22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası Şahbuz rayonunun Biçənək kəndində əhalini kütləvi profilaktik müayinələrdən keçirmişdir. Terapevt, pediatr, cərrah, kardioloq və digər yüksəkixtisaslı həkimlərlə təmsil olunan həkim briqadası tərəfindən gün ərzində 25 terapevtik, 23 pediatrik, 21 kardioloji, 19 cərrahi müayinə aparılmışdır. Aşkar olunan ilkin xəstələrin müvafiq səhiyyə müəssisələrində dərin tibbi müayinələrə cəlb edilməsi məsləhət görülmüş, onlara ambulator kartlar açılmış, kənd üzrə dispanser qeydiyyatında duran xroniki xəstələrin sayı dəqiqləşdirilmişdir. Xəstələrin müayinəsində Biçənək kənd həkim ambulatoriyasının tibb bacıları həkim briqadasına köməklik göstərmişlər.
Əhalinin kütləvi dispanseriziasiyasının nəticələri, uşaqların icbari, 20 yaşlı sakinlərin, ahılların dispanseriziasiyasının icra vəziyyəti yoxlanılmış, mövsümi xəstəliklər, uşaqların düzgün qidalanması, ana südünün əhəmiyyəti barədə səhiyyə maarifi işləri aparılmış, xəstəliklərin profilaktikası ilə bağlı tibbi məsləhətlər verilmişdir. Eyni zamanda peyvəndlərin icra vəziyyəti, ambulator qəbul, evə çağırış, ailə, dispanser xəstələrin, hamilələrin və peyvəndlərin qeydiyyatı jurnalları yoxlanılmış, çatışmazlıqların aradan qaldırılması üçün lazımi məsləhətlər verilmişdir.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR