22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda tikinti-quraşdırma və abadlıq işlərinin həcmi ildən-ilə öz əhatə dairəsini genişləndirir. Hazırda regionun tikinti təşkilatlarında minlərlə işçi çalışır. Bu göstərici tikinti sektorunun muxtar respublika iqtisadiyyatındakı rolunu və əhəmiyyətini göstərməklə yanaşı, bu sahədə əməyin təşkili və təhlükəsizlik məsələlərinə diqqətin artırılmasını da zəruri etmişdir.
İstehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlərlə əlaqədar 2011-ci il iyun ayının 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə verilən tapşırıqların icrası üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində hazırlanmış tədbirlər planı ardıcıl şəkildə həyata keçirilir.
Naxcıvan şəhərindəki Gənclər şəhərciyinin tikinti meydançasında 68 nəfər inşaatçı və quraşdırıcının iştirakı ilə tibbi təlim təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş məsləhətçi-cərrahı, tibb üzrə fəlsəfə doktoru Sabir Novruzov tikinti obyektlərində baş verən istehsalat qəzalarında insanların sağlamlığının qorunması üçün həyata keçirilən tədbirlərdən danışmışdır.
Naxçıvan Muxtar Respublika Xəstəxanası Travmatologiya şöbəsinin həkim-ordinatoru, tibb üzrə fəlsəfə doktoru Yaşar Rzayev, Reanimasiya şöbəsinin ordinatoru Hüseyn Abdullayev və Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinin çağırışçı- həkimi Afiyəddin Qasımov xarici və daxili, arterial, venoz, kapillyar qanaxmalar, kəllə-beyin travmaları, zədələnmə və sınıqlar, ürək, ağciyər çatışmazlığı zamanı göstərilən ilkin tibbi yardım barədə məlumat vermişlər.
Təlimdə əyani vasitələrdən geniş istifadə olunmuş, suallar cavablandırılmışdır.
Obyektin inşasını aparan “Cahan İnşaat” MMC-nin tikintidə təhlükəsizlik şöbəsinin müdiri Bülənd Pala inşaatçıların səhiyyə maarifində belə tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış, kollektiv adından səhiyyə işçilərinə öz minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR