22 Dekabr 2024, Bazar

Bakı şəhərində fəaliyyət göstərən Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti dəfələrlə muxtar respublikaya gələrək humanitar aksiya keçirib. Belə tədbir Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın rayonlarını da əhatə edib. Bu aksiyalarda yüzlərlə xəstə şəfa tapıb.
Xəbər verdiyimiz kimi, xəstəxananın baş həkimi Telman İbadovun rəhbərliyi ilə yüksəkixtisaslı həkim heyəti yanvarın 13-də Şərur rayonunda humanitar aksiyaya start vermişdi.
Aldığımız məlumata görə, həkimlərdən ginekoloq Kənarə Abdullayeva, kardioloq Nailə Həsənova, endokrinoloq Gülxanım Qurbanova, cərrah Zahid Zahidov, allerqoloq Fəxrəddin Cəfərov, nevropatoloq Qabil Bayramov, qastroloq İradə Abbasova və başqaları Şərur rayonunda müxtəlif xəstəliklərdən əziyyət çəkən pasiyentləri müayinə və müalicə ediblər. Ümumilikdə, üç gün ərzində 2504 pasiyent üzərində müayinə aparılıb, ümumi cərrahi, proktoloji, uroloji, burun-qulaq-boğaz olmaqla, 75 əməliyyat həyata keçirilib. Əməliyyatların hamısı uğurlu olub.
Humanitar aksiya dünən başa çatıb.

Xəbərlər şöbəsi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR