22 Dekabr 2024, Bazar

Muxtar respublika əhalisinə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, dispanserizasiya işinin yaxşılaşdırılması məqsədilə yaradılmış həkim briqadaları şəhər, qəsəbə və kənd­lərdə kütləvi profilaktik müayinələri davam etdirirlər.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası ənənəni davam etdirərək Culfa rayonunun Teyvaz kənd feldşer-mama məntəqəsində əhalini kütləvi profilaktik müayinələrdən keçirib. Terapevt, pediatr, cərrah, kardioloq, otolorinqoloq və digər yüksəkixtisaslı həkimlərlə təmsil olunan həkim briqadası tərəfindən gün ərzində 28 xəstə müayinə edilib, 13 laborator analizi, 8 elektrokardioqrafiya müayinəsi aparılıb. 1 nəfərdə endokrinoloji (şəkərli diabet), 2 nəfərdə psixonevroloji, 4 nəfərdə hipertoniya, 4 nəfərdə brusellyoz, 2 nəfərdə böyrəkdaşı, 2 nəfərdə isə öddaşı xəstəliyinə meyillilik aşkarlandığından onlar əlavə müayinə üçün Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə və müvafiq dispanserlərə göndəriliblər. Xəstələrin müayinəsində feldşer-mama məntəqəsinin tibb bacıları həkim briqadasına yaxından köməklik göstəriblər. Kənd sakinləri arasında mövsümi xəstəliklər, ürək-damar, yoluxucu, dəri-zöhrəvi, onkoloji, şəkərli diabet, cərrahi, vərəm, ginekoloji və digər xəstəliklər haqqında səhiyyə maarifi işi aparılıb.


Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR