22 Dekabr 2024, Bazar

Hər il martın 24-də dünya ictimaiyyəti Beynəlxalq Vərəmlə Mübarizə Gününü qeyd edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 1993-cü ildən başlayaraq keçirilən Beynəlxalq Vərəmlə Mübarizə Gününün məqsədi qlobal vərəm epidemiyası haqqında məlumatlılığı artırmaq və bu xəstəliyin aradan qaldırılması istiqamətində səyləri gücləndirməkdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, mart ayında Beynəlxalq Vərəmlə Mübarizə Gününə həsr edilmiş tədbirlərə start verilib. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri Culfa Rayon Mərkəzi Xəstəxanasında seminar keçirib.
Tədbirdə dispanserin həkimləri Taliyyə Xəlilova “Uşaq və yeniyetmələrdə erkən vərəm intoksikasiyası”, Səbuhi Məmmədov “Vərəmin rezistent (davamlı) formaları və onun aşkarlanması”, Elnurə Rzayeva “Vərəmin müalicə və profilaktikası” mövzularında çıxışlar ediblər.
Seminarda bildirilib ki, belə bir günün qeyd edilməsi üçün martın 24-ü təsadüfən seçilməyib. 1882-ci ildə məhz həmin gün alman mikrobioloqu Robert Kox vərəmi törədən mikrobları kəşf etdiyini elan edib. Hazırda həmin mikrob “Kox çöpü”adlandırılır.
Statistikaya görə, vərəm hər il 1,6 milyon insanın həyatına son qoyur. Təəssüf ki, vərəm gecikmiş mərhələdə qarşısı alına bilməyən xəstəlikdir. Lakin onunla mübarizəni bir an belə dayandırmadan müəyyən sabitliyə nail olmaq mümkündür. Bunun üçün əhalinin vərəm xəstəliyi ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq, insanlar arasında maarifləndirmə işi aparmaq vacibdir.
Sonra dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və onlara vərəmin profilaktikası  barədə bukletlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR