22 Dekabr 2024, Bazar

Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə “Roche Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Hepatit “C” və “B” diaqnostikasında, müalicəsində yeni istiqamətlər” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransın keçirilməsində əsas məqsəd “C” və “B” virus hepatitinin müalicəsi ilə bağlı ən yeni elmi nailiyyətlərlə, inkişaf etmiş ölkə­lərdə qəbul olunmuş müalicə standartları ilə yerli həkimləri tanış etmək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov belə tədbirlərin həkim və orta tibb işçilərinin bilik və bacarıqlarının yüksəldilməsində əhəmiyyətli  rolundan bəhs etmişdir.
Sonra Qaraciyər tədqiqi üzrə Avropa Assosiasiyasının daimi üzvü ,“EuroMed” klinikasının həkim-infeksionisti Yusif Alxazovun “Virus hepatiti “C”, “B” və “D”: epidemiologiya, diaqnostika və müalicəsi”, “Hamilə qadınlarda virus hepatininin diaqnostika, müalicəsi və mamalıq taktikası” mövzularında məruzəsi dinlənilmişdir.
Qeyd edək ki, tədbirdə muxtar respublikanın səhiyyə müəssisələrində çalışan qastroenteroloqlar, infeksionistlər, ginekoloqlar, terapevtlər və Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisas üzrə tələbələri iştirak etmişlər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR