Dekabrın 20-də Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının pediatr, oftalmoloq, stomatoloq və laborantlardan ibarət həkim briqadası Şahbuz rayonunun Keçili kəndində uşaqlara profilaktik tibbi xidmət göstərib. Briqadanın fəaliyyəti zamanı 68 nəfər 0-18 yaşlı əhali profilaktik müayinədən keçirilib. 50 nəfər valideynlə səhiyyə maarifi işi aparılıb. Dispanserizasiya işinin düzgün təşkili, peyvəndlərin təqvim üzrə aparılması, tibbi sənədləşmənin həyata keçirilməsi üçün həkim ambulatoriyasının tibb bacılarına metodik məsləhətlər verilib. Aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün onların müvafiq səhiyyə müəssisələrinə getmələri tövsiyə edilib. Xəstələr pulsuz dərman və sarğı materialları ilə təmin olunublar.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti