22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına əsasən, hər il olduğu kimi, bu il də yaz və payız mövsümlərini əhatə etməklə muxtar respublikada yaşayan bütün məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında oftalmoloq, stomatoloq, burun-boğaz-qulaq və onurğa patologiyalarına görə kompleks profilaktik müayinələr aparılır. Tədbir muxtar respublika Göz və Mərkəzi Uşaq xəstəxanaları, eləcə də rayon mərkəzi xəstəxanaları tərəfindən həyata keçirilir.
Oktyabr ayında başlanılmış payız mövsümünün dərin tibbi müayinələri hazırda uğurla davam etdirilir. Mərkəzi Uşaq Xəstəxanasında tərkibinə LOR, oftalmoloq, nevropatoloq, cərrah, pediatr, stomatoloq, dermatoloq, ortoped və digər ixtisaslı mütəxəssislərin cəlb edildiyi həkim briqadası Naxçıvan şəhərinin tam orta məktəblərində kompleks müayinələrlə yanaşı, tibbi sənədləşmənin, dispanser qeydiyyatının aparılmasında yaxından iştirak edir. Həmçinin xəstəliyə şübhəli bilinən məktəblilər uyğun səhiyyə müəssisələrinə dəvət olunaraq  ətraflı müayinə və müalicələrdən keçirilirlər.
Artıq noyabr ayı ərzində Naxçıvan şəhəri üzrə 21 ümumtəhsil məktəbində 10.775 nəfərin müayinəsi aparılmışdır ki, bu da şagirdlərin əksəriyyəti deməkdir. Müxtəlif səbəblərə görə müayinələrdə iştirak etməyən şagirdlərin dərin tibbi müayinələri ilin sonuna kimi başa çatdırılacaqdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR