadratmetr dezinseksiya tədbirləri həyata keçirilmişdir.
İstehsal olunmuş məhsulların sertifikatlaşdırılması işi Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə aparılmış, ay ərzində 57 məhsul sertifikatlaşdırılmışdır.

Ay ərzində bakterioloji laboratoriya fəaliyyətini davam etdirmiş, 57 su, 558 yuyuntu nümunələrinin, 364 digər nümunələrin müayinələri aparılmışdır.
Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılmış, səhiyyə üzrə 137, təhsil üzrə 103, qidalanma sənayesi, ictimai-iaşə və ticarət üzrə 223, kommunal sahələr üzrə 155, sürücülük üzrə 98 nəfər olmaqla, bütövlükdə, 716 nəfər müayinədən keçmişdir.
Radioloji qrup tərəfindən 16 yerdə gündəlik olaraq radioloji ölçmələr aparılmış, təbii fon şüalanması yol verilən hədd daxilində olmuşdur. Qidalanma gigiyenası laboratoriyasında 79 nümunədə 316 müayinə aparılmış, o cümlədən yerli istehsal olan xörək duzu nümunələrində yodun, həmçinin 4 un nümunəsində bəsit elektrolit dəmir preparatlarının tələbata uyğunluğu müəyyən edilmişdir.
Kommunal gigiyena laboratoriyasında 67 nümunədə 522, Toksi­k­oloji, xarici mühitdə və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 164 nümunədə 601 müayinə aparılmışdır. Əhalinin sanitariya sahəsində maarifləndirilməsi ardıcıl şəkildə aparılmış, 18 mühazirə oxunmuş, 3 seminar keçirilmiş, tibbi şurada 6 məsələ müzakirə edilmişdir.
“İstehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbir­lər”lə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisində 8 iyun 2011-ci ildə keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı tikinti və inşaat obyektlərində nəzarət yoxlamaları aparılmışdır.
Əhalinin sanitariya-epidemioloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılmış, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR