22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə işçilərinin sertifikasiya prosesi davam etdirilir. Məlum olduğu kimi, “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyası”nın aparılmasına 2011-ci ilin sentyabr ayından başlanmış, təkcə keçən il 187 nəfər həkim sertifikasiya imtahanında iştirak etmiş, onlardan 177 nəfəri test imtahanlarını və müsahibə mərhələsini başa vurmuşdur.
Növbəti test imtahanında isə Şərur Rayon Mərkəzi Xəstəxanasının, rayon kənd həkim ambulatoriya və feldşer-mama məntəqələrinin 52 orta tibb işçisi öz bilik və bacarıqlarını sınamışlar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən 1000 sual tərtib edilərək kompüterə yerləşdirilmişdir.

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 100 sual seçilərək imtahanda iştirak edən orta tibb işçilərinə paylanmış, 3 saat davam edən imtahanın şəffaf, obyektiv şəraitdə keçirilməsi təmin edilmişdir.
Test imtahanının yekunlarına görə, 23 tibb bacısı zəruri həddi keçə bilməmişdir. Onlar növbəti 6 ay ərzində yenidən öz biliklərini sınamalı olacaqlar. Sertifikasiya prosesinin müsahibə mərhələsi növbəti on gün ərzində keçiriləcək və bu mərhələdə də uğur qazananlar növbəti beş il üçün sertifikat alacaqlar.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR