22 Dekabr 2024, Bazar

Ötən şənbə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının pediatr, dermatoloq, oftalmoloq, stomatoloq və laborantlardan ibarət həkim briqadası Babək rayonunun Məmmədrza Dizə kəndindəki uşaqlara profilaktik tibbi xidmət göstərib.
Briqadanın fəaliyyəti zamanı 50 nəfər (0-18 yaşlı) profilaktik, o cümlədən 12 nəfər laborator müayinədən keçirilib. 30 nəfər valideynlə səhiyyə maarifi işi aparılıb. Dispanserizasiya işinin düzgün təşkili, peyvəndlərin təqvim üzrə aparılması, tibbi sənədləşmənin həyata keçirilməsi üçün feldşer-mama məntəqəsinin tibb bacılarına metodik məsləhətlər verilib. Aşkar edilmiş bəzi xəstəliklərin əlavə müayinə və müalicəsi üçün xəstələrə müvafiq səhiyyə müəssisələrinə getmələri tövsiyə edilib. Xəstələr pulsuz dərman və sarğı materialları ilə təmin olunublar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR