22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi barədə tapşırığına uyğun olaraq, muxtar respublikanın 7 rayon  mərkəzi, 3 kənd sahə xəstəxanası, 90 həkim ambulatoriyası və 105 feldşer-mama məntəqəsi, Naxçıvan şəhərində isə 1 poliklinika, 4 ixtisaslaşdırılmış dispanser (Endo­krinoloji, Dəri-Zöhrəvi, Psixi Xəstə­liklər və Ağciyər Xəstəlikləri dispanserləri), 4 mərkəz (Onkoloji, Kardioloji, Stomatoloji və Doğum mərkəzləri), 2 xəstəxana (Naxçıvan Muxtar Respublikası Göz və Ə.Əliyev adına Mərkəzi Uşaq xəstəxanaları) kollektivləri tərəfindən əhalinin kütləvi müayinəsi tədbirləri davam etdirilir.

Aprel ayının 15-dək qeyd olunan müəssisələr tərəfindən 215 min 186 nəfər  profilaktik tibbi müayinədən keçirilmişdir. Bu müddətdə 29 min 523 nəfər ambulator, 148 nəfər isə stasionar müalicəyə qəbul olunmuş, 20 nəfər Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Muxtar respublikanın 219 yaşayış məntəqəsindən 145-də əhalinin müayinələri başa çatdırılmışdır. Belə məntəqələrdən biri də Culfa rayonundakı Əlincə kəndidir. Dünən kənd feldşer-mama məntəqəsində icbari profilaktik müayinələrə yekun vurulmuşdur. Cari ildə istifadəyə verilən səhiyyə müəssisəsində yaradılan şərait burada ilkin tibbi xidmətin göstərilməsinə imkan verir. Kənd mərkəzində məntəqə üçün 4 iş otağı ayrılmış, səhiyyə ocağı lazımi dərman preparatları və peyvənd çantaları ilə təmin edilmişdir. Məntəqədə müayinə olunan kənd sakini Cəmilə Abbasova bildirdi ki, kənddəki səhiyyə müəssisəsinin müasir səviyyədə fəaliyyət göstərməsi əhalinin saglamlığının qorunmasında mühüm əhəmiyyət kəsb edir. Əhalinin kütləvi şəkildə müayinəsi ilə bağlı bu aksiyanın təşkil olunması haqqında bilavasitə Prezidentin tapşırıq verməsi bir daha sübut edir ki, dövlətimizin başçısı hər bir Azərbaycan vətəndaşının yanındadır və onu firavan, sağlam görmək istəyir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR