22 Dekabr 2024, Bazar

Oktyabr ayında muxtar respublikamızda epidemioloji vəziyyət sabit olub, zəhərlənmələr baş verməyib, infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib.
Yeni doğulmuş uşaqların 94,9 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd alıb. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə qida sənayesi, kommunal, ictimai iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə müvafiq göstərişlər verilib, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, tullantı və çirkab suları axıdılan yerlərdə, məişət tullantıları qoyulan meydançalarda 33 min 373 kvadratmetr dezinfeksiya, 11090 kvadratmetr dezinseksiya tədbirləri həyata keçirilib.

İstehsal olunmuş məhsulların sertifikatlaşdırılması işi Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə aparılıb, 33 məhsul sertifikatlaşdırılıb.
Ay ərzində bakterioloji laboratoriya fəaliyyətini davam etdirib, 61 su, 290 yuyuntu nümunələrinin, 439 digər nümunələrin müayinələri aparılıb.
Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılıb, səhiyyə üzrə 87, təhsil üzrə 433, qida sənayesi, ictimai iaşə və ticarət üzrə 218, kommunal sahələr üzrə 57, sürücülük üzrə 58 nəfər olmaqla, bütövlükdə, 853 nəfər müayinədən keçib.
Radioloji qrup tərəfindən 14 yerdə gündəlik olaraq radioloji ölçmələr aparılıb, təbii fon şüalanması yol verilən hədd daxilində olub. Qidalanma gigiyenası laboratoriyasında 74 nümunədə 296 müayinə aparılıb, o cümlədən yerli istehsal olan xörək duzu nümunələrində yodun, həmçinin 5 un nümunəsində bəsit elektrolit dəmir preparatlarının tələbata uyğunluğu müəyyən edilib.
Kommunal gigiyena laboratoriyasında 41 nümunədə 328, Toksikoloji, xarici mühitdə və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 48 nümunədə 165 müayinə aparılıb.
Sanitariya-epidemioloji vəziyyətin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılıb, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR