Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin cari ilin iş planına uyğun olaraq, Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi və rayon mərkəzi xəstəxanalarının təcili yardım şöbələrində çalışan tibb işçilərinin peşə və bacarıqlarının artırılması, müvafiq tibbi avadanlıqlardan istifadə qaydalarının mənimsənilməsi məqsədilə kurslar davam etdirilir.
Naxçıvan Tibb Kollecində keçirilən növbəti elmi-praktik seminar zədələnmə və mövsümi xəstəliklər zamanı təcili tibbi yardımın təşkilinə həsr olunmuşdu. Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim-travmatoloqu Adil Məmmədov “Politravmalar zamanı təcili tibbi yardım, xəstələrin immobilizasiyası və daşınma qaydaları”, həmin xəstəxananın həkim anestezioloq-reanimatoloqu Elsevər Ağamalıyev “Zəhərli həşəratlar və ilansancmaları zamanı ilkin tibbi yardım tədbirləri” mövzularında məruzələr etmişlər. Mövzuya dair slaydlar nümayiş etdirilmiş, manekenlər üzərində praktik məşğələlər aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti