22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərinin ümumtəhsil müəssisələrinin şagirdləri arasında hər il keçirilən payız mövsümünün dərin tibbi yoxlamaları başa çatıb. Profilaktika xarakteri daşıyan yoxlamalara bu il oktyabrın 13-də start verilib. Ötən müddətdə Naxçıvan şəhərində 20 tam orta məktəbin 10 min 262-i şagirdi dərin tibbi yoxlamalara cəlb olunub. Onlardan 1185 şagird göz, 968 şagird stomatoloji, 280 şagird nevroloji, 88 şagird cərrahi, 35 şagird dəri-zöhrəvi, 227 şagird LOR, 43 şagird endokrinoloji, 54 şagird isə digər xəstəliklərin ilkin əlamətlərinə görə əlavə və təkrar müayinələr üçün xəstəxanaya – stasionara dəvət edilib. Ehtiyac olan hallarda bəzi uşaqların ixtisaslı mütəxəssis həkimlər (ftiziatr, kardioloq, nevropatoloq, dermatoloq, uroloq) tərəfindən konsultasiyası, stasionar müalicəsi təşkil olunub.
Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının LOR, oftalmoloq, nevropatoloq, cərrah, pediatr, stomatoloq, dermatoloq, ortopedlərdən təşkil olunmuş həkim briqadası tərəfindən Naxçıvan şəhərində həyata keçirilən bu tədbirlə yanaşı, səhiyyə maarifi işi də aparılıb. Valideyn və müəllimlər şagirdlərin sağlamlığına göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR