22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Məlum olduğu kimi, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılmasına 2011-ci ilin sentyabr ayından başlanmış, təkcə keçən il 187 nəfər həkim sertifikasiya imtahanında iştirak etmiş, onlardan 177 nəfəri test imtahanlarını və müsahibə mərhələsini uğurla başa vurmuşdur.
Növbəti imtahanda isə Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanası, Onkoloji, Yoluxucu Xəstəliklər mərkəzlərinin, Dəri-Zöhrəvi Dispanserinin orta tibb işçiləri öz bilik və bacarıqlarını sınamışlar.

Sertifikasiyanın müsahibə turuna cəlb edilən 52 orta tibb işçisinə ixtisaslarına aid, habelə onların praktik bilik səviyyəsini və peşə vərdişini müəyyən edən suallar verilmişdir.
Müsahibə mərhələsi açıq, hər bir mütəxəssislə fərdi qaydada 30 dəqiqə müddətində aparılmışdır. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi əməkdaşının iştirakı ilə keçirilən müsahibənin şəffaflığı təmin edilmişdir.
Müsahibədən sonra imtahan komissiyasının üzvləri verilmiş cavabları müzakirə edərək ümumi rəy əsasında müsahibənin nəticələrini elan etmişlər. 47 nəfər dolğun cavabları ilə sertifikasiya imtahanını uğurla başa vurmuşdur. 5 nəfərin praktik bilik səviyyəsi imtahan komissiyasını qane etmədiyindən onlar zəruri həddi keçə bilməmişlər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR