22 Dekabr 2024, Bazar

Son dövrlərdə muxtar respublikamızda həm qoruyucu peyvəndlərin aparılması, həm də digər tədbirlər sayəsində epidemioloji sabitlik təmin olunmuşdur.
Avqust ayında muxtar respublikamızda yenidoğulmuş 563 uşaq idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd almışdır. Mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə içməli su hövzələrində, çimərliklərdə və digər su mənbələrində ardıcıl olaraq profilaktik tədbirlər aparılmışdır. Bundan başqa, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, tullantı və çirkab suları axıdılan yerlərdə, məişət tullantıları qoyulan meydançalarda müntəzəm olaraq dezinfeksiya və dezinseksiya tədbirləri həyata keçirilmişdir.
İstehsal olunmuş məhsulların sertifikatlaşdırılması işi Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə aparılmış, ay ərzində 36 məhsul sertifikatlaşdırılmışdır. Ay ərzində Bakterioloji laboratoriya fəaliyyətini davam etdirmiş, 58 su, 382 yuyuntu nümunələrinin, 698 digər nümunələrin müayinələri aparılmışdır.

Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılmış, səhiyyə üzrə 95, təhsil üzrə 347, qidalanma sənayesi, ictimai-iaşə və ticarət üzrə 101, kommunal sahələr üzrə 23, sürücülük üzrə 125 nəfər müayinədən keçmişdir.
Radioloji qrup tərəfindən 11 yerdə gündəlik olaraq radioloji ölçmələr aparılmış, təbii fon şüalanması yol verilən hədd daxilində olmuşdur. Qidalanma gigiyenası laboratoriyasında 55 nümunədə 254 müayinə aparılmışdır.
Kommunal gigiyena laboratoriyasında 36 nümunədə 83, Toksikoloji, xarici mühitdə və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 37 nümunədə 83 müayinə aparılmışdır.
Əhalinin sanitariya-epidemioloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılmış, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR