Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası ənənəni davam etdirərək Babək rayonundakı Güznüt kəndində olmuşdur. Pediatr, stomatoloq, oftalmoloq, LOR, ftiziatr və laborantlardan ibarət briqada kəndin həkim ambulatoriyasında uşaqları kütləvi profilaktik tibbi müayinədən keçirmişdir. Kənddə 31 nəfər 1 yaşa qədər, 415 nəfər 18 yaşa qədər uşaqlardan 80 nəfərinə tibbi xidmət göstərilmiş, aşkar edilmiş bəzi xəstələrin əlavə müayinə və müalicəsi üçün Mərkəzi Uşaq Xəstəxanasına gəlmələri məsləhət görülmüşdür. Xəstələrə pulsuz dərman və sarğı materialları verilmiş, peyvəndlərin təqvim üzrə aparılması və dispanserizasiya işinin təşkili, tibbi sənədləşmənin düzgün həyata keçirilməsi ilə əlaqədar həkim ambulatoriyası işçilərinə metodik köməklik göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti