22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, hər il yaz və payız mövsümlərində ümumtəhsil müəssisələrində şagirdlər arasında dərin tibbi yoxlamalar aparılır. Cari payız mövsümünün yoxlamalarına isə oktyabrın 13-dən start verilib.

Profilaktika xarakteri daşıyan yoxlamalar Naxçıvan şəhərinin 20 tam orta məktəbini əhatə edəcəkdir. Qısa müddətdə 11 tam orta məktəbdə belə müayinələr aparılıb, 7065 şagird kompleks tibbi yoxlamadan keçib. 62 şagird göz, 52 şagird stomatoloji, 15 şagird nevroloji, 5 şagird cərrahi, 2 şagird dəri-zöhrəvi, 23 şagird digər xəstəliklərin ilkin əlamətlərinə görə əlavə və təkrar yoxlamalar üçün xəstəxanaya – stasionara dəvət olunub. Sonrakı mərhələdə müayinələr zamanı ehtiyac olan hallarda xəstə uşaqların daha yüksəkixtisaslı mütəxəssis həkimlər tərəfindən konsultasiyası, lazım olan hallarda isə stasionar müalicəsi təşkil ediləcəkdir.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının LOR, oftalmoloq, nevropatoloq, cərrah, pediatr, stomatoloq, dermatoloq, ortopedlərdən təşkil olunmuş həkim briqadası tərəfindən həyata keçirilən bu tədbir 15 nömrəli tam orta məktəbdə də uğurla icra olunub. 639 məktəblidən 628-i profilaktik müayinələrlə əhatə olunub. Müayinələrlə yanaşı, səhiyyə maarifi işi də aparılıb.
Qeyd edək ki, şagirdlər arasında ilkin vərəmi aşkarlamaq üçün mantu sınağı aparılır, nəticələr yoxlanılır. Təkcə ötən ilin payız mövsümündə 10 min 775 şagird müayinələrə cəlb olunub, kompleks tibbi yoxlamadan keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR