Cari mövsümü Şahbuz və Ordubad yaylaqlarında keçirən heyvandarlara, onların ailələrinə xidmətin təşkili diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi bu məqsədlə xüsusi həkim briqadaları yaratmış, həmin briqadaların mövsüm ərzində daim yaylaqlarda olması, burada müvəqqəti yaşayan əhalinin sağlamlığının qorunmasına xidmət etməsi üçün tədbirlər planı hazırlamışdır.
Şahbuz Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası Qanlıgöl ərazisindəki yaylaqlarda məskunlaşan maldar və heyvandarları profilaktik tibbi müayinələrdən keçirmişdir.
Fermer Elbəyi Elyazov həkim briqadasının fəaliyyətini harada yaşamasından asılı olmayaraq, əhalinin sağlamlığına dövlət səviyyəsində göstərilən qayğının əyani ifadəsi kimi dəyərləndirmiş, heyvandarlar və onların ailələri adından həkimlərə minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti