22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə razılaşdırılmış tədbirlər planına uyğun olaraq, muxtar respublikamızın 90 illiyi münasibətilə tədbirlərin keçirilməsi davam etdirilir.
Artıq yubiley çərçivəsində bir sıra işlər görülmüş, humanitar aksiyalar təşkil olunmuşdur. Birgə səylər, nəticə etibarilə, əhalinin sağlamlığının qorunmasına böyük fayda verir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yüksəkixtisaslı həkim briqadalarının hər il olduğu kimi, “Muxtariyyət ili”ndə də muxtar respublikamıza gəlməsi aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicə işinin daha da yaxşılaşmasına şərait yaradır. Təkcə bu ilin may ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Kardiocərrahiyyə Mərkəzinin 8 nəfərlik heyəti tərəfindən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 12 nəfərdə açıq ürək əməliyyatı, 1 nəfərdə periferik damar əməliyyatı həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanası Ürək-Damar Xəstəlikləri Mərkəzinin yüksəkixtisaslı heyəti iyunun 7-də yenidən (bu il üçüncü dəfə olaraq) Naxçıvana gəlmişdir. Ürək-Damar Xəstəlikləri Mərkəzinin müdiri, ürək və damar cərrahı Rəşad Mahmudovun, ürək və damar cərrahları Seymur Musayevin, Kənan Məmmədovun, anestezioloqların, əməliyyat, reanimasiya, palata tibb bacılarının təmsil olunduğu heyət son 3 gün ərzində Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində əvvəlcədən qeydiyyata götürülmüş 9 kardioloji xəstədə açıq ürək əməliyyatları aparmış və risk faktorlu xəstələri müxtəlif kardioloji müayinələrdən keçirmişdir. Kardioloji ambulator müayinə və müalicələr zamanı xəstələrə tibbi məsləhət və tövsiyələr verilmişdir.
Həkim briqadası açıq ürək əməliyyatları ilə yanaşı, xəstələrdə müşahidə olunan gizli ürək xəstəlikləri və onların risk amillərini araşdırmış, ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və müalicələrini diqqət mərkəzində saxlamışdır.
Aksiya çərçivəsində yerli həkimlər bütün cərrahi əməliyyatlarda iştirak etmişlər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR